Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb

“Mətanət A” şirkətlər qrupuna daxil olan məşhur Ağdağ Gips Zavodunun idarəedici şirkəti “Avanqard-N” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 milyon 588 min manatdan çox vergi borcu yaranıb.

Qaynarinfo-nun məlumatına görə, şirkətin vergi borcu 7 milyon 588 min 376 manat 1 qəpik təşkil edir. MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotdadır.

2002-ci il avqustun 16-da dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 3 milyon 442 min 490 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi, ev 9, 615-ci məhəllə, mənzil 12-dir.

Qeyd edək ki, “Avanqard-N” MMC-nin qanuni təmsilçisi Alim Bayramov Xanlar oğludur.

Tarix: Dünən, 23:19
Xəbəri paylaş



Xəbər lenti