Üzeyir Usubovun dəhşətli əməlləri - İDDİA
Məlumdur ki, 50 il əvvəl istismara verilmiş “Şirvan” Elektrik Stansiyası (keçmiş Əli-Bayramlı İES ) istismar müddətini iki dəfə başa vurduğuna görə Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası inşa edildi.
Möhtərəm Prezidentimizin bütün xoşməramlı təşəbbüsləri kimi bu layihə də ölkəmizin elektrik enerjisi ilə təmin olunmasına böyük töhfədir. Ancaq cənab Prezidentin dəfələrlə harınlamış məmurlar adlandırdığı bəzi məmurlar bu layihədən də özləri üçün istifadə etməyi bacardılar.
Belə məmurlardan biri də “Cənub” Elektrik Stansiyasının Şirvandakı müdiri Üzeyir Usubovdur.
Öncə ondan başlayaq ki, hektarlarla ərazini əhatə edən köhnə elektrik stansiyasını Üzeyir Usubov və Vüsalə kimiləri öz dədə malı kimi söküb satıblar. Əgər müvafiq orqanlar araşdırsa, min tonlarla metal və digər materialların satılaraq mənimsənildiyini təsdiq edə bilər. Yəni şəkillərə baxan kəsə bələdçi-zad lazım deyil.
Bütün bunlarla bərabər Üzeyir Usubov köhnə elektrik stansiyasına yeni, daha doğrusu biabırçı qaydalar gətirib.
Beləki redaksiyamıza daxil olan məlumata görə, cənab Üzeyir Usubov hələ Mingəçevirdə çalışdığı zamanda orada işləyən Vüsalə adlı xanımla dostluq edib. Vüsalə xanım indi də Üzeyirin köməkçisidir. Vüsalə xanım 99-XR-949 dövlət qeydiyyat nişanlı ağ rəngli KİA sportage markalı avtomobil idarə edir.
Biz kiminsə dostluğuna kölgə salmaq fikrindən uzağıq. Ancaq xeyli suallar var. Bu avtomobili katibəsinə Üzeyir Usubov hədiyyə edibmi ?
Hədiyyə edibsə, pulu haradan alıb ?
Hətta məlumata görə, Vüsalənin maşınına xüsusi yer ayrılıb, parkovşik də qoyulub ki, maşını qorusunlar.
Daxil olan məlumata görə, “Cənub” ES-da “kadro” məsələsinə də Vüsalə baxır. İşə qəbul etmək, torba tikib işdən qovmaq məsələsi də Vüsalənin kuratsiyasındadır.
Kim işləmək istəyirsə, mütləq Vüsalə xanımın olmayan bığının altından keçməli, öz maaşından ona ərməğan etməlidir.
Vüsalə xanım neçə ilin işçilərini gözüm çıxdıya salıb, kim köhnə stansiyadan yenisinə keçmək istəyirsə, mütləq “çerez Vüsalə” Üzeyirə xod tapmalıdır.
Ən maraqlısı odur ki, Şirvan şəhərindəki qonaq evində gecələr Üzeyirlə Vüsalə tez-tez məşvərət keçirir. Şəhərdə hamı bu gecə məşvərətinə müəmma kimi baxır.
Daxil olan məlumata görə, Üzeyir Usubov dələduzluq maddəsi ilə 6-7 il həbsxanada yatıb.
Görəsən dələduzluğa görə həbs olunan şəxsi kim vəzifəyə gətirib ?
Üzeyir Allah qoymasa, indi də Azernerjinin prezidenti Baba Rzayevə müavin gəlmək istəyir, hətta haqqını da verib deyə söhbətlər gəzməkdədir.
Bu strateji qurumun Həmkərlar İttifaqının sədri Mənsimov Həsrət də az aşın duzu deyil. Görəsən, həmkarların sədrində milyonluq villalar, sürdüyü LAND cruser hardandır ?
Məlumata görə, Mənsimovu da Vüsalə xanım himayə edir. Kim qurumda düzgün işləməyə çalışırsa, onu bu cütlük şantaj edib işdən çıxardır.
Üzeyir Usubov öz tələbə yoldaşı, həmişə imkansız olan, amma hazırda milyonçu olan Eldar Quliyevi özünə müavin təyin edib.
ES-in baş mühəndisi Nizami Ədilov isə Vüsalənin ən yaxın adamıdır. Qısa müddət ərzində “baş incinar” olan Nizami Ədilov xeyli imkan sahibi olub, hətta tanınmış “Ay işığı” restoranında ziyafətlər təşkil edir. Ona başa salan yoxdur ki, vətənimiz yüzlərlə şəhid verib, eyş-işrət zamanıdır ?
Bəs yeyib-içib hakimiyyət əleyhinə danışmağa nə deyirsiniz ?
ES-in kadro müdiri FATMA xanım isə Vüsalənin tapşırıqlarını can-başla yerinə yetirir, hərdən sexlərdəki yerdəyişmələrdə isə özü qərar verir.
ES-də Kip optimatikada çalışan Novruzov Elşən qadınla olan əlaqəsini Şirvanda yaydiğina görə işdən qovulsa da, sonradan Vüsalə xanım nə isə alaraq bu təhsilsiz adamı işə bərpa edib.
Bir sözlə, “Cənub” ES-da problemlər yazmaqla bitən deyil.
Gələn yazıda Elektrik Stansiyasında sahil nasosxanasının rəisi Vəliyev Rəhmanın maxınasiyalarından, Şakir adlı işçinin başına açılan oyunlardan, oğurlanan külli miqdarda civədən və s bəhs edəcəyik./sabahnews.az/
Tarix: 8-02-2021, 20:51
-
Bu gün, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Bu gün, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Bu gün, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Bu gün, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Bu gün, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Bu gün, 17:10
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Bu gün, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Bu gün, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...