
2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon Şöbəsi tərəfindən həqiqi hərbi ximətə çağrılmış şəxs əsgərliyi başa vurduqdan sonra MAXE kimi işləmək qərarına gəlib.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, o, müddətdən artıq xidmətə qəbulla bağlı zəruri olan tibbi müayinələrdən keçən zaman problemlə üzləşib.
Müayinələr nəticəsində Lerik sakininə hərbi xidmətə yararsız olduğu bildirilib. Belə ki, Müdafiə Naziriliyinin hərbi həkim komisiyasında ona bildirilib ki, onda anadan gəlmə ürək çatışmazlığı aorta qapaqlarln bikusipiti xəstəliyi olduğundan o, həqiqi hərbi xidmətə çağırıla bilməzmiş.
Bundan sonra rayon sakini əsgərliyə aparıldığı üçün SHÇDX-nin Lerik rayon şöbəsinin, habelə həmin şöbənin nəzdində yaradılmış hərbi həkim komisiyasının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş Prokurorluğa şikayət edib. Vətəndaşın şikayəti baxılması üçün aidiyyəti üzrə Lənkəran Hərbi Prokururoluğuna göndərilib.
Vətəndaş onu da bildirib ki, SHÇDX-nin Lerik rayon şöbəsinin qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi olaraq 200 000 manat ziyan dəyib. Lənkəran rayon prorkurorluğunda gəncin hərbi xidmətə aparılması üçün heç kim təqsirli bilnməyib və cinayət işinin başlanması ilə bağlı rədd qərarı çıxarılıb. Bundan sonra vətəndaş məhkəməyə üz tutub. İş Şirvan Apellyasiya Məhkəməsinə qədər çatıb və sonra gəncin şikayəti təmin olunub.
Xanoğlan Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə Lənkəran rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi ilə qərarını ləğv edib. İş yenidən araşdırlacaq.
Qeyd edək ki, bəhs edilən şəxs həqiqi hərbi xidmət zamanı antiterror əməliyyatlarında da iştirak edib. O, Müdafiə Nazirliyinin Baş Klinik Hospotalından yararsız olmağı ilə bağlı rəyi aldıqdan sonra, bunu dəqiqləşdirmək üçün bir sıra özəl klinikalarda da müayinədə keçib. Bütün müayinələrin nəticəsi eyni olub - gənc hərbi xidmətə yararsız çıxıb.