Üzrü qəbahətindən böyük: - Sabiq məmurlaırn tövbəsinə inanmaq olar?

“Ramiz Mehdiyev bundan sonra 100 il ibadət etsə belə Allah onun ibadətini qəbul eləməz. Gərək etdiyi əməlləri səmimi şəkildə özü-özünə etiraf və buna şahidlik etsin”.
Bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu vəzifədən çıxandan sonra məmurların dinə, imana qayıtmaları, Allaha ibadət etmələri ilə bağlı məsələdən danışarkən deyib. Onun sözlərinə görə insan çətinliyə düşəndən sonra Allaha sığınırsa, bu səmimi etiqad deyil:
“Qurani Kərim” də bununla bağlı deyilir. Yəni insan firavanda, azadlıqda olanda yox, çətinlikdə olanda Allah yada düşür. Bu adamlar hakimiyyətdən, vəzifədən uzaqlaşıblar və müəyyən qədər çətinliklərlə üzləşiblər. Bu an Allah yada düşür ki, sən demə bu dünyada ədaləti bərqərar edən bir güc var. Buna görə də Allaha inanmağa başlayırlar və peyğəmbərdən, “Quran”dan sitat gətirilər. “Quran”da buyurulur ki, bütün insanlar istəsə, istəməsə də Allah onların qəlbinə özünün varlığı haqqında həqiqəti deyir. Amma dünya malı və şeytanı Allah onların yadından çıxarır. Elə ki, çətinliyə düşürlər, artıq dünya malı və şeytan onların gözündə funksiyasını itirir. Yenidən Allaha tərəf qayıtmağa başlayırlar.
Bu məsələ könüllü Allaha qayıtmaqdan onunla fərqlənir ki, bu insanlar məcburiyyət qarşısında dinə qayıdır, namaz qılır və ibadət edirlər. Öz xoşuna firavanlıq dövründə, vəzifədə olanda Allah, İman, Peyğəmbər yada düşməyib, özünü Allaha şərik qoşub ki, guya özü də Allahdır. Düzdür, kimsə tövbə edib, Allahın yoluna qayıda bilər. Amma bunun üçün o, mütləq tövbə etməyi bacarmalıdır. Əgər bu gün kimsə bundan əvvəl etdiyi əməllərə görə özünə haqq qazandırmaq istəyir, ona-buna hədə-qorxu gəlmək istəyirsə, çalışırsa ki, özünün ifşasının qarşısını alsın, bu halda Allahı yada salmağın heç bir mənası yoxdur. Çünki Allah o insanları bağışlayır ki, onlar səmimi qəlbdən səhv etdiklərini, yalnış bir yolda olduqlarını, etiraf etsinlər. “Qurani- Kərim” də belə bir ayə var. Orada deyilir ki, “Hətta özünüzün əleyhinə olsa belə şahidlik edin ki, ədalət bərqərar olsun”. O adamlar həqiqətən Allahın yolunda olduqlarını sübut edə bilərlər ki, özləri özlərinin keçmiş əməllərinə şahidlik etsinlər. Ona görə də belə insanlar çıxıb etiraf etməlidirlər ki, biz xalqa qarşı genosid etmişik, oğurlamışıq, talamışıq, başqalarının haqqına girmişik. O zaman Allah bu insanların səmimi etirafını qəbul edəcək və bağışlayacaq. Çünki Allah bağışlayandır və Allahın bağışlanmağı boldur. Yalnız şeytana uyanlar Allahın bağışlayacağına inanmayanlardır”.
Partiya sədri əlavə edib ki, məsələn, Ramiz Mehdiyev hələ də günahkar olduğunu, hakimiyyətdə olduğu dövrdə ölkənin başına açdığı oyunları etiraf eləmir: “Hələ istəyir ki, özünü müdafiə etsin və kimlərisə məhkəməyə versin. Üstəlik kimlərəsə də hədə-qorxu gəlir.
Çıxıb deməlidir ki, bütün bu illərdə vəzifəyə, pula görə haqqı və xalqı unutdum, insanların haqqına girdim, harama əl uzatdım, həyatımı günah içində yaşadım. Yoxsa ki, bütün ömrümü əyyaşlıqla keçirim, halal-haram deməyim, uşaqları yetim, qadınları isə dul qoyum, insanları ac-susuzluğa məruz qoyum, sonra da çətinliyə düşəndə Allaha döndüm deməklə olmur. Allah Təala deyir ki, münafiqlərin Kəbədə namaz qılmaları fit çalıb əl çalmağa oxşar. Ona görə də tövbə və özü-özünə şahidlik etmədən dinə qayıdan insanların ibadəti münafiqlərin ibadətinə bənzəyər”.
Tarix: 27-08-2020, 21:51
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...