Əhməd Əhmədzadə dostu Mirkamil Seyidova nəyin müqabilində vəzifə verib? - İLGİNC

Məlum olduğu kimi,”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə bbütün rayonlarda əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, meliorasiya və irriqasiya işlərinin aparılması məqsədi ilə hər il dövlət büdcəsindən milyonlarla manat vəsaitlər ayrılır. Bundan əlavə Prezidentin ehtiyyat fondunda da il ərzində bu sahənin inkişaf etdirilməsi üçün də vəsaitlər ayrılır. Bəs ayrılan bu qədər vəsaitlərin müqabilində kəndlərdə vətəndaşlar suvarma suyunun yoxluğundan nə üçün əziyyət çəkirlər? Çünki, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və onun talançı komandası ayrılan dövlət vəsaitlərindən qazanc əldə etmək üçün keyfiyyətsiz işlər görürlər.
Aktualinfo.org-un apardığı araşdırmalarda “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən elan olunmuş tenderlər barədə artıq məlumatlar vermişik. Tendrlərin Əhməd Əhmədzadəyə yaxın şirkətlərə verildiyi barədə də yazmışdıq.Səhmdar cəmiyyətə tabeli sözügedən qurumun ötən il elan etdiyi onlarlla tenderin birini də qalibi “MELİORASİYA SU TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Sözügedən MMC kimə məxsusdur və qalibi olduğu tender yolu ilə harada və nə kimi işlər görüb?
Əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üzrə 07.05.2019-cu ildə keçirilmiş tenderin qalibi “MELİORASİYA SU TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyət olub və 720997.45 manat dəyərində müqavilə bağlanıb.Müqavilədə sözügedən MMC-nin harada nə kimi işlərin görməsi barədə məlumatların yerləşdirilməməsi də şübhəli məqamlar olduğunu göstərir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “MELİORASİYA SU TİKİNTİ” MMC Sumqayıt şəhəri 2 saylı Ərazi Vergilər Baş İdarəsində 15.04 2019 cu ildə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Sumqayıt şəhəri məhəllə 5, ev 21/3, m. 3, qanuni təmsilçisi Seyidov Mirkamil Miriş oğludur.
Qeyd edək ki, 07.05.2019-cu ildə,yəni tenderin keçirilməsindən bir ay əvvəl yaradılmış NMC -nin tenderdə iştirakı qanunazidd haldır. Digər tərəfdən qanuni təmsilçisi,yəni sahibi Mirkamil Seyidovun vaxtı ilə “Azərsu” ASC-də məsul vəzifələrdən birini tutduğunu,”Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə ilə çox yaxın münasibətləri olduğunu bəlkə də çox adam bilmir. Mirkamil Seyidov “Azərsu”ASC-də vəzifəsini itirdikdən sonra Əhməd Əhmədzadə dostuna qapılarını açmalı olub. Əvvəlcə nizamnamə kapitalı 10 manat olan MMC vasitəsi ilə Mirkamil Seyidova iş verib. Daha sonra isə dostunu Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin müdiri vəzifəsinə gətirib.Maraqlıdır Əhməd Əhmədzadə ötən il podratçısı olan Mirkamil Seyidova bu vəzifəni nəyin müqabilində,hansı xidmətlərinə görə verib?
Aktualinfo.org
Tarix: 12-08-2020, 20:40
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...