
Səmimi söhbət əsasında keçən görüşdə rayon rəhbəri qonaqlarla şirkətin süni intelekt vasitəsilə çəkdiyi Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi barədə geniş fikir mübadiləsi ediblər.
İcra başçıçı qonaqlara bildirib ki, 44 gün davam edən Vətən müharibəsi dövründə Tərtər rayonuna 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində 40 yaşayış məntəqəsi üzrə 3663 fərdi yaşayış evinə, 83 çox mənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, o cümlədən, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, İlk Peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə, 10 tibb müəssisəsinə və 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib, güclü dağıntılar olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tam dağılıb.
Tərtər rayonu Vətən Müharibəsi zamanı 44 hərbi, 16 mülki şəhid verib və 63 nəfər mülki şəxs yaralanıb.
Daha sonra qonaqlar rayon rəhbəri ilə birgə Tarix-diyarşünaslıq muzeyinin qarşısında müharibə zamanı rayonumuza atılan “Smerç” raketinin qalıqlarına baxıb, Vətən müharibəsi günlərində fövqəladə hadisələr zamanı mülkü müdafiənin təmin edilməsi məqsədilə fəaliyyət göstərən rayon qərargahının yerləşdiyi məkanla tanış olublar.
Sonra birlikdə şəhərin Elman Səfərov küçəsində açıq havada fəaliyyət göstərən ev muzeyini ziyarət ediblər. Rayon rəhbəri evin Sahib İsmayılova məxsus olduğunu, həmin evi 44 günlük Vətən müharibəsində ermənilərin atdığı “Smerç” raketinin dağıtdığını bildirib və dövlət tərəfindən Sahib İsmayılovun aliəsi üçün yeni tikilmiş ev ilə tanış edib.
