Bərdə terrorundan 6 il keçdi-FOTO


Bərdə altı il əvvəl dördüncü dəfə ermənilərin terroruna məruz qalıb, 21 nəfər həlak olub

2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdəyə kasetli bombalarla hücumu nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb


AXS.az xəbər verir ki, 2020-ci il oktyabrın 28-də, Vətən müharibəsinin davam etdiyi vaxt Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərini növbəti dəfə atəşə tutub.

Saat 13 radələrində həyata keçirilən hücum zamanı mülki əhalinin sıx olduğu əraziyə kasetli bombalarla zərbələr endirilib.

Hücum ticarət obyektlərinin yerləşdiyi, insanların gündəlik hərəkət etdiyi ərazidə ciddi dağıntılara və itkilərə səbəb olub. Nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb. Şəhərdəki mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə də külli miqdarda ziyan dəyib.

Bərdə Vətən müharibəsi dövründə dəfələrlə atəşə tutulub. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək rayonun müxtəlif silahlardan, raketlərdən və kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 sakin həyatını itirib, 112 nəfər yaralanıb.

Həlak olanların ikisi uşaq, səkkizi qadın, 19-u isə kişi olub. Bərdəyə endirilən zərbələr Vətən müharibəsi zamanı Azərbaycanın mülki əhalisinin üzləşdiyi ağır itkilərin ən faciəli səhifələrindən biri kimi yadda qalıb.


Tarix: Bu gün, 08:20
Xəbəri paylaş



Xəbər lenti