Ermənistana qarşı Türkiyə və Azərbaycan müharibəsi başlasa, biz Yerevanı itirəcəyik - ERMƏNİ ƏSİLLİ RUSİYALI POLİTOLOQDAN İLGİNC ETİRAF

Erməni əsilli rusiyalı politoloq, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin dosenti Gevorq Mirzoyan Azərbaycan-Ermənistan sərhədində gərginləşən vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Virtualaz.org bildirir ki, Rusiyanın "Vzqlyad" nəşrində dərc olunan məqaləsində G.Mirzoyan Türkiyə və Rusiyanın bu münaqişədəki roluna böyük əhəmiyyət verir. Müəllifin yazısından bəzi fraqmentləri diqqətinizə çatdırırıq.
Mirzoyan yazır: "Bakıda torpaq itkisi ilə barışmadılar və onu geri qaytarmaq üçün yollar axtarırlar. Xoşbəxtlikdən bu günə qədər beynəlxalq səviyyədə tanınmış heç bir dövlət "DQR"in (buradakı və bundan sonrakı dırnaqlar bizimdir-virtualaz.org) müstəqilliyini tanımadı-hətta Ermənistan da. Yerevanda hansısa faydalı aralıq düsturlar icad edə bilərlər, amma Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımama Ermənistan hakimiyyətinin onu Azərbaycanın tərkib hissəsi hesab etməsi anlamına gəlir.
Problem ondadır ki, 25 ilə yaxındır davam edən hərbi əməliyyatlar (1994-cü ilin mayında Dağlıq Qarabağda ərazi status-kvosunu qeyd etmiş atəşkəs razılaşmasından sonra), heç bir tərəf hərbi qələbəyə yaxınlaşmadı. Bəli-həm Yerevan, həm də Bakı döyüşdə qalib gələ bilər, lakin bunun baş verməsi üçün siyasətdəki ulduzlar düzgün düzülməlidir.
Beləliklə, bu gün bir sıra mövqelərdə say baxımından (səfərbərlik potensialı, zirehli texnikanın sayı, yaşı və s.) Azərbaycan Silahlı Qüvvələri həm Ermənistanın, həm də Dağlıq Qarabağın birləşdirilmiş ordularından üstündür və ya əhəmiyyətli dərəcədə üstündür. Əlbəttə ki, erməni tərəfi döyüş ruhu və təlim fərqi haqqında danışır, 90-cı illərdə azərbaycanlıları necə qovduğunu xatırladır, ancaq bununla yalnız Təl-Əvivin ərəbləri ciddi şəkildə qiymətləndirməməsi səbəbindən Qiyamət müharibəsindən əvvəl məhv olma həddinə çatan İsrailin klassik səhvini təkrarlayır.
Üstəlik, unutmaq olmaz ki, Azərbaycan bu müharibədə tək deyil - türk müttəfiqləri çox böyük məmnuniyyətlə onun köməyinə çatacaq. Hansı ki, Ermənistanla ciddi bir siyasi qarşıdurması (tarixə bağlı) var və hər kəsə göstərmək istəyir ki, Cənubi Qafqazın ağası kimdir. Və bu gün Türkiyə ilə Azərbaycan bir tərəfdən, "DQR" ilə Ermənistan digər tərəfdən birgə müharibəyə başlasalar, ermənilər təkcə Qarabağı itirməzlər. Mümkündür ki, Yerevanın mərkəzindəki Respublika Meydanının adı çox tezliklə dəyişdirilər və İlham Əliyevin (yaxud da Rəcəb Tayyib Ərdoğanın) adını daşıyar.
Ancaq Bakı və Ankara hərbi üstünlüklərini reallaşdıra bilmirlər - sadəcə ona görə ki, Ermənistan və Dağlıq Qarabağın arxasında özünü Qafqazın ağası hesab edən başqa bir dövlət dayanır-Rusiya. Moskva regionu Türkiyəyə verməyə və öz sərhədində Rusiya Federasiyasını Orta Şərqdən ayıraraq Şimali Qafqazda və Volqaboyunda sabitliyə təhlükə yaradan (Ərdoğanın panürk və panislamist təbliğatını nəzərə alaraq) bir türk pərdəsinin yaranmasına hazır deyil. Buna görə də Rusiya Ermənistanda baza saxlayır, KTMT-də Yerevanın müttəfiqidir və bununla özünün Qafqazdakı forpostunun (ermənilər bu müqayisəni sevməsələr də) qorunmasına zəmanət verir”.
G.Mirzoyan hesab edir ki, hərbi əməliyyatlar yalnız Qarabağ ərazisində baş versə belə, Ermənistan Rusiya tərəfindən dəstəkisiz qalmayacaq. Bu baxımdan, onun fikrincə, Azərbaycan hər şeyi edir ki, Ermənistan Rusiyanın təhlükəsizlik zəmanətindən məhrum olsun. Və burada, politoloqun fikrincə, "İlham Əliyevin köməyinə Ermənistanın baş naziri Nikol Paşinyan gəlir".
“Ermənistan hakimiyyətinin Qərbin verdiyi qrantlarla tərbiyələnmiş bir sıra nümayəndələri Moskvada şübhə yaradan və onun narazılığına səbəb olan anti-Rusiya əhval-ruhiyyədə kökləniblər. Həm də bəzi rus siyasətçiləri, bu cür müttəfiqləri qorumasına Rusiyanın ehtiyacının olub-olmaması ilə bağlı suallar verirlər”,-deyə müəllif yazıb.
Münaqişənin həlli üçün hərbi variantlardan başqa, ekspert "qansız" ifadəsini də işlədir. Lakin elə özü də əlavə edir ki, hazırda qarşılıqlı güzəşt variantının qəbuluna - hansı ki, ona görə Azərbaycan “DQR”in müstəqilliyini tanıyır və "təhlükəsizlik kəməri" adlandırılan böyük bir ərazini öz nəzarəti altına alır,- nə Ermənistanda, nə Azərbaycanda, nə də Dağlıq Qarabağda hazır deyillər.
Tarix: 17-07-2020, 17:17
-
Bu gün, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Bu gün, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Bu gün, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Bu gün, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Bu gün, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Bu gün, 17:10
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Bu gün, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Bu gün, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...