50-dən çox şəxs aldadılıb, xeyli pullları mənimsənib. Goranboy, Gəncə, Şəmkir,Göygöl, Göyçay və bir neçə başqa şəhər və rayondan olan sakinlərin ev tikintisi, təmir adı altında müxtəlif məbləğlərdə pullarını müqavilə imzaladaraq əllərindən alıblar.
Belə bir iddia ilə “Xəzər Xəbər”in qaynar xəttinə bir neçə rayon və şəhərdən olan zərərçəkənlər müraciət edib.
Onlar bildirib ki, "Salahlı Group" adlı tikinti şirkətini sosial şəbəkədə paylaşımlarını görüb ev tikdirmək üçün müraciət ediblər. İlk günlər qum,daş,sement gətirib işlərə başlansada bir müddət keçdikdən sonra iş görən ustalar tikinti şirkətindən pul ala bilmədiyindən vətəndaşların işini yarımçıq qoyub getməli olublar.
Vətəndaşlar tikinti şirkəti tərəfindən aldanıldığını anlayaraq pullarını geri istəyəndə isə onlara işlərin tez bir zamanda tamamlanacağı vədi verilib.
Sakinlərin şikayətləri ilə bağlı həmin şirkətlə əlaqə saxlamağa cəhd etsəkdə, telefon zənglərinə cavab verilmədi. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan bildirildi ki, məsələ ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Tarix: Dünən, 23:16