
"Məlumunuz edirik ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində iki həftə davam edən ciddi yoxlamalar aparılmışdır..." "DİA-AZ" xəbər verir ki, bu barədə sözügedən universitetin işçiləri adından ölkə rəhbərliyinə ünvanlanmış müraciətdə deyilir.
Yazının əvvəli burada: 'Gəncə Dövlət Universiteti' adlı BAZAR! - hər şey TƏSBİT OLUNUB!
Müraciətdə daha sonra deyilir: "Gəncə Dövlət Universitetində Eduman elektron tədris sistemi tətbiq olunur. Lakin bu sistemin fəaliyyəti universitetdə tədris prosesinin təşkilinə ciddi maneələr yaradır. Universitetdə internet bağlantısı demək olar ki, işləmir, kompüterlərin və proyektorların əksəriyyətində problemlər mövcuddur. Nəticədə müəllimlər sistemi normal şəkildə istifadə edə, dərsləri vaxtında aktivləşdirə, tələbələrin qiymətləndirilməsini və dərsdə iştirak etməyən tələbələrin davamiyyətinin qeydiyyatını lazımi qaydada apara bilmirlər.
45 dəqiqəlik dərsin 25 dəqiqədən çox hissəsi bəzi hallarda müəllimlərin işlək kompüter və sistem tapmaq üçün dəhlizlərdə bir otaqdan digərinə qaçmasına sərf olunur. Müəllimlər dərsi aktivləşdirmək üçün hansı otaqda işlək kompüter və internet bağlantısı olduğunu axtarmaq məcburiyyətində qalırlar. Dərsin qalan vaxtı isə rektor Yusif Yusibovun yaratdığı müxtəlif komissiyaların yoxlamalarına sərf olunur. Universitetdə bir neçə komissiya fəaliyyət göstərir və həmin komissiyalar bir-birinin ardınca bir-birindən şübhələndiyi üçün yoxlamalar aparırlar. Nəticədə müəllimlərin birbaşa tədrisə ayırmalı olduqları vaxt əhəmiyyətli dərəcədə itirilir, tələbələrin dərs saatları səmərəsiz istifadə olunur və təhsilin keyfiyyəti aşağı düşür.
Belə bir şəraitdə Eduman sisteminin hansı zərurətdən tətbiq edildiyi, onun universitetə hansı faydanı verdiyi və bu sistemin işləməsi üçün tələb olunan texniki infrastrukturun niyə təmin edilmədiyi ciddi suallar doğurur. Əgər internet, kompüterlər və proyektorlar işləmirsə, elektron tədris sisteminin tətbiqi naminə dərs vaxtının itirilməsi nə dərəcədə məqsədəuyğundur? Təhsilin və tələbələrin gələcəyinin texniki problemlərə və idarəetmədəki nöqsanlara qurban verilməsi yolverilməzdir. Eduman sisteminin tətbiqi, satınalma və xidmət müqavilələri, ayrılmış vəsaitlər, sistemin texniki imkanları və onun fəaliyyətinə cavabdeh şəxslərin fəaliyyəti araşdırılmalıdır.
Bu sistemin tətbiqi və fəaliyyəti ilə bağlı məsuliyyət daşıyan erməni əsilli Vasif və Asif Həsənov qardaşları mövcud texniki problemlərin həllinə nail olmaq əvəzinə, günahı müəllimlərin üzərinə ataraq onların guya sistemi işlətmək bacarığının olmadığını bildirirlər. Halbuki universitetdə internetin, kompüterlərin və digər texniki vasitələrin işləməməsi müəllimlərin şəxsi bacarığı ilə deyil, texniki təminat və idarəetmə problemləri ilə bağlıdır. Bu şəxslərin sistemin tətbiqindəki rolu və mümkün maliyyə maraqları da digər faktlarla birlikdə araşdırılmalıdır..."
DAVAMI VAR...