
Xatırladaq ki, elə dünən gömrük xidməti polkovnik-leytenantı Vüqar Əsgərovdan artan şikayətlərlə bağlı xəbər paylaşmışdıq və daxil olan məlumatlar əsasında çatdırmışdıq ki, onunla bağlı hüquqi araşdırmalara start verilə bilər, çünki müəyyən şikayətlər artıq "yuxarıların" da diqqətini cəlb edib.
Əldə etdiyimiz son bilgilərdə isə deyilir ki, Vüqar Əsgərov DGK-da açıq bazar qurub: "3 ildir ki, imtahanlar keçirilmir. Vakasiya isə həddindən daha çoxdur və bu vakansiyaları isə pul və ya "dostluq", "qardaşlıq", yaxınlıq əlaqələri ilə təmin edirlər. Eləcə də imtahanları öz bilikləri ilə qazanan şəxslərin hamısını rayonlara uzaqlara təyin edirlər. Sanki gömrük sistemi peşəkarlardan təmizlənir və DOSTLARINMKLUBUNA ÇEVRİLİR...
Aşkar şəkildə komitə və baş idarələrə öz yaxınlarını, dostlarını təyin edirlər. Onlar isə imtahansız şəkildə DGK-ya işə qəbul olunurlar. Bu faktlar aşkar şəkildə baş verir və hüquq-mühafizə orqanlarının - QARA MASKALILARIN gömrüyə gəlişi ortaya daha ciddi dəlilləri çıxara bilər...
Məsələ diqətimizdədir...