Rauf Vəliyevin adı ŞOK QALMAQALDA... - Prezidentə müraciət olundu
“Caspian Marine Services”(CMS) şirkətinin əməkdaşı Həsənov Fariz Fikrət oğlu Prezident İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinə (DTX)və Baş Prokurorluğa müraciət edib.
Müraciətin bir surətini də Yenisabah.az-a ünvanlayan Fariz Həsənov CMS şirkətinə məxsus “Xankəndi” gəmisində aşkar şəkildə Azərbaycanın dövlət əleyhinə təbliğat aparılır. Müraciət müəllifi bu məsələdə əsasən gəminin kapitanı Sahil Həziyevi və bossman Cavid Məmmədovu ittiham edir.
Fariz Həsənov yazır ki, bir müddət “Xankəndi” gəmisində matros kimi çalışıb. Gəmidə baş verənlərə etiraz etdiyi üçün oradan faktiki olaraq qovulub.
“Xankəndi” gəmisinin kapitanı Sahil Həziyev və bossman Cavid Məmmədov gəmini şəxsi təsərrüfatı kimi idarə edir. Gəmi heyətinə isə qul kimi yanaşırlar. Bir neçə dəfə bu cütlüyün qanunsuz əməllərinə görə etirazlar olub.
Amma problem təkcə bu deyil. Məni narahat edən və etirazıma səbəb olan xüsusilə Cavid Məmmədovun dövlətçilik əleyhinə çıxışlarıdır. O açıq-aydın İranın dövlət siyasətini təbliğ edir. Azərbaycanı az qala İranın bir hissəsi kimi görür. Yeznəsinin İran vətəndaşı olması ilə fəxr edir və Azərbaycanda da oradakı kimi şəriət dövlətinin qurulmasının vacib olduğunu deyir.
Şəxsi maraqlarını təmin etmək üçün isə Azərbaycan Prezidentinin adını hallandırır, onun nüfuzuna xələl gətirir. Gəmi heyəti də bütün bunların şahidi olub. Mən onun bu sayaq çıxışlarına sərt şəkildə etiraz etmişəm və baş verənlərlə bağlı kapitan Sahil Həziyevə şikayət məktubu yazmışam. O isə gəmiyə məsul olan şəxs kimi bu təhlükəli məsələni ciddi şəkildə araşdırmaq əvəzinə məktubu üzərimə ataraq qəzəblə “Bu nədir yazmısan?” dedi. Onun nəzərinə çatdırdım ki, daha yuxarı instansiyalara şikayət edəcəm. Sahil Həziyev isə bildirdir ki, kimə istəyirsən şikayət et”, - deyə müraciət müəllifi yazır.
Onun sözlərinə görə, kapitan Sahil Həziyevin özünə arxayın danışması təsadüfi deyil. Fariz Həsənov bildirir ki, onun himayədarı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevdir. “Sahil Həziyev Rauf Vəliyevin himayədarlığı ilə kapitan vəzifəsinə yüksəlib. Ona güvənərək də gəmini şəxsi təsərrüfatı kimi idarə edir”, - şikayətçi yazır.
Fariz Həsənov “Xankəndi” gəmisində baş verənlərlə bağlı CMS şirkətinin rəhbərliyinə də müraciət edib: “Şikayətlərimin və müraciətlərim gəmidən faktiki olaraq qovulmağımla nəticələndi. Azərbaycan dövlətinin əleyhinə təbliğat aparan, Azərbaycanın bayrağı altında üzən bir gəmidə başqa dövlətin təəssübünü çəkən Cavid Məmmədova isə quru töhmət verildi. Ona dəstək verən, qanunsuz əməllərinə şərait yaradan Sahil Həziyev ümumiyyətlə cəzasız qaldı”.
Müraciət müəllifi bildirir ki, “Xankəndi” gəmisində baş verənlərin araşdırılmasını xahiş edir.
Tarix: 15-12-2020, 11:46
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...