Azərbaycan Ordusunun yolu tam açıqdır - AÇIQLAMA

“Beynəlxalq səviyyədə Dağlıq Qarabağ ətrafında müzakirələr artıb”.
KONKRET.az xəbər verir ki, bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, ötən gün BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı yenidən qapalı toplantı keçirib:
“Oktyabr ayından BMT Təhlükəsizlik Şurasına rəhbərliyi Rusiya edir, xatırlayırsınızsa, bundan əvvəl sentyabrın 29-da keçirilən iclasa Nigerin nümayəndəsi sədrlik edirdi. Dünənki iclas barədə mətbuata verilən qısa açıqlamadan məlum olur ki, BMT Təhlükəsizlik Şurasının üzvləri yenə də tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıblar. Regiona BMT-nin müşahidə missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatı lazımdır. Qeyd olunub ki, belə müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər, müşahidə misiyasında kimlərin olacağı və hansı vəzifəni icara edəcəyi müzakirə olunmayıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi deyib ki, bu, sürətli bir proses deyil. Rusiya müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatları olub.
Ümid edək ki, Azəbaycan Ordusu tezliklə Qarabağı azad edəcək və buna ehtiyac qalmayacaq, ehtiyac qalsa da, Azərbaycan xalqı öz ərazisində əcnəbi əsgərlərin olmasına heç vaxt razılıq verməyəcək. Erməni mənbələrinin açıqlamasına görə, BMT Təhlükəsizlik Şurasının dünənki toplantısından narazı qalıblar. Görünür ki, onların gözləntiləri özünü doğrultmayıb”.
Qubad İbadoğlu qeyd edib ki, hazırda ermənilərin ən böyük gözləntisi Qarabağın “müstəqil dövlət” kimi tanınmasıdır:
“Odur ki, ermənilər xüsusilə də Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyada bununla bağlı iş aparır, yürüşlər təşkil edir və parlamentlərdə bu məsələ üçün müzakirə açmağa çalışırlar. Belə olan halda haqlı olaraq sual çıxır ki, bəs ermənilər özləri Dağlıq Qarabağın “müstəqilliyini” nədən tanımırlar?
Bildiyiniz kimi ermənilər bir tərəfdən Qarabağda olan bütün torpaqları öz əraziləri kimi təqdim edirlər. Hətta Paşinyan “Qarabağ Ermənistandır” deyəndə bu bəyanatın siyasi, hüquqi, diplomatik və iqtisadi nəticələrini düşünməmişdi və yaxud düşünməyə ağlı çatmamışdı. Məsələ bundadır ki, onlar digər tərəfdən də dünya birliyinə guya Dağlıq Qarabağ ermənilərinin öz milli müqəddəratını təyin etmək istəklərini çatdırıb, onlardan dəstək umur və hazırda Qarabağa ərazi iddialarının olmadığını göstərmək istəyirlər. Əgər ermənilər Dağlıq Qarabağı respublika kimi tanısa, o deməkdir ki, müharibədən və danışıqlardan çıxmalıdırlar. Çünki beynəlxalq hüquqa görə onların Dağlıq Qarabağa maliyyə və hərbi dəstək vermək üçün tərəflər arasında hüquqi normaları tənzimləyən ikitərəfli müqavilələr imzalanmalıdırlar”.
Q.İbadoğlu vurğulayıb ki, hazırkı situasiyada Dağlıq Qarabağın müstəqilliyini heç bir ciddi dövlət tanıya bilməz:
“Birinci, ABŞ Dağlıq Qarabağı Azərbaycan Respublikasının ayrılmaz hissəsi hesab edir. İkinci, Avropa İttifaqınin xarici işlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibinin 31 mart 2020-ci il tarixində dərc etdiyi bəyanatda Aİ Dağlıq Qarabağda qondarma prezident və parlament seçkiləri keçirilməsinin konstitusion və hüquqi çərçivələrini tanımadığını təsdiq edib. Üçüncü, Avropanın ən böyük dövlətləri Azərbaycanla ərazi bütövlüyümüzə hörmətin vurğulandığı ikitərəfli sənədlər imzalayıb.
Belə olanda halda özləri tanınmayanların (Osetiya, Abxaziya, Dnestryanı) tanıdığı Dağlıq Qarabağın “müstəqil dövlət” kimi tanınması ilə bağlı erməni lobbisinin apardığı işin heç bir perspektivi yoxdur. Bəs, nədən ermənilər bu işə bu qədər pul xərcləyirlər? Bu sualın ən yaxşı cavabını ABŞ Prezidenti Donald Tramp ötən bazar günü Nevada ştatından çıxışında ermənilər haqqında dediyi fikirdə axtarmaq olar: “Onlar biznes işini yaxşı bilirlər”.
Həqiqətən də hazırda ermənilərin beynəlxalq səviyyədə apardığı Dağlıq Qarabağın tanınması, Azərbaycanın və Türkiyənin mövqeyinin pislənməsi kampaniyası kiminsə üçün pul, kiminsə üçün səs və kiminsə üçün də nüfuz qazanmaq vasitəsinə çevrilib. ABŞ-da noyabrın 3-də prezident və konqresə keçiriləcək birgə seçkilərdə iştirak edənlər yalançı ermənipərəstliklə bu fürsətdən faydalanmağa çalışırlar. Odur ki, bu məsələlərdən ciddi narahatlıq keçirməyə dəyməz. Əsas məsələ yenilməz və xilaskar Azərbaycan Ordusunun zəfər
Tarix: 21-10-2020, 13:56
-
Bu gün, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Bu gün, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Bu gün, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Bu gün, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Bu gün, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Bu gün, 17:10
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Bu gün, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Bu gün, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...