“İravunk” Ermənistanın Tovuz təxribatını ifşa etdi: - “Azərbaycan hücum edib” və “yeni ərazi” yalanı

Erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumundan sonra Ermənistan hakimiyyətinin “Azərbaycan hücuma keçdi”, “Azərbaycan ərazilərini tutmuşuq” kimi gülünc iddiaları “İravunk” qəzeti tərəfindən alt-üst edilib.
Siam.az-ın məlumatına görə, publika.az erməni qəzetin Ermənistan hakimiyyətini ifşa edən məqaləsini təqdim edibr:
Kerob Sarksyanın müəllifi olduğu “Tavuş münaqişəsindən kimlər fayda götürdü?” sərlövhəli məqalədə qeyd olunur ki, baş verənlərlə bağlı açıq qalan suallar var.
“Hər şey Azərbaycana məxsus UAZ-ının erməni mövqelərinə çatanda vurulduğu fərziyyəsi ilə başladı. Bu, ən azından Müdafiə Nazirliyi tərəfindən məntiqi izaha ehtiyac duyur, xüsusi bir epizod da bunu zəruri edir. Bazar günündən başlayaraq, internetdə erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərini tutması barədə şaiyələr yayılır. Dünən bu şaiyələr daha da çoxaldı və müxtəlif xəritələr yayıldı. Sonra foto ortaya çıxdı və iddia olundu ki, bu, Ermənistan silahlı qüvvələrin tərəfindən tutulmuş Azərbaycan mövqeyində çəkilib. Bu açıqlamalar qəribədir, xüsusilə Azərbaycan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatlara da kəskin ziddir. Beləliklə, nazir Davud Tonoyan Azərbaycan UAZ-nın erməni mövqelərinə yaxınlaşması nəticəsində baş verən hadisələri hökumətin iclasında təqdim etdi. Üstəlik bildirildi ki, erməni qüvvələri hətta azərbaycanlılara geri qayıtmaları üçün xəbərdarlıq edib, lakin onlar mövqeyimizi atəşə tutub, bizimkilər də cavab verib. Başqa sözlə, nazir əslində qüvvələrimizin yalnız müdafiə olunduğunu bildirdi. Həm də Azərbaycanın mövqelərini götürdüyümüz deyilir. Müdafiə olunan zaman bunu necə etmək mümkündür? Axı əraziləri tutmaq üçün hücum etməlisən”, - qəzet yazır.
Məqalədə vurğulanır ki, nazirin iddiaları ilə azərbaycanlıların dedikləri arasında da uyğunsuzluq var: “ Əvvəlcə bu, Azərbaycanın təbliğat maşını kimi görünürdü, lakin sonradan bunların təbliğat olmasına şübhələr yarandı. Xüsusilə Paşinyanın Soros mediasında və pulla işləyən bu cür media orqanlarında “bizim hücuma keçdiyimiz, azərbaycanlıları əzdiyimiz” haqda deyilənlər təəccüblü idi. Aidiyəti qurumların Azərbaycanın dediklərini nə təkzib, nə də təsdiq etməməsi da diqqət çəkir. “Mənim addımım” fraksiyasının üzvü Sipan Paşinyan “Gardaş” adlı profilin paylaşdığı (Bu profil ermənilər tərəfindən yaradılıb-red) erməni hərbi birləşmələrin mövqelər əldə etdiyini əks etdirən fotonu yaydı. Ardınca “Erməni əsgərinin xeyrinə” adlı QHT-nin rəhbəri David Torosyan Feysbukda həmin fotonu “Ermənistan silahlı qüvvələri artıq yeni mövqelər ələ keçirib” qeydi ilə paylaşdı. Əgər belədirsə, Müdafiə Nazirliyi bunu rəsmi şəkildə açıqlamalıdır. Yox açıqlamırsa, onda sual yaranır: məqsəd nədir, bizim qüvvələr əvvəldən hazırlanmış hücumu reallaşdırıblar? Bu suallar hərbi və diplomatik aləmdə bizi çətin vəziyyətə sala bilər. Yalandırsa əgər, o zaman deputatın və hökumətyönümlü ekspertlərin bu cür iddialarını necə başa düşək? Populist hərəkət? Lakin belə bir addım dövlətə zərbə vurur”.
“İravunk” başqa bir məqama da diqqət çəkir.
“Başqa bir sual: Azərbaycan müharibəyə başlamağı düşünürdüsə, niyə Qarabağı yox, Tavuşu vurdu? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantı keçirəcəyi açıqlandı və tarix təyin olundu. Sonra məlum oldu ki, toplantı qeyri-müəyyən müddətə təxirə salınıb. Rəsmi izahat budur ki, KTMT baş verənləri öyrənmək istəyir. Daha dəqiq desək, Rusiyada sərhəddə baş verənlərlə bağlı bəzi suallar yaranıb. KTMT toplantısının təxirə salınmasının Ermənistanın müvafiq qurumları tərəfindən şərh edilmədiyi isə o deməkdir ki, bizin hökumət toqquşmaların mənşəyini izah edə bilməyib”, - qəzet qeyd edir.
Məqalədə hücumun əslində Ermənistan hakimiyyətinin daxili problemlərdən və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesindən qaynaqlanan planı olduğu təsdiqlənir.
“Nikol Paşinyanın daxili problemləri var. Fövqəladə vəziyyət rejimi daha bir ay uzadıldı. Ancaq hakimiyyət başa düşür ki, dünya fövqəladə vəziyyətdən çıxmağa başladığı vaxtda Ermənistanda bunu davam etdirmək çətindir və sosial-iqtisadi problemləri olan minlərlə insan küçələrə çıxacaq. Bundan əlavə, Minsk qrupu həmsədrlərindən tutmuş beynəlxalq strukturlara qədər hamı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real və səmərəli danışıqlar tələb edir. Nikol da onu danışıqlar masasında nəyin gözlədiyini yaxşı bilir”- məqalədə vurğulanır.
Tarix: 15-07-2020, 21:30
-
Bu gün, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Bu gün, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Bu gün, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Bu gün, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Bu gün, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Bu gün, 17:10
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Bu gün, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Bu gün, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...