Elnur Allahverdiyevin mandatı ləğv olunacaqmı? - FAKT ortadadır, amma...
Vətən müharibəsinin Bakının Yasamal rayonundan olan şəhidlərinin Qaradağdakı bir bataqlıqda dəfn olunması cəmiyyətdə qəzəb doğurub. Şəhidlərin çöllük-biyabanlıqda, qəbirlərin su damdığı yerdə torpağa tapşırılması həm ailələri tərəfindən etirazla qarşılanıb, həm xalq tərəfindən hörmətsizlik kimi qiymətləndirilib. Reportyor.info xəbər verir ki, ailələri onların nəşinin şəhərin II Fəxri Xiyabana köçürülməsini tələb etsə də, yekunda həmin qəbiristanlığın memorual kompleksə çevrilməsi qərarına gəlinib. Ağcabədinin deputatı Aqil Abbas belə şəhidlərə qarşı hörmətsizliyə səsini qaldırıb, amma Yasamalın deputatları şəhidlər haqda susdu.Rayonun hazırda 4 deputatı millət vəkili mandatı üzərində daşıyır. Amma onların bu hadisəyə görə tükü də tərpənmədi. Görəsən şəhidlərə qarşı bu laqeydlik haradandır? Bəlkə mandatı onlara verənlərdən qorxurlar? Əgər deputat şəhidə olan haqsızlığa belə göz yumursa, onun parlamentdəki fəaliyyəti nədən ibarətdir? Cumhuriyyet.az olaraq bildirək ki, Yasamalın deputatları – Erkin Qədirli, Elnur Allahverdiyev, Ülvi Quliyev və Səbinə Xasayevadır. Elnur Allahverdiyevin başı “Kontakte home” mağazalar şəbəkəsi ilə “qaz vurub, qazan doldurur”, Erkin Qədirli Avropa Şurasında moizə ilə çıxış edir, onun partiyasından Natiq Cəfərlini “udan” Səbinə Xasayevanı isə deputat kimi Yasamalda tanıyan belə yoxdur. Bələdiyyə üzvü olan xanımı “sehirli əllər” deputat təyin etdi və indiyə qədər səsini eşidən olmayıb. Üstəlik, 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən deputatdır. O, Qaradağda dəfn edilən Yasamal şəhidləri üçün daha çox fəal olmalıydı. E.Allahverdiyev dediyimiz kimi, biznesmen olaraq daha yaxşı tanınırlar.
Bildirək ki, Elnur Allahverdiyev haqqında Azərbaycan mediasında ilginc iddialar səslənib. Bu iddiaları cumhuriyyet.az olaraq “Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: fırıldaq, erməni izi, antiəliyevçilik…” başlıqlı yazmızda təqdim etmişdik. Amma yeni ortaya çıxan bir fakt E.Allahverdiyevi mandatdan məhrum edə bilər. Milli Məclisin deputatı, “Kontakt Home”nin sahibi Elnur Allahverdiyevin vaxtlə Sloveniyanın fəxri konsulu olduğu heç kimə sirr deyil. Hələ ötən il parlament seçkiləri ərəfəsində bu məsələ xarici ölkə qarşısında öhdəlik yaradan fakt kimi gündəmə gəlmişdi və MSK 27 yanvar 2020-ci il tarixində bununla bağlı rəsmi açıqlama verməyə məcbur olmuşdu. MSK o zaman XİN-in Dövlət Protokol İdarəsinin arayışı əsasında Elnur Allahverdiyevin Sloveniyanın fəxri konsul vəzifəsindəki fəaliyyətinin 29 dekabr 2019-cu ildə başa çatdığını bəyan etmişdi. Elnur Allahverdiyev də o zaman mətbuata açıqlama verərək məsələni bununla bitmiş saymışdı. Amma… Üstündən 1 il keçsə də ortada bunu təkzib edən fakt var və bu fakta XİN-in Dövlət Protokol İdarəsi cavab verməli, Mərkəzi Seçki Komissiyası Elnur Allahverdiyevin mandatının taleyi ilə bağlı aydınlıq gətirməlidir. Aşağıda Sloveniyanın rəsmi qəzetindən (Uradni list Republike Slovenije) Elnur Allahverdiyevin bu ölkənin fəxri konsulu vəzifəsindən azad edilməsi ilə bağlı arayışın saxta olduğunu, əslində namizədin parlament seçkilərində xarici ölkə qarşısında öhdəlik daşıyaraq qatıldığını sübut edir. Rəsmi qəzetin 12 iyul 2020-ci il tarixli buraxılışında Sloveniyanın baş naziri Yanez Yanşanın Elnur Allahverdiyev fəxri konsul vəzifəsindən azad olunması ilə bağlı qərarı dərc olunub. Qərarın altındakı tarix 4 iyun 2020-ci il kimi qeyd olunub. (https://www.uradni-list.si/glasilo-uradni-list-rs/vsebina/2020-01-1406/sklep-o-razresitvi-castnega-konzula-republike-slovenije-v-bakuju-v-republiki-azerbajdzan?h=zakon%20o%20dedovanju). Yəni belə çıxır ki, Elnur Allahverdiyevin seçkidən əvvəl fəxri konsulu vəzifəsinə xitam verilməsi ilə bağlı MSK-nın XİN-in Dövlət Protokol İdarəsinə istinad etdiyi arayış saxta olub, namizədin özünün hər hansı xarici ölkə qarşısında öhdəliyinin olmadığı barədə verdiyi məlumat həqiqəti əks etdirməyib. Elnur Allahverdiyevin parlament seçkisindən düz 4 ay sonra, yəni mandatı bir neçə ay cibində daşıdıqları sonra Sloveniya dövləti qarşısında öhdəliyinə son verilib. İndi isə Elnur Allahverdiyev deyir ki, MSK-ya təqdim olunmuş arayış XİN-in Dövlət Protokol İdarəsi tərəfindən yox, Sloveniya Respublikasının Azərbaycan Respublikasında yerləşən Konsulluğu və Türkiyədəki səfirliyi tərəfindən verilib və orada onun Fəxri Konsul vəsiqəsinin etibarlılıq müddətinin 29 dekabr 2019-cu il tarixdə bitdiyi, bu ölkə qarşısında heç bir öhdəliyinin olmadığı qeyd olunub. Deputat Elnur Allahverdiyevin özünün göndərdiyi cavabı təqdim edirəm: “Cavab olaraq bildirmək istəyirəm ki, Sloveniya Respublikasının Azərbaycan Respublikasında yerləşən Konsulluğunun məktubuna əsasən, Fəxri Konsul Vəsiqəmin etibarlılıq müddətinin 29.12.2019-cu il tarixdə bitdiyi qeyd olunmuşdur. 29 dekabr 2019-cu il tarixindən konsulluq fəaliyyətim dayandırılmışdır. Eyni zamanda, Türkiyə Respublikasında yerləşən Sloveniya Respublikasının Səfirliyi tərəfindən də Fəxri Konsul kimi Sloveniya Respublikası qarşısında hər hansı öhdəliyimin olmadığı göstərilmişdir”. Əsas sualın cavabı isə açıq qalır, Sloveniyanın baş naziri 2019-cu ilin dekabrında fəaliyyətinə xitam verilmiş fəxri konsulu vəzifəsindən necə azad edib? Yəqin ki, MSK və onun məsuliyyəti üzərinə yönəltdiyi XİN-in Dövlət Protokol İdarəsi aydınlıq gətirər, Sloveniya dövləti adından kim çıxış edib? //Cumhuriyyet.az//
Tarix: 2-02-2021, 09:50
-
Bu gün, 13:01
Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? - Kənd təsərrüfatı təyinatlı torpaqda fəaliyyət göstərən YDM ətrafında suallar VİDEO
-
Bu gün, 12:54
Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir - VİDEO
-
Bu gün, 08:54
Milyonluq məhkəmə işində yeni təfərrüat açıqlandı - Tale Heydərovun ifadəsində nələr var?
-
Bu gün, 08:52
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur
-
Dünən, 22:59
Tərtər rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın ilk iclası keçirilib
-
Dünən, 22:13
“Quru sərhədlər bağlıdır, turizm potensialından danışırlar” – Natiq Cəfərli
-
Dünən, 18:36
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
-
Dünən, 18:33
Hikmət Babaoğlu və Elman Nəsirov arasında nə baş verib? - VİDEO
-
Dünən, 18:28
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Dünən, 18:18
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
-
Dünən, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Dünən, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Dünən, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Dünən, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Dünən, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Dünən, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Dünən, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Dünən, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Dünən, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Dünən, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Dünən, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
9-07-2026, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
9-07-2026, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
9-07-2026, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
9-07-2026, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
9-07-2026, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
9-07-2026, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
9-07-2026, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
9-07-2026, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
9-07-2026, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik