Şirkətin müşahidə şurasına daxil olan digər şəxslər də “SOCAR Midstream Operations” MMC-də rəhbər vəzifələr tuturlar. Hafiz Ziyafət oğlu Zeynalov aparat rəhbəri, Amid Hacıbəy oğlu Ulubəyov Xəzinədarlıq və pul vəsaitlərinə nəzarət Departamentinin rəisi, Rəşad Fərhad oğlu Həsənov İnzibati işlər Departamentinin rəisi, Tərlan Telman oğlu Tahirov Hüquq Departamentinin rəisi, Tural Qurban oğlu Məmmədov isə İnsan kapitalının inkişafı və funksional mükəmməllik Departamentinin rəisidir.