Nefti əvəz edəcək Qarabağ: “Azərbaycan üçün yeni imkanlar açılıb” - GƏLİŞMƏ
Son vaxtlar “Neft erası bitir” mövzusunda bəyanatlar intensiv xarakter almağa başlayıb.
Bir qədər əvvəl Neft İxrac Edən Ölkələr Birliyinin “Dünya neft icmalı” adlı illik məruzəsində inkişaf etmiş ölkələrdə qarşıdakı 5 il ərzində gündəlik neft istehlakının 1,1 milyon barel azalacağı açıqlanmışdı. Məruzədə qeyd olunmuşdu ki, yaxın və orta perspektivdə dünyada neftə tələbat inkişaf etməkdə olan ölkələrin hesabına artacaq. Sənədə əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə neftə tələbata dair mülahizələr inkişaf etməkdə olan ölkələr barədə proqnozlara ziddir.
Bu dəfə isə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol oxşar bəyanatla çıxış edib. O, qlobal xam neft tələbatındakı artımın 10 il ərzində sona çatacağını deyib. İcraçı direktor bildirib ki, hökumətlər təmiz enerji sərmayələrini sürətləndirmək və iqlim hədəflərinə çatmaq üçün məsuliyyət daşıyır: “Lakin hökumətlərin siyasətində böyük bir dəyişiklik olmadığı təqdirdə tələbatın sürətlə azalacağını söyləyə bilmərik. Bugünkü siyasətlərə baxsaq, qlobal iqtisadiyyatın bərpası neft tələbatının yenidən COVID-19-dan əvvəlki səviyyələrə qayıtmasına səbəb ola bilər”.
Məlumdur ki, bir sıra neft istehsal edən ölkələr var ki, onların iqtisadiyyatı məhz karbohidrogen ehtiyatlarından gələn gəlirlərin əsasında formalaşır. Azərbaycanda da dövlət büdcəsinin formalaşmasında Dövlət Neft Fondundan transfertlər önəmli rol oynayır. Hətta son illərdə büdcənin neftdən asılılığının azaldılması siyasəti həyata keçirilsə də, büdcə gəlirlərində neft gəlirlərinin payı 50 faizin ətrafında olur. Görünən odur ki, artıq post-neft dövrü “qapıda”dır.
Neft hasilatçıları olan ölkələrdən hansılar bu dövrə hazırdır? Onların alternativ gəlir mənbələri neft gəlirlərini əvəzləyəcək səviyyədədirmi? Hansı ölkələri “neft erası” bitdikdən sonra iqtisadi geriləmə gözləyir?
“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, neft hasil edən ölkələr arasında inkişaf etmiş və öz iqtisadiyyatlarını şaxələndirmiş ölkələr bu dövrə hazırdır:
“Bu ölkələrin arasında dünyanın bir nömrəli neft hasilatçısı ABŞ-i, ikinci və üçüncü yerdə olan Rusiya və Səudiyyə Ərəbistanını misal gətirmək olar. Rusiyanın iqtisadiyyatı neftə çox bağlı olsa da, neftdən asılılıq səviyyəsi 50 faizdir. Digər ölkələrin isə neftdən asılılıqları kifayət qədər yüksəkdir, ona görə də bu məsələ onların qarşıda olan 10 il ərzində öz iqtisadiyyatlarını necə şaxələndirəcəyindən asılıdır. Onların yeni dövrün “nəbzini” necə tutacağını zaman göstərəcək. Çünki bu heç də göründüyü qədər asan deyil. Neftdən gələn pulun əmtəəyə çevirilməsi ilə neft gəlirlərini əvəzləmək olmaz. Çünki marketinq deyilən elm, bazarda rəqabət var. Bütün bu zəncirin halqalarını bazarda yaxşı təsbit etmək lazımdır ki, ondan gəlir əldə edilsin”.
Azərbaycanla bağlı vəziyyətə gəlincə, ekspert nikbindir:
“Azərbaycan üçün yeni imkanlar açılıb. O da işğal olunmuş ərazilərin azad olunması və bu aktivlərin ölkə iqtisadiyyatına daxil edilməsidir. Azərbaycan müstəqil olduğu 27-28 il ərzində həmin ərazilərdən faktiki olaraq 1 qəpik olsa belə yararlana bilməyib. Orada yeni infrasturukturun qurulması, həmin ərazilərdə yaradılan əlavə dəyər Azərbaycanın itirəcəyi neft gəlirlərini kompensasiya edəcək səviyyəyə gəlib çata bilər. Çünki bura həm Azərbaycanın qoyacağı kapital, həm cəlb ediləcək kapital, həm də özəl kapitalın meydana çıxması bizim iqtisadiyyatımıza kifayyət qədər müsbət təsir edə bilər. Bu kiçik amil deyil - yarım milyon insan və 13 min kvadradrat ərazinin bizim aktivimizə daxil edilməsi. Bu baxımdan da mən bütün bu arzuların həyata keçəcəyi təqdirdə Azərbaycanla bağlı nikbinəm”.
Tarix: 15-10-2020, 14:57
-
Bu gün, 09:45
Qanunsuz orden-medallar təsis edən QHT rəhbərləri ilə bağlı QƏRAR
-
Bu gün, 09:40
LƏNKƏRANIN ZİBİLİ, VƏTƏNDAŞIN SƏSİ VƏ “SUSMAQ” SİSTEMİ — KİM KİMİ QORUYUR?
-
Bu gün, 08:55
Kəlbəcərin bərpasına böyük pullar ayrılır, amma... - Tanınmış yazar Prezidentə müraciət etdi
-
Bu gün, 08:52
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - 3 milyon
-
Bu gün, 08:46
"Təmiz Şəhər" ASC şəhəri yox büdcəni "təmizləyir"- 250 milyon ziyanı kim bağlayacaq?
-
Dünən, 23:19
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Dünən, 23:08
Qəbul olmayanlar üçün daha bir şans - Tarix açıqlandı
-
Dünən, 22:58
Peşə məktəblərində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi görə bilmir?
-
Dünən, 22:27
Nihad Hənifəyevin 7,4 milyonluq tenderinin şəffaflıq təhlili - Daha bir iddia və Nazirliyin məlum susqunluğu - FOTOLAR
-
Dünən, 22:21
Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO
-
Dünən, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Dünən, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Dünən, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Dünən, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Dünən, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Dünən, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Dünən, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Dünən, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Dünən, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Dünən, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Dünən, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Dünən, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Dünən, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Dünən, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Dünən, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Dünən, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
23-08-2026, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
23-08-2026, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
23-08-2026, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
23-08-2026, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik