Məmurlar oliqarxa necə çevrilir: “Rüşvət, inhisar, dövlət vəsaiti...” - Maliyyəçi yolları açıqladı

Azərbaycan məmurların varlanıb oliqarxa çevrilməsi prosesi təxminən 2000-ci illərin əvvəllərinə təsadüf edir.
Belə ki, əksər oliqarx məmurların nəzarət etdiyi biznes imperiyasına aid olan şirkətlər həmin illərdə qeydiyyatdan keçib. Digər bir maraqlı məqam isə həmin böyük biznes imperiyasına daxil olan şirkətlərin nizamnamə kapitalının çox cüzi məbləğlərin olmasıdır. Məsələn, sabiq Vergilər naziri Fazil Məmmədovun “Ata Holding”inin, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun “Garant Holding”inin nizamnamə kapitalı 9 manat olub. Nəzərə alsaq ki, sözügedən şirkətlərin illik dövriyyələri milyardlarla manat həcmində olub, göstərilən rəqəmlər yalnız korrupsiya əməllərindən başqa bir şey deyil. “Gilan Holding” də məmur nəzarətində olan böyük biznes imperiyalarından biridir.
Qeyd edək ki, bu holdinqə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun nəzarət etdiyi deyilir. Şirkətlərdən əlavə məmurların bir çoxu maliyyə maxinasiyaları ilə də dövlət vəsaitlərini mənimsəyib və özünə milyardlarla ölçüləcək varidat toplayıb.
Bu məsələ ölkədə korrupsiada ittiham olunan icra başçılarına qarşı aparılan əməliyyatlar zamanı bir daha öz təsdiqini tapdı. Bundan əlavə, zamanında böyük bazarlara sahib olan məmurlar da var idi ki, bunların da bir qismi “MTN işi”ndə üzə çıxarılmışdı. “MTN işi”nin istintaq materialının ictimaiyyətə təqdim olunan hissəsində göstərilirdi ki, əhali arasında “Vosmoy bazarı” adlanan “8-ci kilometr bazarı” MTN generalı Akif Çovdarovun ailəsinə məxsus olub.
Qeyd edək ki, sonradan məhkəmə qərarı ilə bu bazar Akif Çovdarovdan alınaraq dövlətin balansına verildi. Digər məsələlərlə bağlı da cəmiyyətdə ciddi narazılıqlar mövcuddur. Banklara, ticarət mərkəzlərinə, restoranlara nəzarət edən, o cümlədən ölkənin əksər yerində daşınmaz əmlaka sahib olan məmurların bu varidata, imkanlara necə sahib olması daim sual doğurur. Nəzərə alsaq ki, məmurların vəzifə maaşları aşağı-yuxarı bəllidir və həmin gəlirlə bu qədər varidat yığmaq qeyri-mümkündür. Bir müddət əvvəl oğlunun İspaniyada 2 milyon manat dəyərindəki saatı oğurlatması ilə gündəmə gələn SOCAR prezidenti Rövnəq Abdullayev, dəyəri milyardlarla ölçülən şirkətləri, mülkləri ilə daim müzakirə predmeti olan AZAL “şef”i Cahangir Əsgərov bu qədər varidatı vəzifə maaşları ilə necə əldə edib? Bu cür suallar kifayət qədərdir. Çünki uzun illər vəzifə tutan məmurlardan demək olar ki, maaşla dolananı yoxdur.
Bir çoxunun özlərinin adına olmasa da, yaxın ətrafının, qohumlarının adına olan milyonluq sərvətlər mövcuddur. Hətta Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yeni yaradılan zamanı quruma rəhbər gətirilən Rüfət Aslanlının sonra bahalı saat və avtomobil kolleksiyası ortaya çıxdı. Nəzərə alsaq ki, hələ o zaman Rüfət Aslanlı 2-3 illik məmur statusu daşıyırdı, onun qısa zamanda bu qədər varidat yığması bu məsələdə qaranlıq məqamların olduğunu göstərir. Son günlər isə gündəmdə olan AMEA prezidenti, akademik Ramiz Mehdiyev və prezidentin keçmiş köməkçisi Əli Həsənovun sahib olduğu milyonluq mülklər müzakirə predmetinə çevrilib.
Maraqlıdır, bəs məmurlar bu iqtisadi imperiyanı necə qurublar? Milyardlıq varidatı necə əldə ediblər?
Maliyyə məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, məmurlar bu varidatı bir neçə yolla əldə ediblər:
“İlk növbədə bunu rüşvət almaqla edirlər. Hər sahədə bilirik ki, özlərinin korrupsiya sistemi var. Nəyəsə icazə verirlər, bəzən qanunsuz əməllər, bəzər də qanuni işlər üçün rüşvət alırlar. Bu, birbaşa korrupsiyadır. İkinci istiqamət isə qeyri-sağlam rəqabət aparan biznes qurmaqdır. Yəni hər hansı bir biznes sahəsini inhisarlarına alırlar. Bunun üçün də təbii ki, dövlət vəzifəsi tutmalarından sui-istifadə edirlər. Yəni birinci halda rüşvətdirsə, ikinci halda özlərinin birbaşa biznesdə iştirakıdır. Həmin biznesə də heç kimi buraxmır və ya orada olanları da əzib çıxarırlar. Məmurlar əsas bu iki yolla oliqarxa çevrilir. Əslində birinci səbəb, birbaşa rüşvət almaq məsələsi yavaş-yavaş aradan çıxır. Çünki bu üsula daha çox köhnə məmurlar maraq göstərirdi. Təbii ki, onlar da özləri üçün biznes şəbəkəsi qurublar. İndiki məmurlar isə elə birbaşa biznes qurur və onun vasitəsilə pul qazanır. Heç kimə sirr deyil ki, Azərbaycanda iri bizneslərin, obyektlərin çoxu dolayısı ilə hansısa oliqarx məmura məxsusdur. Kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, biznesə məmur özü nəzarət edir. Daha bilikli, savadlı məmurlar isə xaricdə də özlərinə biznes qurublar. Təbii ki, bu cür məmurların sayı azdır. Prinsipcə xaricə pul çıxaranlar çoxdur, əksəriyyəti xaricdə obyekt, mülk alır. Amma o biznes deyil, sadəcə pulunu xaricdə əmlaka yatırır. Məmurların varlanma səbəblərindən biri də dövlət vəsaitlərinin talanmasıdır. Yəni heç kimdən rüşvət almır, biznes qurmur, sadəcə sərəncamında olan dövlət vəsaitini talayır. Bunun ən sadə misalını hər gün şəhərdə görürük. Məsələn, bir yolu bir neçə dəfə söküb təmir edirlər. Aydındır ki, orada dövlətin pulunu yeyib dağıdırlar”.
Tarix: 8-09-2020, 16:22
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...