“Onlar dərk etmirlər ki, daha genişmiqyaslı azadlıq əməliyyatlarını ordumuz üçüncü mərhələdə keçirəcək...” - AÇIQLAMA

“Qəsbkar Ermənistanın təxribatlarından sonra Azərbaycanın başlatdığı əks-hücum əməliyyatları İkinci Cahan müharibəsi, eləcə də 1990-cı illərin birinci Qarabağ savaşından çox fərqlənən, 5-ci nəsil hərbi strategiya və əməliyyat növlərinə aiddir”
Bu fikri Milli Ordumuzun apardığı son əks-hücum əməliyyatları və bu fonda Azərbaycanın ətrafında yaranmış beynəlxalq durum barədə Moderator.az-a açıqlama verən tanınmış politoloq Eldar Namazov səsləndirib.
“Hesab edirəm ki, Azərbaycanın torpaqlarını azad etmək üçün apardığı əməliyyatlar çox uğurla həyata keçirilir. Bu, həm İkinci Cahan müharibəsi, eləcə də 1990-cı illərin birinci Qarabağ savaşından çox fərqlənən 5-ci nəsil hərbi strategiya və əməliyyat növlərinə aiddir. Həmin strategiyanın əsas prinsipləri ondan ibarətdir ki, ilkin mərhələdə düşmənin havadan müdafiə sistemləri sıradan çıxarılmalıdır. İkinci mərhələdə havada üstünlük əldə ediləndən sonra düşmənin bütün hərbi strukturları, artilleriya və raket qurğuları, topları, tankları, ehtiyat silah-sursat, yanacaq və ərzaq anbarları, hərbi hissə və kazarmaları darmadağın edilir. Üçüncü mərhələdə isə artıq piyada qüvvələrin, tankların və digər zirehli maşınların iştirakıyla sürətli hücum əməliyyatı həyata keçirilir. Bunun da nəticəsində düşmən tamamilə sarsıdılaraq kapitulyasiyaya məcbur edilir... Zənnimcə, Azərbaycan Milli Ordusu da məhz bu strategiya ilə hərəkət edir. Və ordumuzun hazırkı uğurlu əməliyyatları vaxt gələcək dərsliklərə düşəcək. Bu savaşı beynəlxalq ekspertlər də diqqətlə izləyirlər. Çünki tale elə gətirib ki, son illərdə PUA və dronların vasitəsilə daha çox uğurlu əməliyyatları məhz qardaş Türkiyə və Azərbaycan aparıb. Digər ölkələrdə, o cümlədən aparıcı dünya ölkələri, hətta NATO üzvü olan ölkələr, eləcə də ABŞ da pilotsuz uçaqlardan yalnız ayrı-ayrı hallarda: ya kəşfiyyat üçün, yaxud hansısa terrorçunun məhvi üçün istifadə ediblər. Ancaq genişmiqyaslı hərbi əməliyyatlar zamanı ən müasir hərbi texnologiyanın istifadəsini yüksək səviyyədə qardaş Türkiyə Suriya və Liviyada tətbiq edib. Azərbaycan da həm 2016-cı ilin Aprel savaşında, həm də hazırkı müharibədə PUA və dronları daha geniş miqyasda tətbiq etməyə başlayıb.
Bəziləri isə XX əsrin təcrübəsinə əsaslanıb nə baş verdiyini anlamır. Rusiyanın bir sıra ekspertləri də son günlər də yanlış şərhlər verirlər ki, guya Azərbaycan Ordusu irəliləyə bilmir. Ancaq onlar dərk etmirlər ki, Azərbaycan Ordusu üçüncü mərhələdə bilavasitə genişmiqyaslı azadlıq əməliyyatları keçirəcək. Birinci və ikinci mərhələdə nələrin edilməli olması haqda öncə danışdıq. Görünür, Rusiyanın hərbi ekspertlərinin də Azərbaycanın, Türkiyənin malik olduğu hərbi dron və PUA-ların döyüş keyfiyyətlərindən dəqiq məlumatı yoxdur. Ona görə hesab edirəm ki, Azərbaycan ordusu çox uğurlu və hərbi cəhətdən dəqiq ölçülüb-biçilmiş əməliyyatlar həyata keçirilir və bu, mütləq qələbə ilə başa çatacaqdır...
O ki qaldı beynəlxalq ictimaiyyətin reaksiyasına bu da gözlənilən idi. Biz əvvəllər də Qarabağın azaqlığı üçün əməliyyatların başlanacağı təqdirdə beynəlxalq təşkilatlardan əməliyyatların dayandırılması, sülh danışıqlarının başlanması haqda çağırışlar olacaq. Təbii ki, heç bir beynəlxalq qurum, heç bir diplomat heç vaxt deməz ki, ay ölkə, get müharibə et. Biz özümüz də haradasa müharibə başlananda deyirik ki, gərək məsələni sülhlə həll edəydilər və s. Buna normal yanaşmaq lazımdır və bu, gözlənilən bir şeydir. Əsas odur ki, Azərbaycana qarşı təcavüz edən, torpaqlarını işğal edən ölkəyə heç bir ölkə indi birbaşa yardım etmir. Və bu situasiyanın yaranmasında qardaş Türkiyənin böyük rolu oldu. Türkiyənin regionda, o cümlədən Güney Qafqazda əsrlərlə oynadığı təbii rolunun bərpa olunması, onun Azərbaycanla sıx hərbi əməkdaşlığı və müttəfiqliyi Rusiyanı da, Ermənistana dəstək verən digər ölkələri də neytral mövqedə dayanmağa məcbur etdi...”
Tarix: 9-10-2020, 15:37
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...