Qaçqın və məcburi köçkünlər “KUPÇA”nı yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb

Qaçqın və Məcburi Köçkün məsələsi hələ uzun müddət, bəlkə də on illər bundan sonra da Azərbaycan dövləti üçün ağır problem olaraq qalacaq. Lap fərz edək ki, Dağlıq Qarabağı və ətrafındakı rayonları mənfur erməni işğalından azad etdik. Problem qurtardımı ? Əlbəttə yox. Dağıdılmış rayonların, kəndlərin yenidən qurulması, yolların, digər infrastrukturların yaradılması, yüzlərlə məktəbin, xəstəxanaların tikilməsi, 1 milyona yaxın insanın evlə təmin edilməsi və daha nələr, nələr. Sözümün canı odur ki,adına qısaca "Qaçqınkom” dediyimiz dövlət qurumu Azərbaycan dövləti üçün az qala Müdafiə Nazirliyi qədər strateji qurumdur. Çoxları hələ də Qaçqınkom-un əsl funksiyasını və mahiyyətini anlamağa çətinlik çəkir. Niyə və nə üçün ? Mən görülən müsbət işləri qətiyyən inkar etmirəm. Ancaq cəmiyyətimiz gözəl bilir ki, Qaçqınkom deyəndə hamının ağlına qaçqın pulu hesabına varlanmaq, qaçqınlara dövlət tərəfindən ayrılan milyonların hesabına villalar almaq, xaricdə mülkiyyət sahibi olmaq və s neqativ hallar keçir. Bəli, çox təəssüf ki, Əli Həsənovun komitə sədri olduğu uzun dövr ərzində bu komitənin imici və reputasiyası çox ləkələnib. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Rövşən Şükür oğlu Rzayev yeni sədr olunanda çoxları düşünürdü ki, komitənin fəaliyyətində ciddi müsbət dəyişikliklər olacaq. Təəssüf ki, qaçqınların gözləntiləri və ümidləri özünü doğrultmadı. Yeni sədr Rövşən Rzayevin hörmət və nüfuz limiti başa çatdı. Xeyli müddətdir ki, qaçqın və məcburi köçkünləri bir məsələ ciddi narahat edir. Belə ki 30 ilə yaxın müddətdə bazarda, yaxud digər hansısa ağır sahədə çalışıb özünə bir ev-daxma alan, onu rəsmləşdirən, yəni həmin daxmasına "kupça” alan məcburi köçkün avtomatik olaraq qaçqın statusunu itirir. Görəsən ikinci ali təhsili hüquqşünas olan Rövşən Rzayev bilmir ki,məcburi köçkün və qaçqın beynəlxalq normalara əsaslanan statusdur. Qaçqını bu statusdan necə mərhum etmək olar ? Eyni məntiqlə qaçqın sabah güc-bəla ilə özünə köhnə bir JİQULİ alsa onda da qaçqın statusundan mərhum ola bilər? Yaxud bahalı kostyum geysə,yaxud arvadına şuba alsa necə olacaq ? Arvad dedim daha bir problem yadıma düşdü. Cənab sədr Rövşən Rzayevin nəzərinə çatdırmaq istəyirəm ki, qaçqın və məcburi köçkün qız qaçqın olmayan oğlanla ailə quran kimi statusunu itirir. Niyə ? Bir daha təkrar edirəm ki, bu məsələ ərə getməklə tənzimlənmir axı. Sabah həmin qadın ərindən boşansa, onun statusu bərpa olunacaqmış cənab Rzayev ? Cənab sədr ! Axı, qaçqına verilən pul onun kommunal xərclərinə və dolanmağa verilir. El arasında "çörək pulu” deyirlər. Statusdan mərhum olan yüzlərlə qaçqın "kupça”nı yeyəcək ? Bir sözlə,cənab sədr, siz də Əli Həsənov kimi məcburi köçkün və qaçqınların problemini həll etmək əvəzinə tamaşa göstərirsiz. Sizə göstərilən etimad limiti başa çatıb, cənab Rövşən Rzayev.
Tarix: 13-08-2020, 20:01
-
Bu gün, 16:18
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
-
Bu gün, 16:14
"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
-
Bu gün, 16:11
“Bankomat 700 avromu “uddu”, günlərdir geri ala bilmirəm”- Kapital Bankdan şikayət
-
Bu gün, 16:01
“Socare” adlı şirkət yaradılıb: rəhbərliyində SOCAR rəsmiləri var – DETALLAR
-
Bu gün, 15:57
Bu il “Avrora”ya aid “Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub
-
Bu gün, 15:47
Hakimlərin “mühakiməsi” başlayır – Sərt TƏLƏBLƏR
-
Bu gün, 15:45
Şahin Bağırovun daha bir yeyintisi İFŞA OLUNUR - Bəh-bəhlə təqdim olunan yeni bina İSTİFADƏYƏ YARARSIZDIR!
-
Bu gün, 10:44
Əsrimizin BƏLASI – Kişilər emosional cəhətdən niyə tükənir? – SƏBƏBLƏR və ÇIXIŞ YOLLARI
-
Bu gün, 10:39
Məmurlarla bağlı yeni qaydalar: Vəzifədən kənarlaşdırılma da nəzərdə tutulur
-
Bu gün, 10:31
DÖVLƏTİN Gömrük komitəsini DOSTLAR KLUBUNA çeviriblər... - İTTİHAM VAR...
-
Bu gün, 10:27
Neftçala yenə suyun içində - 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir?
-
Bu gün, 10:25
KTN-də QALMAQALLI TƏDARÜK: Çərkəz Şirinov rəis təyin edilir... - İLGİNC
-
Bu gün, 10:11
Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO