40 min manat sənin əlində nədir ki... - Cavid Qurbanov nədən XƏSİSLİK ETDİ?
Dünən məlum olu ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov və ailə üzvləri Cavid Qurbanov və Leyla Qasımova, o cümlədən digər ailə üzvləri şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək məqsədilə yaradılan “YAŞAT” fonduna ianə edib. Qeyd edək ki, ümumilikdə 40 min manat “YAŞAT” Fonduna vəsait köçürülüb.
DİA.AZ bildirir ki, bu məlumat yayılar-yayılmaz sosial şəbəkələrdə ciddi qınaqla qarşılanıb və hər kəs ölkənin baş dəmiryolçusu Cavid Qurbanovun "XƏSİSLİYİNİ" diqqətə gətirib. Səsələnən ittihamlarda qeyd olunur ki, əslən Kəlbəcər rayonundan olan Cavid Qurbanovla atası Qənbər Qurbanovun ümumi varidatı milyarlarla ölçüsə də, nədənsə nə Vətən Savaşı günlərində görünmədilər, nə də bu savaşda iştirqak edən oğullarımıza layiqincə diqqət göstərmədilər.
"40 min manat sənin əlində nədir ki" deyə xitab edən sosial şəbəkə istifaədiçəli Cavid Qurbanovun varidatı barədə də məlumatları gündəmə gətiriblər. Dia.az xatırladır ki, elə bir neçə gün əvvəl Cavid Qurbanovun atasının sərvəti haqda informasiyalar paylaşıldı: http://www.dia.az/8/274774-cavid-qurbanovun-ozunden-varli-atasi.html
Onu da bildirək ki, yerli KİV-də Cavid Qurbanov haqqında da ilginc faktlar təqdim olunub. DİA.AZ bildirir ki, bu gün XƏSİSLİYİ ilə diqqətə gələn Cavid Qurbanovun nəqliyyat, logistika, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən şirkətləri Birləşmiş Ərəb Əmirliklərindən tutmuş Böyük Britaniyayadək yayılıb.
Cavid Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri “Azercon” Açıq Səhmdar Cəmiyyətidir. Qrupa “Süsən Aqro” MMC, “Lor Hospital” MMC, “Retro Park” Mənzil Tikinti Kooperativi və “American Hospital Tbilisi” daxildir.
Bundan başqa, “Azercon” ASC 2013-cü ilin avqust ayından etibarən Türkiyədəki “Aga Enerji Nakliyat Madencilik İnşaat Sanayi ve Ticaret A.Ş”-nin sahibidir.
LOR Hospital Bakıda 2013-cü ildən fəaliyyətdədir. Klinika burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi, eləcə də plastik əməliyyatların aparılması sahəsində ixtisaslaşıb.
“Süsən Aqro” MMC 2011-ci ildə yaradılıb. Bu şirkət Ağsu rayonunda və Türkiyədə əkinçilik və toxumçuluqla məşğuldur. Şirkətin çoxlu sayda kənd təsərrüfatı texnikası və anbarlar kompleksi var.
“Retro Park” MTK Bakıda çoxmərtəbəli yaşayış kompleksi inşa edir.
Məbləği açıqlanan ən iri sərmayə isə qrupun Gürcüstandakı törəmə müəssisəsi olan “Sayalı” MMC-nin orada inşa etdiyi “American Hospital Tbilisi”-yə yatırılır. Bu layihəyə toplam 30,5 milyon ABŞ dolları sərmayə yatırmak nəzərdə tutulur.
Qrupun ana şirkəti -“Azercon” ASC isə avtomobil yollarının tikintisi və təmiri ilə məşğuldur.
“Mossack Fonseca” hüquq şirkətindən sızdırılmış “Panama sənədlərinə” görə “Azercon Group Limited” şirkətinin təsisçisi Cavid Qurbanovun atası Qəmbər Şəmşir oğlu Qurbanovdur. Bir müddət Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Qənbər Qurbanov 2009-cu ildə “Gəncəbank” ASC-nin səhmlərinin 33,34%-ni satın alıb.
Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirlinin də biznesi var. O, hətta vaxtilə Ziya Məmmədovun oğlu Anar Məmmədovla və iş adamı Hafiz Məmmədovla şərik olub.
Azərbaycan mətbuatı həm də yazır ki, baş dəmiryolçu qumar və mərc sahəsinə də nəzarət edir. Qurbanovun təsir dairəsində olan “Baltech İnvestment” şirkəti Azərbaycanda totalizator oyunlarında mərcin elektron qaydada kəsilməsi məqsədilə 2011-ci ildə yaradıb. Vəsilə Abdulova Qurbanovun “TOPAZ” qumarına nəzarət edən şəxsdir. Abdulova həmçinin “Azərbaycan Dəmir Yolları”nın Maliyyə İdarəsinin müdir müavinidir.
Cavid Qurbanova bağlılığı olam “Baltech” qrupu Türkiyədə də geniş fəaliyyətdədir. İnşaat, daşınmaz əmlak, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji istehsalı və digər sahəsində fəaliyyət göstərən çoxlu sayda şirkətləri birləşdirir.
Cavid Qurbanov 2015-ci ilin fevralında “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sədri təyin olunandan sonra qurum beynəlxalq və yerli təşkilatlardan yüz milyonlanlarla ABŞ dolları dəyərində kreditlər alıb.
Əslində bu faktlara nəzər saldıqda, Cavid Qurbanovun YAŞAT fonduna köçürdüyü 40 min manatı XƏSİSLİK kimi yox, özünü bizdən biri hesab etməmək kimi də qəbul etmək olar...
İddi olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Tarix: 16-12-2020, 10:28
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...