Səfirin həbsi başçı üçün də problem yaradıb... - İDDİA

Xəbər verildiyi kimi, ötən həftə Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov DTX tərəfindən həbs edilib. JAMAZ.İNFO xəbər verir ki, hazırda Həsənovla bağlı istintaq aparılır. Onun barəsində xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bildirilir ki, sabiq baş prokuror və səfir Eldar Həsənovun işi ilə əlaqədar başqa maraqlı bir məqam da meydana çıxıb. JAMAZ.İNFO xəbər verir ki, sabiq səfirin əsas şəriklərindən biri olan Sumqayıtın icra başçısı Zakir Fərəcovun da adı işə qarışıb. Məlumatlı mənbələrdən verilən xəbərlərə görə, Serbiyada Eldar Həsənovla birgə spirtli içkilər istehsalı ilə məşğul olan zavod açan Fərəcovun da fəaliyyətinin təftişinə başlanılıb. Gələn xəbərlərdə o da qeyd olunur ki, Eldar Həsənovun işi ilə əlaqədar Sumqayıtın icra başçısının da istintaqa çağırılacağı güman edilir.
Bu əsnada Zakir Fərəcovun mülkləri, obyektləri və vəzifə başında olan qohumlarına aid siyahı yayımlanıb. Həmin siyahıda qeyd edilən mülk və obyektlər Azərbaycanda olanlardır. Sosial şəbəkələrdə yayılan məlumatlardan belə anlaşılır ki, sözügedən məmurun sərvəti heç də kiçik rəqəmlərlə ifadə olunmur. Siyahını təqdim edirik:
RESTORAN VƏ BİZNES SAHƏLƏRİ
- Sumqayıtda "Şahənə" şadıq sarayı
- Novxanıda dəniz kənarında "Kalyon" restoranı
- Yeni Bulvar ərazisində “Dəniz”restoranı
- Sumqayıtın girişində OS- OİL
- Sumqayıtda "İST" petrol (50% onundur)
- Sumqayıtda "Səda Store"
- 13-cü mikr-da "Qold Qayalı" super ticarət şəbəkəsi (50% şərik)
- Sumqayıt bulvarına bitişik yaşayış massivi
- Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranı
- Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı
- Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı
- Qızının idarə etdiyi "UVENTA" gözəllik salonu, eyni adlı estetik mərkəzi
"Kimyaçılar" sarayı qarşısındakı "Zəfəran" restoranı
MƏNZİL və VİLLALAR
- Qurd dərəsi və Novxanı bağlarında 6 villası
- Corat kəndində 1 villası
- İzmirin Kuşadasında villası
- Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil
- Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil
- Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa
- Novxanıda hektarlarla bağ sahəsi
Məlumatda deyilir ki, Zakir Fərəcov, həm də tikinti maqnatıdır. Belə ki, Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.
ŞİRKƏTLƏR
- “Əsnayə MMC“ şirkəti (kürəkəni Əkrəmindir)
- “LC-2008 MMC“ şirkəti (kürəkəni Müşviqindir)
- “RAMİL-2000“ Fərdi Firması (kürəkəni Müşviqindir)
- “Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur)
Məlumatda o da iddia edilir ki, İradə Gülməmmədovaya məxsus biznesin 90%-i də Zakir Fərəcova məxsusdur.
VƏZİFƏDƏKİ QOHUMLARI:
- Pərvin Fərəcov: Qardaşı oğlu, Nizami rayon prokurorunun müavini;
- Elgiz Fərəcov: Bacısı oğlu, Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin işçisi;
- Məhəmməd Həsənov: Bacısı oğlu, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini.
- Mehdi Səlimzadə: Qudası, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı;
- Akif Zeynallı: Qudası, Ərazi maliyyə müfəttişliyinin rəisi;
- Əkrəm Zeynallı: Kürəkəni, Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfir;
- Cəmil Quliyev: Qudası, Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəsi;
- Müşfiq Quliyev: Kürəkəni, 3 saylı Mənzil İstismar Sahəsinin rəisi;
- Ağamirzə Əhədov: Qardaşının qudası, “Karvan” Ticarət Mərkəzinin sahibi;
- Ruslan Fərəcov: Zakir Fərəcovun qardaşı oğlu, biznesmen. "NORF" adlı içkilər istehsal edən müəssisənin rəhbəridir. İzmirdə eyni adlı restoranı var.
Məlumatı yayan mənbə NORF-un mənasını da açıb: “Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər”.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Tarix: 18-08-2020, 08:36
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...