Şahin Bağırovun daha bir yeyintisi İFŞA OLUNUR - Bəh-bəhlə təqdim olunan yeni bina İSTİFADƏYƏ YARARSIZDIR!


Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışı xəbəri yayılanda həmin binada çalışacaq işçilərin sevincinin həddi-hüdudu yox idi. Hər halda daha münasib bir iş yerinə köçmək sıravı çalışanlar üçün əlavə komfort deməkdir. Amma deyəsən DGK-nin mərkəzi binasında çalışanlara bu aid deyilmiş. Bu barədə "DİA-AZ"a sözügedən qurumda işləyənlər xəbər verib.

Aydın olur ki, düz bir il əvvəl Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Dövlət Gömrük Komitəsinin yeni inzibati binası sən demə tikinti standartlarına cavab vermədiyindən, normativ uyğunsuzluğu səbəbindən dövlət tərəfindən təhvil alınmayıb. Yəni əslində bina istifadəyə yararsızdır. Amma buna rəğmən Dövlət Gömrük Komitəsi kimi bir qurum İSTİFADƏYƏ YARARSIZ BİNADA YERLƏŞİR...

Burada əsas məsələ isə ondan ibarətdir ki, binanın inşaatına elə DGK rəhbərliyinin özü nəzarət edib və bütün məsuliyyət məhz açılışda Prezident İlham Əliyevə məruzə edən DGK sədri Şahin Bağırova aiddir. Yəni o məsuldur və o cavab verməlidir.
Bu barədə "DİA-AZ"a məlumat verən mənbə bildirir: "Təsəvvür edin, vəziyyət elə bir səviyyədədir ki, binanın yeməkxanası Fövqəladə Hallar Nazirliyi tərəfindən təhvil alınmayıb. Yəni rəsmi icazə yoxdur ki, binanın yeməkxanası fəaliyyət göstərsin. Çünki hər an qaz sızması ehtimalı var. Binada inşaat işləri yanlış həyata keçirildiyindən FHN təhvil almayıb.

Yəni bütün bu faktlar onu təsdiqləyir ki, Şahin Bağırov Prezidentə ən azından bu məsələdə - binanın inşaat işləri ilə bağlı yalan danışıb və bunun konkret məsuliyyət yükü olmalıdır. Çünki bu bina KONFET KAĞIZINA başa gəlməyib... Azərbaycan dövlətinin MİLYONLARI bu binaya xərclənib.
İşçilər hazırda binadakı şəraitsizlikdən gileylənirlər. Şahin Bağırov isə tədbir görə bilmir... heç görmək də istəmir... 

Məsələ diqqətimizdədir...

Tarix: Bu gün, 15:45
Xəbəri paylaş



Xəbər lenti