"Elmar Məmmədyarov, çıxın TV-lərə izahat verin" – Deputatlardan sərhəddəki hadisələrə REAKSİYA

"Xalqımın bu şəkildə alçaldılması məni yerdən-yerə vurdu, nəfəsimi kəsdi, inamımı yerlə-yeksan etdi. Rusiya OMON-nun bizim vətəndaşları bu şəkildə alçaltması söz deməyə yer qoymur. Sözü Xarici işlər naziri Elmar Məmmədyarov deməlidir və bu açıqlamanı gözləyirik. Çıxın TV-lərə və izahat verin".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Dağıstan polisi ilə sərhəddəki həmvətənlərimiz arasında baş vermiş qarşıdurma haqqında Milli Məclisin deputatı Razi Nurullayev “Facebook”da yazıb. O Elmar Məmmədyarovdan hadisənin səbəbini açıqlamasını istəyib:
“Sizi günahlandırmaq istəmirik, amma deyin ki, buna səbəb nə olub və sizin etirazınızın mətni və atdığınız addımların faktları haradadır?
Biz uca millətik, müstəqil Azərbaycanın vətəndaşlarıyıq və ölkəmizin vətəndaşlarına qarşı bu şəkildə davranış ölkəmizi təhqir etməkdir. Bu məsələyə münasibət bildirmək və pisləmək üçün icazə gözləmək lazım deyil, cənab nazir! Bunu sizin yerinizə heç kim etməli deyil!”.
Millət vəkili Erkin Qədirli isə Azərbaycan vətəndaşlarının sərhəddə gözlədilməsinin konstitusiyaya zidd olduğunu bildirib:
“Rusiya ilə sərhəddən (Dağıstan tərəfdə) vətəndaşlarımızın ölkələrinə keçə bilməməsinin səbəbi hər nədirsə (texniki, epidemioloji və s.), bu, Konstitusiyamızın 28-ci maddəsinin 4-cü hissəsinə uyğun deyil. Həmin maddəyə görə, vətəndaşlarımızın ölkələrinə hər zaman (!) maneəsiz (!) qayıtmaq hüququ vardır.
Konstitusiyada ölkədən getmək hüququ haqqında belə bir şey yazılmayıb, çünki ölkədən getməyi qanuni əsaslarla məhdudlaşdırmaq olar. Ölkəyə qayıtmaq hüququ isə maneəsiz gerçəkləşməlidir. Hökumət tez bir zamanda vətəndaşlarımızın sərhəddən keçidini təmin etməli, yoluxma təhlükəsi varsa, öz ərazimizdə (sərhədin yaxınlığında) onlar üçün karantin şəraitini təşkil etməlidir”.
Tarix: 16-06-2020, 15:32
-
Bu gün, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Bu gün, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Bu gün, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Bu gün, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Bu gün, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Bu gün, 17:10
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Bu gün, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Bu gün, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...