Bu dəfə “Qızıl top”u o qazandı

Bu dəfə “Qızıl top”u o qazandı

İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatına layiq görülüb.


Xitab24.az xəbər verir ki, Londonda, “Palladium” teatrında keçirilən “France Football” jurnalının mərasimində ona mükafatı braziliyalı əfsanəvi futbolçu Ronaldo təqdim edib.


33 yaşlı forvard həm də ilin ən yaxşı hücumçusu seçilib. 


Qeyd edək ki, Keyn 2025/2026 mövsümündə  “Bavariya” ilə Almaniya çempionu olub, ölkə kubokunu və Superkuboku qazanıb. O, İngiltərə millisinin heyətində 2026-cı il dünya çempionatının bürünc medalına sahib çıxıb.


Hücumçu 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək “Bavariya” və İngiltərə millisində keçirdiyi 65 oyunda ümumilikdə 73 qol vurub.

Tarix: Bu gün, 09:46
Xəbəri paylaş



Xəbər lenti