1 saylı Xəzinədarlıq idarəsində sanki bir "gestapo rejimi” hökm sürür... - İTTİHAM

Sosial media üzərindən axarış verəndə Mailiyyə nazirliyində "firon"luq edən bir qruplaşma, şərti adı «Gədəbəy qruplaşması» olan qrup haqqında maraqlı məlumatlar qarşımza çıxır. Prezident və onun komandasınn həyata keçirtdiyi dinamik ikşaf proqramlarına ağır bir yük olan bu qrupun üzvləri barədə mediada nələr yazırlar?
Maliyyə Nazirliyində şərti adı «Gədəbəy qruplaşması» adlanan Azər Bayramov-Nadir Qarayev birliyi elə vəziyyət yaradıb ki, artıq Samir Şərifovun çevrəsində olanlar da səslərini çıxarmağa başlayıblar: «Yaxın aylara qədər susanlar bu gün açıq şəkildə «Gədəbəy qruplaşması» və onların himayəsində olan maliyyə məmurlarının hərəkətlərindən şikayətlənməyə başlayıblar. Onlarla bərabər, ölkədə ciddi rol və nüfuza sahib olan bəzi nazirlərin də bu qruplaşmadan narazı olduğu sirr deyil. Çünki məhz bu qrup həmin nazirliklərin dövlət proqrammı çərçivəsində gördükləri işlərin sürətli və keyfiyyətli aparılmasına mane olurlar. Çünki nazirliklərin layihələrində qalib olan şirkətlər 1 saylı Xəzinədarlıq İdarəsinin razılığı ilə hesablarına köçürülməli olan vəsaitləri vaxtında ala bilmirlər. Nadir Qarayev açıq şəkildə «şərti»ni qoyaraq, «haqqı»nı istəyir. Bu isə həmin nazirlik və komitələrin layihələrini təhlükə altına qoyur. Üstəlik, tələb edilən iri məbləğli "faiz” ödənildiyi halda, işlərin keyfiyyəti istər-istəməz aşağı düşür.
Maraqlı burasıdır ki, dövlət qurumlarının maliyyə şöbəsi rəisləri də belə vəziyyətdə öz vəzifələrini qorumaq və son bir neçə ildə üstün mövqeyə sahiblənmiş «Gədəbəy qruplaşması» ilə düşmən olmamaq üçün sahibkarları sıxmağa başlayırlar. Açıq şəkildə tender qalibi olan şirkətlərə «1 saylı Xəzinədarlıq idarəsinin 6 (altı) faizini gətirin, hesabınıza pul köçürülsün» deyirlər. Bəli, «Azər Bayramov- Nadir Qarayevin "hakimiyyət pramidası”ı bu şəkildə qurulub, rüşvət elə bu mexanizmlə alınır».
Nadir Qarayevin rəhbərlik etdiyi xəzinədarlıqda sanki bir "gestapo rejimi”nin hökm sürdüyünü bildirilən müsahibimiz deyir ki, bu qrup elə bir həddə çatıb ki, artıq Azərbaycan dövlətinin strateji maraqlarını da nəzərə almırlar: «Bəlkə də digər nazirlik, komitə və icra hakimiyyətlərini anlamaq olar. Ancaq müharibə şəraitində olan Azərbaycan ordusunun təminatını həyata keçirən şirkətlərdən də «hesab» tələb olunması, heç də anlaşılan deyil. Mənim bildiyimə görə, Nadir Qarayev faktiki ordunu ərzaq və digər tələbatlarını təmin edən şirkətlərə qarşı da güzəştə getmir. Düzü, bu məsələyə Müdafiə Nazirliyinin maliyyə şöbəsinin rəisi Namiq Poladov necə yanaşır, bunu bilmirəm. Amma dəqiq bildiyim odur ki, Nadir Qarayevə 6 faizlik «hesab» çatmasa, Müdafiə Nazirliyinin tenderlərində qalib olan və ordunun təminatını həyata keçirən şirkətlərin pulu da hesablarına köçürülmür…».
Müsahibimiz deyir ki, Azər Bayramovun «patron»luğu ilə həyata keçirilən bu sistemə qarşı çıxan dövlət qurumalrı və şirkətlər dözülməz vəziyyətlə üzləşirlər: «Məsələn, tərtib olunan maliyyə sənədləri düzgün, qanunauyğun olsa da, Nadir Qarayev aylarla təqdim olunan sənədlərin icrasını yubadır. Və sonda «hesab» ödənilmədiyi üçün sənədlər bir bəhanə ilə geri qaytarılır. Bu isə qalib şirkətin tenderin şərtlərinə əməl edə bilməməsinə səbəb olur ki, nəticədə şirkətlər daha böyük məbləğdə zərərlə üzləşirlər.
Maliyyə Nazirliyindəki məlum qrup da bunu əla bildiklərindən çox rahat şəkildə «öz fəaliyyət»lərini yüksələn xətlə davam etdirirlər. Nəticədə bu qrup çox böyük vəsaitləri təyinatından yayındırmaqla, iri kapital sahibinə çevrilir. Həmin kapitalın sabah kimə və necə istifadə olunacağını araşdırmaq, bu dövlətin işidir. Ancaq hələlik bu prosesdən həmin qrup qazanclı, şirkətlər, onların işçiləri, nəhayət, dövlət isə itirən çıxır».
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
XalqXeber.Azhttp://www.dia.az/5/253082-1-sayli-xezinedarliq-idaresinde-sanki-bir-gestapo-rejimi-hokm-surur.html
Tarix: 24-06-2020, 09:30
-
Bu gün, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Bu gün, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Bu gün, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Bu gün, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Bu gün, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Bu gün, 17:10
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Bu gün, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Bu gün, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...