“Rəsmi deyilsə, sevincək olub paylaşmayın” - Əflatun Amaşov

Xəbər verdiyimiz kimi, bu gün səhər Müdafiə Nazirliyi Azərbaycan Kütləvi İnformasiya Vasitələrini Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və düşmənin dezinformasiyalarını ifşa etməyə çağırıb.
Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurası sədri Əflatun Amaşov “MediaPost”a müsahibə verib. O, bu və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.
- Əflatun bəy, iyulun 12-si günorta saatlarından başlayaraq, ermənilər Tovuz istiqamətində təxribat törətməyə başlayıblar. Bu təxribata Azərbaycan KİV-nin cavabını necə qiymətləndirirsiniz?
- Ermənistan silahlı qüvvələrinin Tovuz sərhədi boyunca törətdikləri təxribatla bağlı məlumatların yayılmasında Azərbaycan kütləvi informasiya vasitələrinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Aprel döyüşlərində olduğu kimi, hazırda da jurnalistlərimiz Azərbaycan əsgəri tək öz informasiya səngərində döyüşdü və hazırda bu proses davam etdirilir. Ümumiyyətlə, Azərbaycan KİV-i dünya mediasına göstərdi ki, Azərbaycan əsgəri sizin təsəvvür etdiyiniz qədər zəif deyil, əksinə, güclüdür. Erməni postları sizin təsəvvür etdiyiniz istehkamlar deyil. Məhz Azərbaycan əsgəri çox asanlıqla erməni istehkamlarını məhv edə bilər. Eyni zamanda da, Azərbaycan jurnalistikası məhz bu baxımdan üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi. Bu proses hazırda da davam etdirilir. Hesab edirəm ki, Azərbaycan əsgəri kimi, jurnalistlərimiz də düşmənə informasiya müharibəsində artıq qalib gəlib. Əvvəllər erməni KİV-i Azərbaycanla bağlı dünya mediasına yalan məlumatlar yaya bilirdilərsə, hazırda bu, mümkün deyil. Səngərdə olduğu kimi, informasiya savaşında da dərhal əks cavablarını alırlar.
Hazırda dünyanın ən nüfuzlu “Reuters”, “BBC” və digər informasiya orqanlarına Azərbaycan jurnalistləri erməni təxribatı ilə bağlı daha dəqiq məlumatlar ötürürlər. Fikrimcə, jurnalistlərimiz kifayət qədər geniş işləyir, obyektiv məlumat verməyə səy göstərirlər. Onlarla bərabər, Azərbaycan Mətbuat Şurası da bu istiqamətdə işlərini davam etdirir və bu barədə dəfələrlə bəyanatla çıxış edilir.
- Ümumiyyətlə, baş verən hadisələrlə bağlı məlumat ictimaiyyətə hansı formada çatdırılmalıdır?
- Bu sayaq məsələlərdə müəyyən çərçivələr var. Hazırkı şəraitdə bu barədə rəsmi qurum Müdafiə Nazirliyidir. Hərbi məsələlərlə bağlı xəbərlər mütləq və mütləq bu dövlət qurumu ilə dəqiqləşdirilməlidir. Xəbərin formasını və mətnini Azərbaycanın milli maraqları naminə Müdafiə Nazirliyi özü müəyyənləşdirir.
- Müəyyən çağırışlara baxmayaraq, hələ də Müdafiə Nazirliyinin rəsmi məlumatı olmadan xəbər yayanlara rast gəlinir. Bu barədə nə deyə bilərsiniz?
- Bəzən hansısa vətəndaşdan eşitdiyi xəbəri məlumat kimi sayta yerləşdirənlər də olur. Biri var, sayt rəhbəri hansısa sosial şəbəkə istifadəçisidir və jurnalistikanın peşəkarlığına o qədər də bələd deyil. O, bir vətəndaş kimi sevincək olub xəbərləri sayta yerləşdirə bilər. Bu məqamlarda həmin insanları ehtiyatlı olmağa, sevincək olub məlumat yaymamağa çağırırıq. Bu sayaq müharibələrin prinsipi ondan ibarətdir ki, xəbərlər mütləq Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməlidir. Çəkilişlərdə belə, jurnalistlər diqqətli olmalı və düşmənə iz verməməlidirlər. Bütün məqamlarda milli və strateji maraqlardan çıxış etməliyik.
- Bu məsələlərlə bağlı sosial şəbəkə istifadəçilərinə müraciətinizi edərdiniz...
- Hazırda ölkəmizdə 3 milyon nəfərdən artıq sosial şəbəkə istifadəçisi var. Bu, əhalinin üçdə bir hissəsi deməkdir. Burada olanların əksəriyyəti gənclər olsa da, orta və yaşlı nəslin nümayəndələri də görünməkdədir. Təbii ki, hər bir azərbaycanlı son erməni təxribatı ilə bağlı sosial şəbəkələrdə öz hislərini bölüşür. Tövsiyələrimiz ondan ibarətdir ki, şahidi olduğunuz, yaxud qohum, qonşu və digər şəxslərin verdiyi hər bir informasiyaya kifayət qədər ehtiyatla yanaşın.
Tutaq ki, cəbhə yaxınlığında yaşayan tanışınız, qohumunuz sizə zəng edib qorxulu nəsə deyirsə, onu sosial müzakirəyə çıxarmayın. Yaxud, görüntü göndərirsə, onu paylaşmamalısınız. Bu sayaq xəbərlər dövlət sirri baxımından əhəmiyyətli ola bilər.
Əgər bir məlumatı rəsmi qurum yaymırsa, demək, belə məsləhətdir. Əks halda, istər-istəməz hərbi strategiyaya ziyan vura bilərsiniz. Artıq ermənilər Azərbaycana qarşı mobil təxribata da keçir. Onlar rusların, və yaxud müəyyən xalqların adından istifadə edib telefonunuza mesajlar göndərə, zəng edə bilərlər. Düşmən telefonda olan şəxsi yazışmaları, səsləri çox asanlıqla əldə edə bilər. Bütövlükdə, hər bir vətəndaşımız bütün bunlardan ehtiyatlı olmalı, sosial şəbəkələrdə rəsmi olmayan məlumat paylaşmamalı, telefonumuza gələn zəng və mesajlara diqqət yetirməliyik.
Tarix: 17-07-2020, 15:06
-
Bu gün, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Bu gün, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Bu gün, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Bu gün, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Bu gün, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Bu gün, 17:10
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Bu gün, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Bu gün, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...