Əvəz Qocayev milyonları necə əldə edib? - İLGİNC

Son vaxtlar mediada ayrı-ayrı məmurların sahib olduqları biznes, daşınmaz əmlak, dəyəri milyonlarla ölçülən var-dövlət haqqında informasiyalar dərc olunur. Ölkə qanunvericiliyinə görə millət vəkilinin və vəzifəli şəxslərin bizneslə məşğul olması birbaşa qadağandır.
Həmçinin, bu siyahısı yayılan məmurların həmin var-dövlətə yalnız uğurlu biznes sayəsində nail olduqlarını söyləmək belə gülüncdür, nəinki iddia etmək. Ən azından bunu vəzifədən azad olunan nazirlər, məmurlar haqqında sonradan açıqlan cinayət işlərində görürük.
Dövlət büdcəsindən vəsaitlərin necə talanması haqda bu cinayət işlərində onlarla faktlar mövcuddur. Və media həmin məmurlarların korrupsiya əməlləri barədə vaxtilə informasiyalar yaysa da, bu işlə məşğul olmalı olan aiduiyyatlı dövlət qurumları heç bir hərəkət etmirdi. İndi də eyni vəziyyətdir. Ölkə parlamentinin sədrindən tutmuş hansısa ASC sədrinin müavininə kimi bir çox məmurun dəyəri milyonlarla ölçülən sərvəti haqda siyahılar yayılır…
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayevin də sərvətlərinin siyahısı yayılıb. Bu sərvətlərə alın və beyin təri ilə sahib olduğunu düşünmək istərdik.
Dia.az “Asiya.az”-a istinadla “bapbalaca” varidat siyahısını təqdim edir:
1. “Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)
2. Yasamal, Xətayi, Sabil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi
3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular
4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil
5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)
6. H.Əliyev prospektində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)
7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil
8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)
9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.
10. Köhnə “Varovski”da 3 mərtəbə villa
11. Novxanıda ayrı-ayrılıqda 3 villa
12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil
13. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil
14. Port Bakuda 150 kv m daha bir mənzil
15. Binəqədi rayonunda böyük torpaq sahələri
16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil
17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit
18. Şüvəlanda villa
19. Özünə və ailsəinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər
20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası
21. Dərnəgüldə tikinti materialları mağazası
22. Bacısı Afət Qocayeva Əyyublu kənd orta məkətibinin direktorudur.
23. Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…
Məsələ həm də ondadır ki, son vaxtlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı məlumatlarda ancaq sədr Saleh Məmmədov yer alır. Əvəz Qocayevi isə yada salan yoxdur. Müavin adının hallanmaması üçün media ilə gizli saziş bağlayıb. Ancaq öz şəxsi adının. Sədri Saleh Məmmədovla bağlı yazılanlar isə onu heç maraqlandırmır.
Mənbə:asiya.azhttp://www.dia.az/1/257666-evez-qocayev-milyonlari-nece-elde-edib.html
Tarix: 28-07-2020, 09:14
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...