2-ci və sonuncu Qarabağ savaşı: nöqtə də, nida da Şuşada qoyulacaq! - GƏLİŞMƏ
Ermənistan hər gün öz faşist və terrorçu mahiyyətini daha çılpaq şəkildə dünyaya nümayiş etdirməkdədir. Amma faşistlər yenə etdikləri cinayətləri boyunlarına alırdılar. Onların sağ ələ keçən yüksək çinli hərbçiləri və siyasiləri Nürnberq məhkəmə prosesində gerçəyi danmamışdılar. Ermənilər isə burdan-bura, yüksək texnologiyalar əsrində, dünyanın gözü qarşısında, bunca dəlil-sübut ortada ola-ola törətdikləri vəhşilikləri, etdikləri azğınlıqları həyasızcasına danırlar. Nəinki danırlar, hətta öz mənfur əməllərini Azərbaycanın üstünə atmağa cəhd edirlər.
“Bərdəyə raketi azərbaycanlılar atıb. O məqsədlə ki, öz əhalisində ermənilərə nifrəti gücləndirsinlər”. Belə bir sərsəmliyi Armenianreport.com-dakı məqaləsində bir erməni şərhçi yazıb. Görün, indi bunlar nə dərəcədə aşağı əyyarlı məxluqdurlar ki, belə şeyi dilə gətirə, yaza bilirlər. Gəncəyə hücum zamanı da eyni həyasızlığı görmüşdük.
Söhbət iki gün ərzində bir neçə uşaq da daxil, 25 nəfərin qətlə yetirildiyi Bərdə hücumundan gedir. Bəllidir ki, şəhərə qadağan olunmuş kasetli bombalar atılıb. Gəncəyə isə ballistik raketlərlə zərbə endirilmişdi. “Avropa regionunda İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, böyük şəhərlərə ”SCUD" ballistik raketləri atılır". Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. Yəni faşistlərdən sonra - 75 ildə dinc əhaliyə qarşı belə dağıdıcı silahdan istifadə edən tək ölkə Ermənistandır - paytaxtında nasist Qaregin Njdeyə 6 metrlik abidənin ucaldığı Ermənistan! Təsadüfmü? Əlbəttə ki, yox...
Amma hesab günü yaxınlaşır. 27-28 il öncə Azərbaycan xalqına qarşı bəşəri cinayətlər törətmiş erməni terrorçu-nasistlər, Xocalı caniləri öz layiqli cavablarını artıqlaması ilə alırlar. Hətta müharibənin də qaydaları var. Amma şanlı Azərbaycan əsgəri heç bir qayda-qanun, konvensiya-filan tanımayan dinsiz, allahsız, rəzil varlıqlar sürüsü ilə üz-üzədir. Bununla belə, onlara 27-28 il öncə “yediklərini” məharətlə “qusdurur”: şəhər və rayonlarımız bir-bir geri alınır...
*****
Müstəqil xarici ekspertlər də iki tərəf arasındakı həm hərbi baxımından, həm də mənəvi-psixoloji aspektdə qabarıq fərqləri aydın görür və şərh edirlər. Eyni zamanda, belə anti-insani xislətə malik ermənilərin sonunun yaxşı o
lmayacağı barədə SOS siqnalı verirlər.
“Ermənistanla Azərbaycan arasında artıq sülhdən danışmaq lazım deyil, çünki müharibənin də öz qaydaları olmalıdır. Bu qaydalar Cenevrə konvensiyaları və onlara əlavə protokollarla müəyyən edilib. Qaydalara və protokollara əsasən, hərbi əməliyyatlar zamanı mülki obyektlər və dinc şəhərlər toxunulmazdır”.
Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib (Axar.az).
O, İrəvanın bu günlərdə beynəlxalq humanitar hüquqa, bütün bəşəriyyətə qarşı növbəti hərbi cinayət törətdiyini söyləyib: “Əvvəlcə Gəncəyə, indi isə Bərdəyə hücum əmri verən erməni hərbçiləri və siyasətçiləri hərbi cinayətkarlardır”.
Korotçenko qeyd edib ki, Azərbaycan Ordusunun Laçını, xüsusilə də Laçın dəhlizini nəzarətə götürməsi döyüş əməliyyatlarında dönüş nöqtəsi olacaq: “Azərbaycanın hərbi komandanlığının taktikası çox düşünülüb. Burada heç kim əsgərləri ölümə göndərmir. Hər şeydən əvvəl yüksək dəqiqliyə malik müasir silahlardan istifadə olunur ki, bu da maksimum uğur əldə etməyə imkan verir, eləcə də dinc əhali arasında itkiləri minimuma endirir. Laçın dəhlizi nəzarətə götürüləndən sonra Ermənistan Qarabağda hərbi qruplaşmalarının təchizat yolunu itirəcək. Məhz o zaman İrəvan mövcud reallıqları dərk edəcək”.
*****
Bu arada deyəsən nisbətən məntiqini saxlamış erməni təhlilçilər də 2-ci Qarabağ savaşında işğalçı ölkənin məğlubiyyətə məhkum olduğunu anlamağa başlayıblar.
“Erməni xalqı boş ümidlərə qapılmasın. Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilməz”.
Bu barədə Ermənistanın “Adekvad” hərəkatının təsisçisi Konstantin Ter-Nakalyanın erməni xalqına müraciətində deyilir.
Onun sözlərinə görə, Ermənistan yorucu müharibə ssenarisi içindədir. “Bunun əbədi davam edəcəyinə dair boş ümidlərə qapılmayın. Azərbaycanın pulunun və resurslarının bizimkindən daha tez tükənəcəyinə ümid etmək lazım deyil. Bir vacib həqiqəti anlamalıyıq ki, Rusiya Qarabağı bizim üçün qorumayacaq və itirdiyimiz əraziləri nəzarətimizə qaytarmayacaq, o, yalnız Ermənistanı xilas edə bilər”, - deyə Ter-Nakalyan qeyd edib.
Cəbhə xəttindəki vəziyyətə toxunan erməni hərəkatının qurucusu Ermənistanın demək olar, bütün istiqamətlərdə “ağrılı” geriçəkilmə yaşadığını vurğulayıb: “Hərbi texnika və xüsusi kadrlar sahəsində Ermənistanın ciddi itkiləri var. Azərbaycan Ordusunun ehtiyatları tükənməzdir, bizim ordumuz isə artıq taqətdən düşüb”.
*****
“Çoxsaylı məlumatlar göstərir ki, Azərbaycan Ordusunun hücuma keçən hissələrinin təzyiqi altında Ermənistan qoşunları getdikcə daha çox hallarda ciddi müqavimət göstərmədən geri çəkilir, rayonları bir-birinin ardınca tərk edirlər. Azərbaycan Ordusu öz döyüş potensialını saxlayır, hücumu davam etdirir və tədricən Qarabağın içərilərinə doğru irəliləyir”.
Bu barədə isə rusiyalı tanınmış hərbi ekspert Vladislav Şurıqin yazıb.
Ekspert qeyd edir ki, əvvəl işğal edilmiş Azərbaycan rayonlarının yarısından çox hissəsi bu gün artıq Azərbaycan Ordusunun nəzarəti altındadır: “Ermənistan Müdafiə Nazirliyi növbəti rayon mərkəzinin - Qubadlı şəhərinin itirilməsini etiraf etməli olub. Bu, o deməkdir ki, Azərbaycan Ordusu Xankəndini Ermənistanın Gorus şəhəri ilə birləşdirən strateji ”Laçın dəhlizi"nə xeyli yaxınlaşıb. Əgər Azərbaycan Ordusu bu yolu bağlamağa nail olarsa, “DQR” fəlakətli vəziyyətə düşəcək".
Müəllif daha Azərbaycan qoşunlarının qələbə əhvalında olmasına diqqət çəkib: “Bir aylıq döyüş müddətində Azərbaycanın hərbi komandanlığı qoşunları getdikcə daha inamla və bacarıqla idarə edir. Qoşunlar özləri isə döyüş təcrübəsi qazanıb. Düşmən üzərində üstünlüyünə və ona qalib gələ biləcəyinə inanıb. Əsas diqqət havada və yerdə atəş üstünlüyünə yönəldilir. Erməni qoşunlarının mövqelərinin hücum edən qrupları artilleriya atəşinə tutulur, pilotsuz zərbə uçuş aparatları isə artilleriya silahları üçün əlçatmaz olan obyektləri və hədəfləri yüksək dəqiqliklə məhv edir, düşmən üçün əlavə qüvvələr, döyüş sursatı və yanacaq-sürtgü materialları gətirilməsinə mane olur. Düşmənin müqaviməti tamamilə qırıldıqdan sonra piyadalar irəli gedir, erməni qoşunlarının faktiki olaraq tərk edib getdikləri dayaq məntəqələrinin qalıqlarını təmizləyirlər”.
Analitikə görə, ermənilər hətta onlar gediş-gəlişin çətin olduğu dağlıq ərazidə azərbaycanlıları dayandırmağa nail olsalar belə, “Laçın dəhlizi” bağlanacağı halda Ermənistandan ayrı düşən Dağlıq Qarabağ qarşıdan gələn qışda fəlakətli vəziyyətə düşəcək. “Bu halda Azərbaycan Ordusu əsas üstünlüyünü - havada üstünlüyü əldə saxlayacaq, bu da həm hərbi hədəfləri, həm də sosial və iqtisadi infrastruktur obyektlərini məhv etməklə mühasirəyə alınmış yerləri maneəsiz surətdə ”ölü zona"ya çevirməyə imkan verəcək", - deyə o qeyd edib.
Müəllif sonda yazıb: “Artıq Əliyevə və Ərdoğana təsir göstərə biləcək heç bir kənar oyunçu qalmayıb. Müharibə isə davam edir və o, dramatik sonluğa yaxınlaşır...”
P.S. Bu yazı hazırlanmazdan öncə qoşunlarımızın Şuşanın cəmi bir neçə km-liyində qərar tutduğu xəbəri gəlmişdi. Ölkə prezidenti İlham Əliyevin dediyi kimi, “Şuşasız işimiz yarımçıq olar”. O zaman bitirək bu işi! Həm də həmişəlik! Qoy bu 2-ci və sonuncu Qarabağ savaşı olsun. Təcavüzkar Ermənistana bu dəfə elə bir dərs verməliyik ki, bir daha Azərbaycan tərəfə boylanmağa belə, cəsarəti çatmasın!..
“Yeni Müsavat”
Tarix: 31-10-2020, 10:17
-
Bu gün, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Bu gün, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Bu gün, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Bu gün, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Bu gün, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Bu gün, 17:10
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Bu gün, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Bu gün, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...