“ATU-da “ailə klanı” hökmranlıq edir” – UNİVERSİTETİN KEÇMİŞ ƏMƏKŞDAŞI ŞOK FAKTLARI AÇIQLADI
Azərbaycan Texnologiya Universitetinin (ATU) sabiq əməkdaşı Şirinova Aygün Rafiq qızı tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Bu gün mən fəxr edirəm ki, Azərbaycanın Sizin kimi ədalətli Ali rəhbəri var. Amma Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi Sizin uğurlu və haqlı siyasətinizi nəinki dəstəkləyir, əksinə xalqın ziyalı təbəqəsini incitməklə, təhqir etməklə Sizin siyasətinizə kölgə salırlar.
Bildirirəm ki, mən 22.01.2004-cü ildən etibarən Azərbaycan Texnologiya Universitetinin Kitabxanasında əvvəlcə kitabxanaçı, daha sonra isə 29.12.2019-cu ilədək korrektor vəzifəsində işləmişəm. Əfsuslar olsun ki, Azərbaycan Texnologiya Universiteti fəaliyyətini ” Təhsil haqqında Azərbaycan Respublikası Qanunu”, Azərbaycan Respublikası Əmək Qanunu və digər hüquqi normativ sənədlər əsasında həyata keçirmir. 29.12.2019-cu il tarixində məni qərəzli şəkildə, heç bir səbəb olmadan işdən azad edən rektor,’ ‘əlindən gələni beş qaba çək”, – deyib, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, kobud davrandı. Rektorun kobud davranışlarından təngə gələn universitetin çoxlu sayda elmi dərəcəsi olan professor-müəllim heyəti məcbur olub başqa universitetlərdə özlərinə iş axtararaq ATU-nu tərk ediblər.
ATU kollektivinin əsas hissəsinin əmək haqqı 250 manat, neçə illərin professorlarının maaşı 600 (altı yüz ) manat olduğu halda rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun ”AZİNKA” şirkəti vasitəsilə təyin etdiyi prorektorların, dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin maaşı 1500 (min beş yüz), 5000 (beş min ) manat və daha yüksəkdir.
Əmək haqlarında bu qədər kəskin fərqlərin olması rəhbərliyin rüşvətlə məşğul olmasından xəbər verir. Hətta bunu korrupsiya adlandırmaq da olar.
Universitetdə korrupsiya son həddə çatıbdır. 09.09.2016-cı il tarixində 185 saylı əmrlə (Qurban bayramı münasibətilə) universitetin 30 nəfər əməkdaşının hər birinə 550 (beş yüz əlli) manat mükafat yazıldığı halda, sonradan həmin vəsait ATU rəhbərliyi tərəfindən toplanılaraq mənimsənilib. Şahidlər var.
Yeganə ümidimiz Sizsiniz, Cənab Prezident!
Universitetin İnsan Kapitalının İdarəetmə mərkəzinin direktoru Zaur Əliyev şəxsən mənə və mənimlə çalışan bir sıra kitabxana işçilərinə hədə-qorxu gələrək, ”dediyimiz məzmunda ərizə yazmasanız işdən azad olunacaqsınız, şəxsən özüm turniket kartınızı bağlatdıracam”, – deyərək təkidlə öz iradəmizə zidd 3 (üç) və 6 (altı) ay müddətinə əmək müqaviləsi bağlanmasına məcbur edib. İşdən azad edilən qadın iş yoldaşım universitetin hüquqşünası Müşfiq Məmmədova zəng edib etirazını bildirəndə, M.Məmmədov onu nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Bu barədə fakt var.
ATU-da mövcud olan avtoritar idarəçilik sistemi, özbaşınalıq və qanunsuzluqlara son verilməlidir.
Azərbaycan Texnologiya Universitetində bir ailə klanı hökmranlıq edir.
Xalqın bu çətin günlərində atdığınız təqdirə layiq addımlarla sübüt etdiniz ki, Siz çətin günlərdə xalqın, hər bir vətəndaşın yanındasınız və onlara arxa-dayaqsınız. Təhsil işçilərinin problemlərinin Sizin diqqətinizdə olması hər birimizə məlumdur. Biz ailəlikcə Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və onun yolu ilə gedirik. Bu gün haqq-ədalətin bərpa olunması üçün Sizə müraciət edib, öz işimə bərpa edilməyimdə mənə köməklik etməyinizi Sizdən xahiş edirəm.
Göstərəcəyiniz diqqətə görə Sizə əvvəlcədən minnətdarlığımı bildirirəm”.
Tarix: 5-01-2021, 11:49
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...