Ermənistan müharibəyə hazırlaşır - Cəbhədə gərginlik/Şərh

Milli Məclisin deputatı Naqif Həmzəyev Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Naqif müəllim, Nikol Paşinyanın Dağlıq Qarabağa səfərini necə qiymətləndirirsiniz?
- Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə olunmaqla 500 tondan artıq hərbi təyinatlı yük işğalçı ölkəyə daşınıb. Eyni zamanda müxtəlif ölkələrdən olan terrorçular, muzdlular hesabına könüllülər dəstəsinin yaradılması Ermənistanın sülhə yox, məkrli siyasətlərini həyata keçirməyə hazırlaşdığını göstərir. Bütün baş verən hadisələrdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və burada generallarla müşavirə keçirməsi isə beynəlxalq hüququn normalarını kobud şəkildə pozmasının əyani nümayişidir.
- İyul məğlubiyyətindən sonra işğalçı ölkənin əsasən hərbi obyektlərində aparılan yoxlamaları necə izah edərdiniz?
- Paşinyan hakimiyyətə gələndən sonra tez-tez Dağlıq Qarabağa səfərlər edir, fəxrlə şəkillərini sosial şəbəkələrdə nümayiş etdirir. Dağlıq Qarabağın, Xankəndinin, Şuşanın əzəli-əbədi Azərbaycan torpaqları olduğu gün kimi işğalçı hakimiyyətin baş nazirinə aydındır. Riyakarlıqdan, hiyləgərlikdən, yalandan, özgə malına göz tikməkdən yaxşı dərs keçən Paşinyan bu kimi addımlar atmaqla, Dağlıq Qarabağdakı hərbi obyektlərin vəziyyəti ilə maraqlanmaqla guya Azərbaycana təhdid mesajları göndərir. Amma o, bu cəhdlərin növbəti biabırçı məğlubiyyət ilə nəticələcəyinin də fərqindədir.
- Qənaətinizcə, Paşinyanın Ermənistan ordusundakı ruh düşkünlüyünü, özünə qarşı hiddəti səngitmək üçün daha hansı addımlar atacaq?
- 2016-ci il aprel, 2020-ci il Tovuz hadisələrində ermənilər başladıqları fitnəkarlığın bədəlini artıqlaması ilə ödədilər. Tovuz olayları zamanı ermənilərin mühəndis-istehkam qurğuları, hərbi texnikaları, canlı qüvvəsi darmadağın edildi ki, bu da işğalçı ölkənin ordusunda ruh düşkünlüyü yaradıb. Bunu erməni ordusundakı təlaş, nəzarətsizlik və döyüş meydanından kütləvi qaçışları əks etdirən onlarla video da təsdiq edir. Tovuz istiqamətində Azərbaycanla sərhəd xəttində təxribat törətməkdə fərqlənmiş erməni hərbiçilərini mükafatlandırması, hətta onlardan birinə “mıllı qəhrəman” adını təqdim etməsi Paşinyanın əsl xislətini ortaya qoydu.
- Paşinyanın və ailə üzvlərinin adı mafiyalar qurmaqda, dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılır...
- Erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilib. Son vaxtlar ermənilərdə hiddət və qəzəb doğuran təzadlı siyasi proseslər baş verir. Baş nazir Nikol Paşinyanın məqsədinin erməni xalqının güzəranının yaxşılaşması deyil, öz şəxsi biznesini, varidatını artırmaq olduğu əməllərindən aydın olur. Təsadüfi deyil ki, Paşinyan Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olub. Dağlıq Qarabağa səfəri zamanı Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksinə baş çəkən Paşinyanın ailə biznesini artırmaq məqsədləri artıq ortadadır.
Tarix: 1-09-2020, 21:33
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...