Unudulan eksperiment, “gözdən yayınan” direktorlar... - “döyüşə” tək gedən valideyn…
Öncə bu etirafdan başlamaq lazımdır ki, Azərbaycan təhsilinin vəziyyəti heç vaxt tərifəlayiq olmayıb.
Təhsil sistemi ilə az-çox tanışlığı olan hər kəs bilir ki, forma dəyişikliyi məzmun dəyişikliyinə səbəb olmadığından, bu sahədə hər zaman problemlər olub və kadr təminatındn tutmuş maddi-texniki bazanın zəifliyinə, dərs yükünə qədər ən müxtəlif problemlər vəziyyətin yaxşıya doğru dəyişməsinin qarşısına sədd çəkib.Bura istəksizlik və qeyri-peşəkarlığı, üstəlik də son zamanlar yaranan “təbii şəraiti (pandemiyanı) da əlavə etsək, durumu göz önündə canlandırmaq mümkündür.
“R”dən asılı qalan kurikulum
Bir neçə il əvvəl kurikulum sisteminin tətbiqinə başlayanda ilk müzakirənin “Kurikulum nədir və Azərbaycan təhsilinə nə verəcək?” sualı ətrafında yox, “Kurikulum bir, yoxsa iki “r” hərfi ilə yazılsın?” sualı ətrafında gedəndə bundan da bir şey çıxmayacağı gün kimi aydın idi.
Müzakirə hətta o qədər geniş yayılmışdı ki, ozamankı Təhsil naziri Misir Mərdanov da 2 “r” ilə yazılarsa, bu sözün onun da dilinə yatmayacağını özünəməxsus yumor ilə bildirib dilçilərə müəyyən yön də vermişdi. İllər keçdi və məlum oldu ki, quşların adlandırılması barədə AMEA-dakı müzakirələrin Azərbaycan elminə töhfəsi nə qədərdirsə, kurikulumun bir və ya iki “r” ilə yazılmasının da təhsilə töhfəsi elə o qədərdir.
Unudulanlar...
Azərbaycan təhsilindən danışanda yadıma nədənsə həmişə bir hadisə düşür. Bəzilərinin yadında olar, illər əvvəl Bakıda bir neçə məktəb də daxil olmaqla bəzi bölgələrdə 9 ballıq qiymətləndirmə sistemindən istifadəyə dair eksperiment keçirilirdi. Əgər nəticə yaxşı olsaydı, bütün ölkə üzrə 9 ballıq qiymətləndirmə sisteminin tətbiqi nəzərdə tutulurdu. Aləm bir-birinə dəymişdi, şagird və valideyn qalsın bir tərəfdə, müəllimlər də kimə 9, kimə 8, kimə 5 yazılacağını, əvvəlki qiymətləndimə şkalası ilə müqayisəsini apara bilmirdilər. İş o yerə çatmışdı ki, şagirdlərə yazılan yeni qiymətlərlə bərabər köhnə qiymətləri də deyirdilər ki, valideynlər “Mənim uşağım köhnəylə neçə alıb?” deyə məktəbə kütləvi “basqın” etməsinlər. Uzun zaman keçdi və günlərin birində bu qiymətləndirmə sisteminin nə nəticə verdiyinə dair bir neçə məktəbdə reyd keçirildi. Yanlış anlaşılmasın, reydi nə Təhsil Nazirliyi, nə də eksperimentin tətbiq olunduğu bölgələrin təhsil idarələri keçirdi.
Reydi o zaman Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Bakı təhsili” qəzeti keçirdi və məlum oldu ki, bəh-bəhlə məktəblərə “sırıdıqları” layihə unudulub. Təəccüblənməyin, sadəcə unudulub. Unudulduğuna görə də layihə nəzərdə tutulduğu müddətdən də artıq davam edib, kimsə nitəcələri qiymətləndirib ümumiləşdirməyi, 9 ballıq sistemlə qiymətləndirmə barədə son rəy verməyi ağılına da gətirməyib. Beləcə, unudulduğuna görə müəllimlər də, şagirdlər də, valideynlər də illərlə bu unudulan eksperimentin çətinliyini yaşayıb. Qəzetin yazısından sonra xatırlanan eksperiment elə o yazı ilə də sonlandırıldı.
Unutdurulanlar...
İndi təhsil sistemində baş verənləri gördükcə bəlkə onların da unudulduğu düşüncəsinə gəlirəm. Amma sonra düşünürəm ki, axı, 9 ballıq sistemdən fərqli olaraq bu “unudulanlar”, “yaddan çıxanlar” özlərini tez-tez gündəmə gətirir, özlərindən bəhs etdirir, açıqlama verir, acıqlayır, bəraət qazanırlar. Bəs necə olur ki, günlərlə onları görən, etdiklərinə rəsmi mövqe bildirən, bir açıqlama ilə hamını “yerində oturdan” yoxdur?
Başına sancdığı bayraqlarla kamera qarşısında qəssablıq edən direktor günlərlə unudulacaq və ya görməzdən gəlinəcək adam deyildi axı, belə olmasaydı, işdən azad etmə qərarı da ictimai rəyin təsiri ilə günlər sonra verilməzdi. “Bu, onu şəxsi həyatıdır” deyə bilərsiz, şəxsi həyat hüququnu da anlayırıq. Amma bu şəxsi həyat hüququ direktor xanımın evində qəssablıq etməsində keçərlidir, başındakı bayraqlarla pandemiya şəraitində rəhbərlik etdiyi məktəbin həyətində oynayanda yox. Məktəb şəxsi müəssisə deyil, hərçənd ki, direktorların 99 faizi məktəbə obyekt kimi baxır v bu obyekt onlara heç də az qazandırmır, amma nəhayət ki, birilərinin bunun əksini onlara başa salmasının zamanı çatıb.
Özünə təmtəraqlı şənlik quran direktor ona xərclədiyi vəsaiti məktəbindəki 2-3 imkansız şagirdə onlayn dərsə qoşulmaq üçün planşet hədiyyə etsəydi, daha “pedoqoji davaniş” olardı, işğaldan azad edilən Qubadlı da beləcə daha yaxşı yad edilərdi Amma kimdir şagirdin dərsə necə qatılıb-qatılmayacağını düşünən? Əsas valideynə “məsuliyyəti üzərimə götürürəm” sənədini imzalatmaqdır ki, təhsilin “gələcəyi” bu sənddən keçir. Əllərində daşdan keçən sənəd qovluğu olan direktorlar üçün itirilmiş il, dərsdən kənar qalan şagird problemi yoxdur, onlar üçün ancaq sənəd problemi var, sənəd doğrudursa, qalanı təfərrüat. Nazirlik rəhbərliyi necə düşünürsə, yerlərdəki rəhbərlər də elə düşünür.
25 faiz problemi...
Hər halda, pandemiya ilə əlaqədar distant təhsillə bağlı qərar qəbul edəndə ölkədə internet və avadanlıq təminatı barədə dəqiq qiymətləndirmə aparmaq lazım idi. Söhbət nazirliyin çox sevdiyi sənəd üzərindəki qiymətləndirmədən getmir. Bizdə sənəd üstündə hər şey həmişə doğru olur, bu dəfə də doğru idi. “Bakıda və digər böyük şəhərlərdə şagirdlərin 74-75 faizi onlayn dərslərə cəlb edilib. Yerdə qalan 25 faiz şagird bizim üçün problemdir. Ölkədə 1 milyon 500 min şagird var. Amma etiraf edək ki, Azərbaycan bazarında 1 milyon 500 min sayda kompüter satışda yoxdur. Bu qədər şagirdi kompüterlə təmin etsək belə, problem öz həllini tapmayacaq. Əksinə, bizim daha ciddi problemlərimiz olacaq. Bu, sistemli bir iş olmalıdır. “Bir şagird-bir kömpüter” sisteminin tətbiq edildiyi ölkələrə baxdıqda görmək olar ki, bir çoxlarında böyük uğur əldə edilməyib"- bunu Təhsil naziri Emin Əmrullayev deyib.
Yəni nazir 25 faiz şagirdi problem hesab edir, amma problem təksə sənəd üzərindəki 25 faizdə deyil, problem həm də onlyan tədrisə qoşulduğu deyilən 75 faiz şagirddədir. Evində şagird olan istənilən ailə onlayn tədrisin problemlərindən danışa bilər. Yetər ki, onları dinləyən olsun. Məsələn, biz az qala hər gün “Connect”lə döyüşürük, başqaları başqa provayderlə döyüşür. Təhsil Nazirliyi “bu, bizim problem deyil” deyə bilər, haqlı da görünər, bəs hökumətin komanda kimi fəaliyyəti harda qaldı? Əgər pandemiya ümumi bəladırsa, ona qarşı da ümumi mübarizə aparmaq laızmdır, valideyni, müəllimi, şagirdi problemlə “döyüş meydanında” baş-başa buraxmaqla yox.
Martda onlayn tədris barədə ilk qərar veriləndə problemi anlamaq mümkün idi, hazırlıqsız yaxalanmışdıq, amma 3 aylıq yay tətilində hazırlıq üçün kifayət qədər müddət vardı. Üstəlik də hətta ən savadsiz insan da bilirdi ki, pandemiya bu rahatlıqla həyatımızdan getməyəcək, mütəxəssislər hər çıxışlaırnda “Virusla yaşamağı öyrənməliyik” deyirdi. Bütün dünya distant təhsilə keçidini elan edirdi, azı 1 il məsafədən təhsil vacib hesab olunurdu. Bütün bunları bizim ölkəmizdə də görürdülər, bütün məsuliyyəti vətəndaşın üzərinə yükləmək məsuliyətsizliyi imkan versəydi, gördüklərinə uyğun tədbir də görə bilərdilər.
Sadəcə, bir az məsuliyyət və istək çox problemi nisbətən aradan qaldıra bilərdi. Çatışmayan da, məhz elə bu ikilidir-məsuliyyət və istək…
Tarix: 29-12-2020, 12:48
-
Dünən, 22:59
Tərtər rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın ilk iclası keçirilib
-
Dünən, 22:13
“Quru sərhədlər bağlıdır, turizm potensialından danışırlar” – Natiq Cəfərli
-
Dünən, 18:36
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
-
Dünən, 18:33
Hikmət Babaoğlu və Elman Nəsirov arasında nə baş verib? - VİDEO
-
Dünən, 18:28
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Dünən, 18:27
Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"
-
Dünən, 18:18
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
-
Dünən, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Dünən, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Dünən, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Dünən, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Dünən, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Dünən, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Dünən, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Dünən, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Dünən, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Dünən, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Dünən, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
9-07-2026, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
9-07-2026, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
9-07-2026, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
9-07-2026, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
9-07-2026, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
9-07-2026, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
9-07-2026, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
9-07-2026, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
9-07-2026, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
9-07-2026, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
9-07-2026, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
9-07-2026, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi