Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib


Zəfər Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amid İlham oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

İcra başçısı qazimizin ailəsini ürəkdən təbrik edib, yeni dünyaya gəlmiş körpəyə uzun ömür, möhkəm cansağlığı arzulayaraq qiymətli hədiyyə təqdim edib.

Görüş zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə məhz Amid kimi igid oğulların şücaəti sayəsində əldə olunub. Qeyd olunub ki, o, Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə yaralanaraq sağlamlığını itirib.

Qeyd edək ki, Qazi Paşazadə Amid İlham oğlu 1995-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Tibb Universitetinin hərbi tibb məktəbini bitirdikdən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda 5 il hərbi feldşer (tibb xidmət giziri) kimi xidmət etmişdir. 2020-ci il Tovuz döyüşlərinə könüllü qatılan Amid Paşazadə, II Qarabağ savaşı başladıqda Füzulinin Alxanlı kəndi istiqamətindəki şiddətli döyüşlərdə ön cəbhədə fəal iştirak etmişdir. Döyüş meydanında yüzlərlə yaralıya ilkin tibbi yardım göstərib onların təxliyəsini təmin edən qəhrəman qazimiz, sentyabrın 29-da növbəti yaralıları xilas edərkən piyada əleyhinə minaya düşərək ağır yaralanmışdır.

O, Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Vətən Müharibəsi qazisi Paşazadə Amid şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Tarix: Dünən, 23:10
Xəbəri paylaş



Xəbər lenti