“Naxçıvandakı ordumuz Ermənistanın Müdafiə Nazirliyini darmadağın edə bilər” - Düşmənə İSMARIC

Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun Yenisabah.az-a müsahibəsi:
- Tofiq müəllim, gecə saat 01:00 radələrində Ermənistanın Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə ballistik raket kompleksi Azərbaycan Ordusu tərəfindən məhv edilib. Hadisələrin bundan sonrakı gedişatını necə qiymətləndirirsiniz?
- Bu, gözlənilən idi. Çünki işğal olunmuş ərazilərdə bizimlə döyüşlər aparan məhz Ermənistan ordusudur. Ermənistan ordusunun bir hissəsinin döyüşlərdə iştirak edib digər hissəsinin iştirak etməməsi mümkün olan şey deyil. Bu, həm məntiqə, həm də hərbin qanunlarına uyğun deyil. Bu baxımdan Ermənistanın Gəncədə törətdiyi hərbi cinayət cavabsız qalmamalıdır. Azərbaycan dövləti Konstitusiyaya uyğun olaraq ilk növbədə Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə bu hədəfləri məhv edib. Bu, beynəlxalq qanuna uyğundur, legitim adlandırılan bir hədəfdir. Hesab edirəm ki, artıq hərbi əməliyyatlar ikinci mərhələyə keçib və çoxdan proqnozlaşdırılmış ikinci mərhələ ondan ibarət olacaq ki, həm Ermənistanın, həm də Azərbaycanın ərazisi artıq müharibə zonası olacaq. Bunun hərbi baxımdan bizim xeyrimizə olduğunu düşünürəm. Çünki Ermənistanın hərbi potensialı bizdən azdır, buna görə də onun müdafiə sistemində fraqmentasiya prosesi gedəcək. Onlar istər-istəməz zərbələri fərqli yerlərdən ala bilərlər. Gəncəyə edilən raket hücumu ermənilər üçün ağır nəticələr doğuracaq. Çünki Azərbaycanın Naxçıvandakı hərbi bazalarımız onların paytaxtda olan və bu vəhşiliyin əmrini verən Müdafiə Nazirliyini çox asanlıqla hədəf seçib darmadağın edə bilər.
- Bu hadisə Dağlıq Qarabağ problemini regional münaqişəyə çevirə bilərmi? Çünki Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl açıqlama vermişdi ki, müharibə Ermənistan ərazisində getmir, ona görə proseslərə müdaxilə etmirlər.
- Biz Ermənistanın həm Rusiya, həm də digər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri ilə olan sənədlərinə baxsaq görərik ki, bu müqavilənin maddələri o zaman işə düşür ki, Ermənistan üçün hansısa təhlükə yaranır. Əslində, həmin müqavilənin mahiyyəti müdafiə xarakteri daşıyır. Bu sazişdə heç də göstərilmir ki, təşkilata üzv olan bir ölkə başqa bir ölkəyə hücum edəndə digər üzvlər köməyə gəlməlidir. Bu, mümkün olan şey deyil. Oradakı müvafiq maddələrində göstərilir ki, belə bir hadisə baş versə və Ermənistan digər üzvlərə müraciət etsə, müzakirələr ola bilər. Hesab edirəm ki, həmin müzakirələr də bizim xeyrimizə ola bilər. Məlumdur ki, Azərbaycan KTMT üzvü deyil, əvvəl üzvü olub, lakin sonradan üzvlüyünü dondurub. Lakin bizim digər təşkilatlarda həmin üzv ölkələrlə sıx əlaqələrimiz var. Bu baxımdan 2016-cı ildə baş verən hadisələri yada salmaq istəyirəm. Belə ki, həmin vaxt Ermənistanda hansısa tədbir keçirilirdi və biz gördük ki, KTMT üzvləri bu tədbirdə iştirakdan imtina etdilər. Hətta erməni tərəfi heç kim gəlmədiyi üçün incidi. Bu səbəblə indi baş tuta biləcək müzakirələrin bizim xeyrimizə olacağını ehtimal edirəm. Ermənistanın işğalçı siyasəti və bu siyasətin heç kim tərəfindən dəstəklənməməsi bir daha ortaya çıxacaq.
- Bildiyiniz kimi, Azərbaycan Minsk qrupunun Həmsədrlik İnstitutunda Türkiyənin də təmsil olunmasını istəyir. Lakin iki gün əvvəl Rusiyanın Xarici işlər naziri Sergey Lavrov həmkarı Zohrab Mnatsakanyanla təşkil etdiyi mətbuat konfransında belə bir şeyin mümkün olmayacağından söz açdı, yəni təklifi rədd etdi. Sizcə, Türkiyə masaya otura bilər? Əgər bu baş tutarsa, nə dəyişər?
- Minsk qrupunun vasitəçiliyi ATƏT çərçivəsində baş verir. Tarixən müxtəlif ölkələr bu vasitəçiliyi öz üzərlərinə götürüblər. İranın vasitəçiliyi olub, o cümlədən Rusiyanın vasitəçiliyi ilə atəşkəs rejimi bərqərar olunub. Minsk qrupu çərçivəsi heç də o demək deyil ki, Azərbaycan digər təşəbbüslərə müsbət baxmayacaq. Son vaxtlar biz görürük ki, Rusiyanın səlahiyyətli şəxslərinin Türkiyə həmkarları ilə sıx təmasları var. Məhz bu mövzunu onlar mütəmadi şəkildə müzakirə edirlər. Bu baxımdan mən istisna etmirəm ki, indiki mərhələdə Türkiyənin təklif etdiyi 2+2 formatı hansısa mərhələdə işlək mexanizm kimi istifadə olunmasın. Təəssüflər olsun ki, 30 il ərzində biz ATƏT-dən bir xeyir görmədik. Cənab Prezidentin də dediyi kimi, bir santimetr ərazi də azad olunmayıb.
- Hadrutun azad olunması diplomatik danışıqlarda Azərbaycan üçün hansı üstünlüklər yaradır?
- Hadrut və digər yaşayış yerlərinin azad olunması, ümumiyyətlə, yeni bir vəziyyət yaradır, təmas xətti və status-kvo dəyişib. Bu, mütləq nəzərə alınmalıdır. Çünki vaxtilə Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən deyirdi ki, biz reallıqları görməliyik. İndi biz də onlara göstərək ki, reallıq nədir?!
- Tofiq müəllim, Azərbaycanın Müdafiə Nazirliyi düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı görüntü paylaşdıqdan dərhal sonra Ermənistanın Müdafiə Nazirliyi təkzibedici bəyanatlarla çıxış edir və sosial şəbəkələrdən gördüyümüz qədəriylə cəmiyyətləri buna inanır. Ermənilər niyə məğlubiyyətlə barışmırlar?
- İstənilən səbəbi demək olar. Amma bunlar da zəifliklərinin nəticəsidir. Bu, onların həm siyasi, həm də hərbi zəiflikləridir. Arqumentləri yoxdur. Amma bu, təbliğat müharibəsinin bir elementidir. Başa düşməliyik ki, düşmənlə müharibə təkcə səngərdə yox, təbliğatda, iqtisadiyyatda və digər yerlərdə də baş verir.
Tarix: 14-10-2020, 14:37
-
Dünən, 22:59
Tərtər rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın ilk iclası keçirilib
-
Dünən, 22:13
“Quru sərhədlər bağlıdır, turizm potensialından danışırlar” – Natiq Cəfərli
-
Dünən, 18:36
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
-
Dünən, 18:33
Hikmət Babaoğlu və Elman Nəsirov arasında nə baş verib? - VİDEO
-
Dünən, 18:28
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Dünən, 18:27
Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"
-
Dünən, 18:18
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
-
Dünən, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Dünən, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Dünən, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Dünən, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Dünən, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Dünən, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Dünən, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Dünən, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Dünən, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Dünən, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Dünən, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
9-07-2026, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
9-07-2026, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
9-07-2026, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
9-07-2026, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
9-07-2026, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
9-07-2026, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
9-07-2026, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
9-07-2026, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
9-07-2026, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
9-07-2026, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
9-07-2026, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
9-07-2026, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi