Tərtərdə şəhid ailəsi adından istifadə edən kimdir? - İcra hakimiyyətindən AÇIQLAMA
"“Kanal 13”-də “İcra deyir ki, atanın ağlı var idi şəhid olmazdı, saymır bu adam şəhidi” başlığı altında şəhid oğlu Vasif Dünyamalıyevlə bağlı yerləşdirilən çəkilişlə bağlı bildiririk ki, Ağdam rayonundan məcburi köçkün, şəhid Adil Dünyamalıyevin oğlu Vasif Dünyamalıyev vətəndaş Hüseynova Yüsalə Sehran qızının Şıxarx qəsəbəsində icarəsində olan 250 hektar torpaq sahəsinin 14 hektarını zəbt edərək, qeyri-qanuni taxıl əkmişdir". Bu barədə Neqativ.com-a Tərtər Rayon İcra Hakimiyyətindən verilən məlumatda deyilir.
Məlumatda daha sonra bildirilir: "Yüsalə Hüseynova bununla bağlı rayon icra hakimiyyətinə və polis şöbəsinə müraciət etmiş, Vasif Dünyamalıyev rayon icra hakimiyyətinə qəbula dəvət edilmiş, Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon polis şöbəsinin rəis müavini Mahir Hüseynov və Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi şöbəsinin məsləhətçisi Natiq Əliyev tərəfindən qəbul edilmiş, ona vətəndaş Yüsalə Hüseynovanın icarəsində olan torpağı zəbt etdiyi bildirilmiş, ona torpaq qanunvericiliyinə uyğun izahat verildikdən sonra vətəndaş Vasif Dünyamalıyev özü də səhv edərək torpağı zəbt etdiyini etiraf etmişdir.
Qəbuldan sonra isə vətəndaş “Kanal 13”ə müraciət edərək çəkiliş yerləşdirmişdir, onun şikayəti əsassız, rayon icra hakimiyyəti başçısının adından dedikləri şər və böhtandır.
Məlumat üçün bildiririk ki, Vasif Dünyamalıyev bundan əvvəl də şəhid ailəsi adından istifadə edərək Qaraağacı kəndinin 22 hektar örüş torpaqlarını zəbt edərək istifadə etmişdir. Gəncə İnzibati İqtisad Məhkəməsinin qərarı ilə onun istifadə etdiyi örüş torpaqları kənd əhalisinə qaytarılmışdır.
Buna baxmayaraq Vasif Dünyamalıyev həmin ərazidən çıxmayıb, öz dayısı Ədalət Atayevi də orada yerləşdirmişdir. Bu isə kənd camaatı arasında narazılığa səbəb olmuşdur.
Bununla bağlı dəfələrlə özü və dayısı kənd camaatını münaqişəyə cəlb etmişdir. Faktlardan da göründüyü kimi Vasif Dünyamalıyev şəhid oğlu adından qeyri-qanuni istəklərini həyata keçirmək üçün istifadə edir, başqalarının torpağını zəbt etmək onun adətidir.
Nəzərə almağınızı xahiş edirik".
Tarix: 6-01-2021, 21:02
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...