“Səhiyyə naziri nəinki dərman, heç yod da deyil ki, yarana sürtəsən...” - Seyran Səxavət

Son illər müəllim-şagird münasibətləri geniş müzakirə olunan məsələlərdəndir. Şagirdlərə qarşı iki cür yanaşma mövcuddur. Bir kəsim indiki uşaqları çox ağıllı, bacarıqlı hesab edir, onların elmi daha yaxşı mənimsədiyini düşünür. Digər kəsim isə onları ərköyün, hətta daha köbud desək, özbaşına adlandırır. Bildirirlər ki, indiki uşaqlar müəllimlərə hörmət etmirlər, bilgili olmaqla hədsiz olmanın arasından xətt çəkə bilmirlər.
Yenisabah.az-ın sözügedən məsələ ətrafındakı bu və digər suallarını yazıçı Seyran Səxavət cavablandırıb:
- Seyran müəllim, indiki müəllim-şagird münasibətlərini necə dəyərləndirirsiz?
- Biz də şagird olmuşuq. 50 il bundan əvvəl şagird-müəllim münasibəti tamamilə fərqli idi. 50 il zamanla müqayisədə 50 dəqiqə kimi bir şeydir. O zaman çox müqəddəs münasibət var idi. İndiki münasibətlə bizim vaxtımızda olan münasibəti yanaşı qoysaq görərik ki, arada uçurum var. Bu da mühitlə, o zamankı mühitin saflığı ilə bağlıdır. Sözün yaxşı mənasında böyük-kiçik məsələsi var idi. Biz həmişə böyüyə arxalanmışıq, ondan güc almışıq. Burada törədiyimiz, qan qrupumuz bir olan böyüyü nəzərdə tuturam. Söhbət başqa ölkədən gəlmə böyükdən getmir. Müəllim nə deyirdisə, şagird ona böyük məmnuniyyətlə inanırdı. Böyük maraqla qulaq asırdı, düşünürdü ki, müəllim ona heç vaxt yalan deməz. Bunlar təhsildə əsas şərtlərdən biri idi. Müəllim şagirdə öz övladı kimi yanaşırdı, şagird də müəlliminə ən böyük dəstəkçisi kimi baxırdı. Bu tandem vacibdir. Teatrda buna tərəf müqabil deyirlər. Biz teatrda işlənən termini müəllim-şagird münasibətinə aid edə bilərik. O vaxtkı uğurların ən böyük səbəbi bu sadaladıqlarımdır. Məsələn, mən Qarabağın çox “qluxoy” bir kəndində 10-cu sinifi bitirən bir gənc idim. Gəlib Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil oldum. Ölkədə 7 nəfərdən biri oldum. Bu, tərəf müqabilliyinin tərəqqisindən irəli gələn bir şey idi. Mənim kimilər həddən artıq çox idi. Bildirim ki, bu fakültə o zamanlar Mərkəzi Komitənin, Nazirlər Sovetinin “bron”u idi. Orada işləyən adamların balaları burada oxuyurdu. Amma mənim kimi nailiyyət göstərənlər də oldu. Özü də məktəbi qızıl medalla filan bitirməmişdim.
- Sözlərinizdən belə anladım ki, müəllimlə şagird arasında olan hazırkı münasibəti bəyənmirsiniz. Sizcə, indiki uşaqlar aqressiya doludur? Əgər belədirsə, bunun səbəbi nədir?
- Hazırkı aqressiyanın, ərköyünlüyün bir sıra səbbələri var. Biz təxminən 70 il qapalı bir ölkədə yaşadıq. Daha sonra birdən-birə bütün qapı-pəncərələr açıldı. İnformasiya seli necə başladısa, bizlər buna dözə bilmədik. Bu qədər informasiyanı həzm etmək çətin oldu. Həm də biz bir millət və xalq olaraq öz menyumuzu tərtib edə bilmədik. Nə informasiya gəldisə, qəbul elədik. O isə açığı bizi iflic vəziyyətinə saldı. Ona görə də hazırda müəllimin dediyinə şagirdlər qəti inanmırlar. Çünki indiki müəllimlər maksimum 30 il əvvəl məktəb qurtaranlardır. Bizim təhsilimiz də elə 30 ildir ki, zəlil gündədir, iməkləyir. Hələ ayaqüstə dura bilməyib. Azərbaycanın təhsili həddi-büluğa çatmamış bir sistemə əsaslanır. Bundan əvvəl SSRİ təhsil sistemi var idi və mən də, yaşıdlarım da yaxşı müəllimlərdən təhsil almışıq. Hətta Bakıda təhsil alanlardan biri Nobel mükafatı laureatı oldu. Bəli, bu o zamankı Azərbaycan təhsili ilə mümkün olmuşdu. Dünyanın özündə, daha çox isə bizim ölkədə dəyərləri məhv etmək kimi bir meyl var. Bu ölkədə dəyərlər həddən artıq ucuzlaşdırılıb dəyərlər sistemindən çıxarma siyasət getdi. Ona görə də nə şagird müəllimə, nə də müəllim şagirdə etibar edir. Onlar özlərini yaşıd kimi aparırlar.
- Bu davranışın səmimiyyətdən irəli gəlməsi mümkün deyilmi? Yəni bəlkə müəllim şagirdinə bir fərd, bir dost kimi yanaşdığı üçün şagirdlər özlərində hər fikri səsləndirmə gücü tapırlar?
- Xeyr, demək istədiyim odur ki, müəllim şagirddən siqaret istəyir, şagird də müəllimdən, bu, səmimiyyət deyil... Həm fiziki, həm də mənəvi mənada hər kəsin öz boy-buxunu olmalıdır, hörmət itməməlidir. Amma təəssüf ki, o sistem çoxdan sıradan çıxıb. İnformasiyanın qəbulu o dərəcədə sürətli oldu ki, bu, əhali arasında da özünü göstərdi. Bu saat bizim Bakımızda, ümumiyyətlə, Azərbaycanımızda heç kimin sözü heç kimin boğazından keçmir. Hamı aqressivdir, hətta dəli kimidir. Can deyirsən, barmağının beşini də bal edib kiminsə ağzına soxursa, deyir zəhərdir. Bunların hamısı bir-biri ilə bağlı şeylərdir. Bunlar bizdə milli şüurun son dərəcə aşağı olmasına gətirib çıxardı. Bizdə milli şüur sıfırdan aşağıdır.
- Burada təqsirkar kimdir? Problem informasiyanı necə qəbul etməli olduğunu bilməyən toplumdadır, yoxsa o topluma istiqamət verməli olan təhsil sistemində? Bütün baş verənlərin kökündə nə dayanır?
- Bunun ən böyük günahı əlbəttə ki, təhsildədir. Milli şüuru tənzimləyən təhsildir. Təhsilin özünün tənzimlənməyə böyük ehtiyacı olduğu halda o milli şüuru necə tənzimləyə bilər? Bu, qeyri-mümkündür. Çox ürək ağrısı ilə deyirəm ki, Seyran Səxavət tərəfindən baxdıqda vəziyyət belə görünür. Bu gün böyüklər belə bir-biri ilə yol getmirlər. Ailədə iki uşaq varsa birinin sözü digərinə xoş gəlmir. Vəziyyət bu cürdür, bu da qəlb ağrıdan şeydir. Biz 20 ildir ki, müstəqilik. Mən belə müstəqilliyi bəyənmirəm. Mənim öz mövqeyim var və onu heç vaxt dəyişmərəm. 30 ildə biz gərək çoxdan silkələnib tozumuzu tökəydik, əvvəllər guya bizə rus mane olurdu, indi nədir maneə? Biz tozu tökmək əvəzinə daha çox kir yığdıq. Saytların çox aludəçisi deyiləm, amma hərdən girib baxıram, dəhşətə gəlirəm, millət bir-birinə nələr deyir, necə böyük iyrəncliklər edir. Bunun hamısının günahı təhsildədir. Çöldə iki uşaq dava edirsə, bunda da günah təhsildədir. Hətta səhiyyəmizin it günündə olma səbəbi də təhsildir. Heç Səhiyyə nazirimizi tapa bilmirik. Guya tapsaq, nə dərdə dərmandır? Bax görürsüz, heç şüurumuz olsa, biz onu axtarmarıq, çünki o, heç bir şeyə dərman deyil. Heç yod belə deyil ki, yarana sürtəsən.
Tarix: 24-07-2020, 12:30
-
Bu gün, 16:18
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
-
Bu gün, 16:14
"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
-
Bu gün, 16:11
“Bankomat 700 avromu “uddu”, günlərdir geri ala bilmirəm”- Kapital Bankdan şikayət
-
Bu gün, 16:01
“Socare” adlı şirkət yaradılıb: rəhbərliyində SOCAR rəsmiləri var – DETALLAR
-
Bu gün, 15:57
Bu il “Avrora”ya aid “Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub
-
Bu gün, 15:47
Hakimlərin “mühakiməsi” başlayır – Sərt TƏLƏBLƏR
-
Bu gün, 15:45
Şahin Bağırovun daha bir yeyintisi İFŞA OLUNUR - Bəh-bəhlə təqdim olunan yeni bina İSTİFADƏYƏ YARARSIZDIR!
-
Bu gün, 10:44
Əsrimizin BƏLASI – Kişilər emosional cəhətdən niyə tükənir? – SƏBƏBLƏR və ÇIXIŞ YOLLARI
-
Bu gün, 10:39
Məmurlarla bağlı yeni qaydalar: Vəzifədən kənarlaşdırılma da nəzərdə tutulur
-
Bu gün, 10:31
DÖVLƏTİN Gömrük komitəsini DOSTLAR KLUBUNA çeviriblər... - İTTİHAM VAR...
-
Bu gün, 10:27
Neftçala yenə suyun içində - 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir?
-
Bu gün, 10:25
KTN-də QALMAQALLI TƏDARÜK: Çərkəz Şirinov rəis təyin edilir... - İLGİNC
-
Bu gün, 10:11
Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO