Ermənilər kəmər keçən ərazini nəzarətə götürmək istəyir: - BTC-yə təhdid

Ermənistanın Azərbaycana hərbi təcavüzkarlıq siyasəti davam edir.
Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib.
1993-cü ildən bu günə qədər erməni silahlı qüvvələrinin Qarabağdan və ətraf rayonlardan çıxarılması istiqamətində aparılan danışıqlar heç bir effekt vermir.
Bu 27 ildə rəsmən atəşkəs müqaviləsi imzalansa da, ermənilərin hərbi təxribatları ara verməyib. Ermənilər hər dəfə Qarabağda atəşkəsi pozur, hərbi toqquşmaya səbəb olurlar. İşğalçı ölkə bu dəfə Dağlıq Qarabağ ərazisindən deyil, Tovuz istiqaməti zonasında təxribat törətdi.
Bunun da bir sıra səbəbləri olduğu bildirilir.
Ekspertlər hesab edir ki, məsələnin arxasında Rusiya dayanır və məqsəd Liviyadakı məğlubiyyətin əvəzini Türkiyədən, onun müttəfiqlərindən çıxmaqdır.
Bu məsələ Türkiyə kimi Qərb dövlətlərini də narahat edir. Bəzi ekspertlər hesab edir ki, Rusiyanın Ermənistan üzərindən reallaşdırdığı bu siyasəti Qərbə mesajdır.
Kreml Qərbə “burada ağa mənəm” mesajını verir. Göründüyü kimi, 1994-cü ildə imzalanmış neft kontakrtları həm də Bakı-Tblisi-Ceyhan neft kəməri istiqamətində təhlükəsizlik dəhlizi deməkdir. Lakin ermənilərin Tovuzdakı hərbi təxribatı göstərdi ki, “Əsrin Müqaviləsi” ilə yaranmış düzən təhdid altındadır.
Maraqlıdır, dünya güclərinin bu düzənə yaranmış təhlükəyə münasibəti necə olacaq?
Politoloq Fikrət Sadıqov “Cümhuriyət”ə açıqlamasında deyib ki, “Əsrin Müqaviləsi” ilə yaranmış düzən dəyişə bilməz: “Dünyanın aparıcı oyunçuları həmişə öz maraqlarına cavab verən addımlar atıablar. Hətta 90-cı illərin əvvəllərində də, “Əsrin Müqaviləsi” bağlananda da bir sıra təxribatlar olub. Bu aparıcı dövlətlər tərəfindən təşkil olunan təxribatlar idi. Burda qalmaqal yaratmaq və sabitliyi pozmaq üçün addımlar atılıb. İndi də həmin proseslər təkrarlanır. Ermənistan Cənub qaz dəhlizi ərazisində təxribat törədir. Aydın məsələdir ki, bunun arxasında, müəyyən qüvvələr, təxribatçı siyasi oyunçular var. Dolayısı ilə bölgədə söz sahibi olduğunu demək istəyən var. Lakin ermənilər Bakı-Tbilisi- Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolları ərazisində təxribat törədiblər. Bu da bir çox qüvvələrin maraqlarına uyğun gəlmir. Ona görə də düşünürəm ki, bu məsələ bir çox qərbyönlü qüvvələri maraqlandırmalıdır. Onlar bunu görərək müəyyən nəticə çıxarmalıdır”.
Ekspert hesab edir ki, dünya gücləri Ermənistanın bu təxribatını cavabsız qoymayacaq: “Ermənistanın bu təxribatı dünya güclərinin maraqlarına ziddir. Dünya gücləri bu məsələdə səslərini qaldırmalıdır. Ona görə də bu dəfə bizi dəstəkləyən qüvvələr çox oldu. Yəni ki, Azərbaycanı dəstəkləmək və ərazi bötövlüyü barəsində bəyanatlar səsləndirmək kimi addımlar atıldı. Onlar Ermənistana qarşı açıq şəkildə təzyiq göstərməsələr də mövqeləri bizə bəlli oldu. Eyni zamanda Türkiyənin də dəstəyini ciddi şəkildə gördük. Bunun iki səbəbi vardı. Birincisi Türkiyə bizimlə qardaş dövlətdir. İkincisi isə Türkiyə başa düşür ki, mövcud vəziyyətdə enerji layihələrinə təhlükə yarana bilər. Yəni onlar bunu praqmatik nöqteyi-nəzərindən anlayırlar. Buna görə də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, biz Azərbaycanın yanındayıq və bütün sahələrdə ona dəstək verməyə hazırıq. Reallıq budur”.
Tarix: 23-07-2020, 21:02
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...