Sakinlərə zülm edən AAAF Park... - Günahı dövlət qurumunun üzərinə atır...
Xırdalan şəhərində yerləşən "AAAF Park" Yaşayış Kompleksində sakinlərə verilən elektrik enerjisi kəsilib.
Yeniavaz.com xəbər verir ki, sözügedən əraziyə gələn “Azərişıq” ASC-nin əməkdaşı sakinlərə verilən elektrik enerjisinin “AAAF Park” şirkətinin borcuna görə baş idarədən kəsildiyini bildirib. Sakinlər isə bildirirlər ki, onlar rəsmi olaraq “Azərişıq” ASC-nin abonentləridirlər və təbii qaz olmadığına görə hər ay orta hesabla 250-300 azn dövlət qurumuna elektrik məbləği ödəyirlər. Yəni “Azərişıq” ASC ilə “AAAF Park” arasındakı borc qalmaqalına görə, heç bir məsuliyyət daşımayan, vaxtlı-vaxtında sərf etdikləri elektrikin məbləğini ödəyən sakinlər əziyyət çəkirlər. Onlar bildirirlər ki, sözügedən binalarda təbii qaz da olmadığı üçün bu fəsildə onlar evi elektrik enerjisi ilə qızdırırlar. Elektrik enerjisi kəsildikdə isə bu, koronavirusa yoluxmanın kəskin artdığı bir dövrdə həm xəstələnmələ hallarının çoxalmasına, həm də onlayn tədris sisteminə qoşulan məktəblilərin dərsdən geri qalmasına səbəb olur. Sakinlər bildirirlər ki, elektrik enerjisinin kəsilməsi halları tez-tez baş verir.
Yaşayış kompleksinin sakinləri bildirirlər ki, sakini olduqları binaların elektrik təminatını rəsmi olaraq “Azərişıq” həyata keçirsə də, qurumun şikayət və müraciətlər şöbəsinin əməkdaşı Günel Qasımlı onlarla əlaqə saxlayaraq, problemlə bağlı MTK-ya(Mənzil-Tikinti Kooperativi), yəni “AAAF Park”a müraciət etmələrini istəyib.
Məsələ ilə bağlı “AAAF Park”dan Yeniavaz.com-a bildirildi ki, “Azərişıq” ASC şirkətin borcuna görə sakinlərin elektrik enerjisini kəsməklə vətəndaşları narahat etmək və şirkət rəhbərliyinə qarşı yönəltmək istəyir:
“AAAF Park Yaşayış Kompleksininin bəzi küçələrində elektrik enerjisinin verilişində fasilə yaranıb. Buna səbəb “Azərişıq” ASC-nin Kompleksə gələn xətti kəsərək təminatı dayandırmasıdır. Qurum bu addımı borcların yığılması və ödənilməməsinə görə atdığını bildirir və əsassız şəkildə şirkəti günahkar qismində göstərməyə çalışır.
Bildiririk ki, sakinlər məhz bu dövlət qurumunun abunəçiləridirlər, ödənişləri də o quruma edirlər. Ona görə də bu problemin bizə sirayət edilməsi, bizim ünvanımıza aid edilməsi doğru deyildir. Bunu vətəndaşları bu yolla narahat etmək və bizə qarşı yönəltmək cəhdi kimi qiymətləndirir və buna qəti şəkildə etiraz edirik!”
Məsələ ilə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi məsələni araşdırıb məlumat verəcəyini bildirsə də, bunu etmədi. Daha sonra məlumat almaq üçün etdiyimiz bütün zənglər isə cavasız qaldı.
Tarix: 16-12-2020, 16:38
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...