Paşinyanın sual-cavabı - təslimçilik aktı
Ermənistan hakimiyyəti və ermənilər başqasının torpağında gözü olduqlarına, özgə torpağını işğal etdiklərinı görə axır ki, cəzalanırlar. Çünki Azərbaycan Ordusu işğal altında olan müqəddəs torpaqlarını azad etməklə bu etnik qrupun iç üzünü, mahiyyətini, tərbiyə və əxlaqını dünyaya bir daha açıb göstərir. Məlum olur ki, dünyada baş verənlər, dəyişikliklər onlara zərrə qədər müsbət təsir etməyib. Azından 150 ildir necə düşünürdülər elə də qalıblar. Bir etnosa, türk millətinə qarşı nifrət onları sevgi kimi gözəllikdən məhrum edib.
Əslində, bu etnik qrup uğursuzluğunun səbəbini həmişə başqasında axtarıb. Ermənistanın indiki hakimiyyəti düşdüyü məğlub vəziyyətdən çıxmaq üçün yol axtarır. Ancaq daxili kin, hikkə və nifrət onlara reallığı dərk etməyə imkan vermir. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan feysbuk səhifəsində “Qarabağda indiki müharibənin hədəfləri və qələbə qazanmağın yolları” barədə mülahizələrini bölüşüb. O, hadisələrlə bağlı yaranan 6 suala özü də cavab verib. Nikol özünün hazırladığı sual-cavab paylaşımında “Bu müharibə niyə aparılır? Qarabağın statusuna görə” yazaraq müharibəni Ermənistanın başladığını etiraf edib.
Belə məlum olur ki, Ermənistan danışıqlara Dağlıq Qarabağdakı erməni icmasını cəlb edə bilmədiyi üçün çıxış yolunu müharibədə görüb. Arzusunu reallaşdırmaq üçün atəşkəsi pozub. Azərbaycanın başladığı əks-hücum nəticəsində bu suala cavab alıb. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi kimi Qarabağdan qovulurlar. O, atdığı yanlış addıma haqq qazandırmaq üçün “müharibədən qaça bilərikmi” sualına cavabında bildirib ki, əgər “Qarabağın qeyri-müəyyən statusu ilə razılaşıb, əraziləri təhvil versə idik” müharibədən yayına bilərdik. Bu cavabdan da məlum olur ki, Ermənistan işğalçılıq siyasətini Azərbaycana müharibə yolu ilə qəbul etdirmək istəyib. Ancaq havadarlarının yardımı ilə işğal etdiyi torpaqlarda Azərbaycan əsgəri tərəfindən məğlubiyyətə uğrayır. Paşinyan daha sonra soruşub: “Qarabağın statusunu danışıqlar yolu ilə əldə edə bilərdikmi? Yox, bu istiqamətdə son imkanlar 2011-ci ildə Kazanda var idi”. Bu cavabı ilə Nikol Ermənistanın danışıqlara qəsdən mane olduğunu etiraf edib. Kazan danışıqları rəsmi Yerevanın inadlı və işğalçı mövqeyinə görə nəticəsiz başa çatdı. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmadan Qarabağdakı erməni icmasına status istəməklə beynəlxlaq hüququ pozub. Ermənistan elə davranırdı ki, sanki Azərbaycan müharibədə məğlub olub və bunun qarşılığında ermənilərə torpaq verməli, şərtlərini qəbul etməli idi. Şərtlər, təmas xətti artıq geridə qaldı. Bununla belə, Azərbaycanın şərtləri ilk gündən dəyişməz olub - işğal etdiyi torpaqlardan Ermənistan çıxsın, bundan sonra digər məsələləri müzakirə edək. Bu, hər iki tərəfin müharibədən yayınması üçün ideal variant olub. Belə ehtimal etmək olar ki, Ermənistan və havadarları Qarabağda işğal faktından istifadə edərək Azərbaycana qəbuledilməz şərtlərə əməl etməyə çalışıblar. Heç şübhəsiz, əks-hücum onların bütün planlarını alt-üst etdi.
Deməli, Gəncə və Mingəçevirdə dinc sakinlərin yaşadıqları binalara gecə saatlarında ballistik raketlə hücum edilməsi nəticəsində 14 nəfərin, o cümlədən körpələrin, yaşlı və qadınların öldürülməsinə indiyədək həmin havadarlar bu hadisəyə münasibət bildirməyib. İstənilən terror aktı qəbuledilməzdir. Fransada bir müəllimin terror olunmasına qarşı Parisdə və başqa şəhərlərdə nümayişlər keçirilir. Ancaq Yelisey sarayının Gəncədə erməni terroru nəticəsində körpə Mədinənin və daha 13 nəfərin ölümü ilə bağlı bir cümləlik açıqlaması olmadı. Gəncədə törədilən terroru lənətləməyənlər onun həyata keçməsinə xeyir-dua verənlərdir. Elə Ermənistan və ermənilər də döyüş meydanında onların sayəsində müqavimət göstərir. Ermənilər döyüşdə həmin havadarlarının iddiasına görə qırılır, bir-birini məhv edirlər.
Nikol Paşinyan “Müharibəni dayandıra bilərikmi? Nəzəri cəhətdən hə” deyə cavab verərək bunun üçün qeyri-müəyyən statusdan başqa bir neçə pis variant da var. Bu, artıq Ermənistan hakimiyyətinin əlacsızlığının zirvəsidir. Nikol Paşinyan bununla Ermənistan cəmiyyətini məğlubiyyətə ciddi şəkildə hazırlayır. O, bununla da işğal etdikləri torpaqlardan çıxmaqdan başqa yollarının olmadığını vurğulayır. Növbəti sual-cavabında Paşinyan məğlub olduqlarını, bundan sonra müharibədə qələbə qazanmalarının isə ehtimal olduğunu gizlədə bilmir: “Qarabağın statusunu müharibə ilə həll edə bilkərmi? Əlbəttə, əgər biz müharibədə uğur əldə etsək”. Deməli, bundan sonra Ermənistanın müharibədə uğur əldə edəcəyi ehtimalı belə yoxdur. Ermənistan bu savaşı uduzub. Qarabağın erməni icmasının statusu isə Azərbaycandan asılıdır. Çünki əhalisinə silah qaldırmayan, atəş açmayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan isə vətəndaşlarından imtina etmir.
Nəhayət, Nikolun “Biz müharibədə uğur qazana bilərik” sualının cavabı da qeyri-müəyyən və ehtimala əsaslanır. O bildirib ki, əgər potensiallarını cəmləşdirə bilsələr, bunun öhdəsindən gələ bilərlər. Bu da onu göstərir ki, Ermənistanda potensial tükənib. Ölkənin döyüşmək üçün maddi-mənəvi imkanı yox dərəcəsindədir. Uzun illərdir xarici və daxili sərmayə qoyulmayan bir ölkənin istisadiyyatı yox səviyyəsindədir. Hərbi texnikaları aşağı səviyyədədir. Cəmiyyət deqradasiyaya uğrayıb.
Beləliklə, Ermənistan əhalisi onlar üçün əhəmiyyətsiz və mənasız müharibədə döyüşmək istəmir. Hətta Qarabağda erməni icmasının gəncləri bölgəni tərk edib. 55 yaşlı kişilərin Qarabağı tərk edib Ermənistana getməsi qadağan olunub. Ermənistan yaşlıları döyüşə aparmaqla bir daha humanistlikdən kənar olduğunu nümayiş etdirir. Muzdlular və terrorçularla döyüşü udmağın mümkünsüzlüyü inkar edilmir. Çünki heç bir terrorçu və muzdlu Qarabağda oranın əsl sahibi olan azərbaycanlılar kimi vuruşa bilməz. Paşinyan oğlunu da Qarabağda xidmət etməyə göndərmişdi. Ancaq Aşot Paşinyanın müharibəyə gedib-getmədiyi hələ də bilinmir. Nikolun həyat yoldaşı Anna Akopyan isə daha Qarabağa gəlib uzandığı yerdə şəkil çəkdirmir. Çünki Annanın çəkdirdiyi foto, Aşotun Qarabağda qulluq etməsi Ermənistan cəmiyyətini ruhlandırmır. Bu, Ermənistanda döyüş ovqatının göstəricisidir. Ona görə də Ermənistanı və erməni etnik qrupunu məğlubiyyətə, işğal etdikləri torpaqlardan çıxmağa və nəhayət, kapituliyasiyaya hazırlamaq lazımdır. Nikol paylaşımı ilə bunu edib. Paşinyanın “6 suala 6 cavab” paylaşımı təslimçilik aktıdır.
Tarix: 19-10-2020, 14:54
-
Dünən, 22:59
Tərtər rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın ilk iclası keçirilib
-
Dünən, 22:13
“Quru sərhədlər bağlıdır, turizm potensialından danışırlar” – Natiq Cəfərli
-
Dünən, 18:36
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
-
Dünən, 18:33
Hikmət Babaoğlu və Elman Nəsirov arasında nə baş verib? - VİDEO
-
Dünən, 18:28
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Dünən, 18:27
Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"
-
Dünən, 18:18
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
-
Dünən, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Dünən, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Dünən, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Dünən, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Dünən, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Dünən, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Dünən, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Dünən, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Dünən, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Dünən, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Dünən, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
9-07-2026, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
9-07-2026, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
9-07-2026, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
9-07-2026, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
9-07-2026, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
9-07-2026, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
9-07-2026, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
9-07-2026, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
9-07-2026, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
9-07-2026, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
9-07-2026, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
9-07-2026, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi