Mikayıl Cabbarovun qılıncının dalı da kəsir, qabağı da... - Onu bu ağır yükdən xilas etməyin yeganə yolu
Azərbaycan bir çox xüsusiyyətlərinə görə unikal ölkədir. Məsələn, burada iqtidar partiyasının əsas funksionerlərindən biri olaraq illərlə parlamentdə oturan şəxs “məni siyasətə qoşmayın” deyərək jurnalistlərə müraciət edir. Yaxud ölkədə müharibə vəziyyəti olduğu bir zamanda Xarici İşlər naziri evdən işləyir. Nə sirdirsə vəzifədən alınan məmurların milyardlarla sərvəti ortaya çıxır, malı-mülkünü saymaqla bitmir. Əlqərəz məmurlarımız haqqında yazmaqla qurtarmaz. Sözlə deyiləsi deyil, sazla deyiləsidir bu söhbət.
Amma, ölkəmizdə bir məmur var ki, səhər işə Təhsil naziri kimi gedib axşam İqtisadiyyat naziri kimi qayıda bilir. Yaxud naharda SOCAR-ın Müşahidə Şurasının sədri kimi təqdim edildiyi halda gecədən xeyli keçmiş Tarif Şurasının sədri kimi qərarlar qəbul edir. O Sahibkarlığın İnkişafı Fondunu inkişaf etdirir, “Təmiz Şəhər” ASC-nin təmizliyini qoruyur, ölkənin tranzit yükdaşımalarını koordinasiya edir, dayanıqlı inkişafımızı əlaqələndirir, Qarabağ Dirçəliş Fondunu dirçəldir, Badminton Federasiyasına rəhbərlik etməklə idmanımızın inkişafına töhfələr verir. Necə deyərlər, onun qılıncının dalı da kəsir qabağı da, çünki Azərbaycan Qılıncoynatma Federasiyasının da sədridir.
Bəli, düz tapdınız, bu fövqəladə istedada malik olan və hərtərəfli fəaliyyətlə məşğul olan şəxs Mikayıl Cabbarovdur. Onu ən azı 30 titulla təqdim etmək olar. Ölkənin bütün iqtisadi-siyasi sferasını əhatə edən sahələr demək olar ki, onun rəhbərliyi altında birləşdirilib. Verilən məlumatlara görə, Yazıçılar İttifaqında narazılıqlar başlanıb, mədəniyyət işçiləri küsüblər. AFFA-da "af-uf" edənlərin sayı çoxalıb, teatr xadimləri “olum yaxud ölüm” dilemması qarşısında qalıblar. Hamısı da tələb edir ki, niyə bizim idarələrimizə Mikayıl müəllim rəhbərlik eləmir? Deyirlər necə olur ki, cənab Cabbarov Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasına, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına, Dövlət Vergilər Xidmətinə, Dövlət Əmlak Xidmətinə , İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə, “Azərlotereya” ASC-yə , Bakı Biznes Mərkəzinə rəhbərlik edə bilir, amma güldən-bülbüldən yazan binəva şairlərə, yaxud “ay canı yanmış” oxuyan sənət adamlarına rəhbərlik edə bilmir? İnsafən adamlar haqlıdır, artıq dünya birliyi də bu haqsızlığa susmamalıdır !
O nazirlər naziridir, amma Baş nazir deyil. Biz hələ xeyli əvvəl onun Baş nazir olmasını təklif etmişdik. İnanırıq ki, heç Əli Əsədov da buna etiraz etməz. Qalır bircə cənab prezidentin bunu rəsmiləşdirməsinə. Çünki belə getsə Mikayıl müəllim özü də bilməyəcək hansı işlə məşğul olacağını. Onu bu qədər ağır yükün altından xilas etməyin yeganə yolu elə Baş nazir təyin olunmasıdır.
P.S. Bir dəfə yüksək dövlət mükafatı alan sənət adamlarından biri rəhmətlik Habil Əliyevə incik səslə deyir ki, məni niyə təbrik eləmirsən, axı medal almışam. Habil müəllim də deyir ki, onlar verirdi verirdi, bəs sən niyə alırdın ?Əl Miki surəsi: "Biz onu şübhəsiz ki, bütün nazir postları üçün göndərdik"
Bunu da elə-belə yazdım ki, bir az da kefiniz açılsın.
NİCAT MAHMUDOV
Rubrika.Az
Tarix: 13-02-2021, 10:36
-
Bu gün, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Bu gün, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Bu gün, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Bu gün, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Bu gün, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Bu gün, 17:10
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Bu gün, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Bu gün, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...