Xaricdən gətirilən bağlamalar gecikir: Problem gömrükdə, yoxsa karqo şirkətlərindədir?

"Poçt göndərişlərinin gömrük yoxlamasının uzun müddət ərzində aparılması ilə bağlı iddialar tamamilə əsassızdır”.
Bunu Oxu.Az-a açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov gömrükdə məhsulların gecikdirilməsi və "Smart customs” tətbiqinin düzgün işləməməsi ilə bağlı iddialara cavab verərkən deyib.
O bildirib ki, sürətli poçt xidməti lisenziyasına malik olan şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən mal partiyasına gömrük nəzarəti tədbirləri mallar gömrük orqanına təqdim edildiyi andan bir neçə saat, maksimum bir gün ərzində həyata keçirilir və bağlamaların gecikdirilməsi isə daşıyıcı şirkətlərin öz işini düzgün qurmaması səbəbindən baş verir:
"Belə ki, bəzən daşıyıcı şirkətlər qanunvericiliklə müəyyən edilmiş dəyər həddini aşan bağlamaların, barəsində gömrük nəzarəti başa çatmış yük partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf edir. Nəticədə praktiki iş prosesini düzgün qurmayan həmin şirkətlər vətəndaşlara məxsus bağlamaları gecikdirir.
Digər tərəfdən bir sıra hallarda daşıyıcı şirkətlər biznes prosesində ləngiməklə yanaşı, kütləvi endirimlər dövründə yük həcmini qəbul etməkdə çətinlik çəkir və malları gömrükdən çıxarsalar da, öz anbarlarına yerləşdirə bilmir”.
İdarə rəisi əlavə edib ki, bəzən terminalla və ya daşıyıcı aviaşirkətlərlə yaranan problemlərlə əlaqədar mal partiyasını anbardan çıxara bilməyən şirkətlər malın hərəkət statusunu "gömrükdə” olaraq göstərir:
"Vətəndaşların müraciətləri əsasında aparılan araşdırmalar göstərir ki, əslində bu hallarda mallar daşıyıcı şirkətlərin özündədir, lakin böyük həcmdə yükləri idarə edə bilmədiklərinə görə ona "gömrükdə” statusu verməklə "işgüzar imiclərini” qorumağa çalışırlar.
Hava gəmisinin maksimum uçuş müddətinin bir neçə saat sürməsinə baxmayaraq, daşıyıcı şirkətlərin bir bağlamanın yolda olma müddətini vətəndaşlara 5-10, gömrük yoxlaması statusunu isə bəzən 10-20 gün kimi bildirməsi məntiqsizliklə yanaşı, etibardan sui-istifadə etməklə insanları aldatmaqdır.
Həmçinin, Dövlət Gömrük Komitəsi bildirir ki, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bağlamalarının uzun müddət gömrük baxışında olduğunu iddia edən vətəndaşlar daşıyıcı şirkətlərin nümayəndələri ilə birgə malların saxlandığı anbara gələ, bağlamanın yubanması səbəblərini gömrük əməkdaşları ilə birgə araşdıraraq müəyyənləşdirə bilərlər”.
Bəzi poçt bağlamalarının əsassız olaraq saxlanılması ilə bağlı məsələyə də aydınlıq gətirən Natiq Axundov qeyd edib ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan poçt göndərişləri yalnız qanunvericilikdə müəyyən edilmiş gömrük dəyəri həddini aşdıqda, aidiyyəti dövlət orqanlarının rəy və icazələri tələb olunduqda, ya da qanunvericilikdə nəzərdə tutulan digər hallarda saxlanıla bilər:
"Fiziki şəxslər tərəfindən poçt və ya daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin gömrük rəsmiləşdirilməsi "Smart customs” mobil tətbiqi və "e.customs.gov.az” elektron portalı üzərindən həyata keçirilir və xaricdən edilən hər bir sifarişin gömrük orqanına bəyan edilməsi zəruridir.
Bütün gömrük əməliyyatları, o cümlədən gömrük ödənişləri onlayn qaydada həyata keçirilir və vətəndaşların gömrük orqanına gəlməsinə ehtiyac yoxdur.
"Smart customs” mobil tətbiqinin əsas üstünlüklərindən biri də məhz, aylıq 300 dollar limiti keçən zaman gömrük ödənişlərinin onlayn qaydada həyata keçirilməsidir ki, bu da vətəndaşların gömrük orqanlarına gəlməsi zərurətini aradan qaldırır. Hazırda bəyanetmə prosesində də heç bir problem yoxdur”.
O əlavə edib ki, yanvarın əvvəlində texniki problem yaranıb və vətəndaşlar bununla bağlı məlumatlandırılıb.
"Bəyanetmənin gecikdirilməsinə gəldikdə isə, o halda sifariş olunan məhsul anbarda saxlanılır və bəyan edildikdən sonra istehlakçı məhsulunu götürə bilər”.
Tarix: 9-02-2021, 15:13
-
Bu gün, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Bu gün, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Bu gün, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Bu gün, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Bu gün, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Bu gün, 17:10
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Bu gün, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Bu gün, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...