Cavid Qurbanovun özündən varlı atası... - İLGİNC FAKTLAR
Zümrüd meşələrlə əhatəyə alınan, "başına sıldırım qayalardan tac qoymuş” dağın ətəklərində pirani bir kişi mal-qara otarır.
Bu gün nabatda onun növbəsidir. Ömrü burada – Fit və Niyal dağlarının arasında qərar tutan Mücü kəndində keçib. 83 yaşında çobanlıq edən Əsgər Sirac oğlunun varı, dövləti atadan qalma koması və ailəsini dolandırmağa güclə yetən ikicə inəyi var. Deyir ki, bu torpaqların ən böyük xəzinəsi onundur: gənc yaşlarından yaddaşına Firdovsinin, Xaqaninin, Nizaminin, Mirzə Məhəmmədhəsənin, Xəstə Qasımın, Baba Şirvaninin, Əliağa Vahidin hikmətli sözlərini mirvari kimi düzüb.
Amma xəzinə sevdasında saç-saqqal ağartmış bir qoca da var. O "yükünü” pulla, qızılla tutub çəkib aparır. Qənbər Qurbanov, Azərbaycanın sevilən söz, sənət adamı - Aşıq Şəmşir oğlu...
"Ruhum həmişə yüksəkdə olub. Nəfsimi artıq sərf etməmişəm. Dünya malında gözüm, həvəsim olmayıb. Hər bir şeyin sərhəddi olduğu kimi, nəfsin də həddi olmalıdır”.
Əsgər kişi çomağına söykənib dağlara baxır, böyük Nizamidən söyləyir: "Var-dövlətə qul olmaq bihudə bir həvəsdir, Həyatının bəhrəsi bircə anlıq nəfəsdir”.

Mücü kənd sakini 83 yaşında çobanlıq edən Əsgər Sirac oğlu
Mənbə: Meydan.TV
Əsgər kişinin hər kəlməsini gətirib hökmən şeirə, qəzələ, ibrətamiz sözə bağlayır. Gəncliyində məlahətli səsi olub. El məclislərində muğam və təsniflər oxuyub. Aşıqlarla da yoldaşlığı olub. İndi o səs qalmayıb. Amma öyrəndiyi şeirlər beyninə həkk olunub. Sinədəftərdir. Aşıq Şəmşirdən də qoşmalar deyir:
...Bəy deyir: "Yaradan mənəm insanı,
İşləsin qapımda çıxınca canı”.
Bəs mənim torpağım, əkinim hanı?
Niyə çatmır ixtiyarım özümə?
Çəkilib sinəmə dəmir şiş dağı,
Yediyim zəhərdi, içdiyim ağı.
Şəmşir ha qazanır, aparır yağı,
Verən yoxdu qazanc-varım özümə.
Çətinliklərə mərdü mərdanə sinə gərən şairin 87 yaşlı oğlu Qənbər indi, bax, həmin o bəy kimi dolanır. Dubayda şirkəti, Tbilisi şəhərində on milyonlarla dollar dəyərində klinik xəstəxana kompleksi var.
Beş il davam edən tikinti işləri və tibbi avadanlığın quraşdırılmasından sonra xəstəxananın https://ahtbilisi.com/ bu ilin noyabr ayında açılışı nəzərdə tutulurdu.
Yeddimərtəbəli "The American Hospital Tbilisi” Gürcüstanın ən böyük xəstəxanalarından biri olacaq. Onun ümumi sahəsi 23 min kvadrat metrdir. Buradakı palatalarda 122 xəstə çarpayısı, ambulator hissədə isə 36 müayinə otağı var. Klinikada kardioloji, ortopedik, nevroloji, pediatrik və digər xəstəliklərin müalicəsi imkanı yaradılıb. 2018-ci ildə "The American Hospital Tbilisi” layihəsində payın 50 faizi Gürcüstana sərmayə edən xarici kapitallı "Block Georgia” şirkətinə satılıb.
...Sadıx Adıgözəl oğlu Məmmədov "Azəravtoyol” ASC-nin əməkdaşı olub. 2011-cu ilin noyabrın 8-də o, Tbilisidə "İnam” MMC adında şirkət təsis edib. On gün sonra şirkəti Qənbər Qurbanova - "Azəravtoyol” ASC-nin İdarə Heyətinin sədri Cavid Qurbanovun atasına satıb. Elə həmin vaxt şirkətin adı dəyişdirilərək "Sayalı” MMC qoyulub. İxtisasca həkim olan İlqar Qurbanov (C.Qurbanovun kiçik qardaşı) şirkətin direktoru təyin edilib. Bir müddət sonra o, şirkəti tərk edib. Bu ilin iyulunda İ.Qurbanov Bakıda öz şirkətini – "AZ-QO” MMC-ni təsis edib.
2014-cü ilin mayında "Sayalı” şirkətinə nəzarət BƏƏ-dəki "Azercon Holding” şirkətinə ötürülüb. Gürcüstanın Publik Reyestrində açıqlanan məlumata görə, 2013-cü ilin dekabr ayının 2-də Dubayda qurulan bu şirkətin yeganə təsisçisi Qənbər Qurbanovdur.
Qənbər Qurbanov 2013-cü ilin dekabrında "Sayalı” MMC-nin səhmlərinin 10%-ni "Azercon” ASC-yə satıb. 2014-cü ilin may ayının 29-da o, Vüsal Aslanovu və Kamil Hüseynovu 10 il müddətinə "Azercon Holding Ltd” şirkətinin direktorları vəzifəsinə təyin edib. Bu şirkətin direktoru vəzifəsində V.Aslanov və K.Hüseynov müəyyən dövrlərdə bir-birini əvəz ediblər.
Azərbaycanda 2012-ci ilin yayından etibarən şirkətlərin təsisçilərinin adları konfidensialdır. Başqa sözlə, özlərinin razılığı və rəsmi qaydada təqdim olunmadan açıqlana bilməz.
Bu qanun Gürcüstanda keçərli olmadığından, həmin ölkənin dövlət qeydiyyat orqanı tərəfindən ictimaiyyətə açıqlanır. 2017-ci ildə Gürcüstanda açıqlanan məlumata görə, "Azercon” ASC-nin tək təsisçisi 38 yaşlı Yaşar Səmədovdur. Şirkətin səhmlərinin 100%-ni ona Yusif Bayram oğlu Aslanov - Cavid Qurbanovun hazırki müavini Vüsal Aslanovun atası ötürüb. Şirkətin 2014-cü ildə Gürcüstanda açılan filialı 2017-ci ildə ləğv olunub. Filalın direktoru vəzifəsini ADY QSC-nin Maliyyə və İqisadiyyat İdarəsinin rəisi Fuad Səfərov daşıyırdı.
Dövlət Vergi Xidmətinin qeydiyyat sənədlərinə görə, 2017-ci ildə "Azercon” ASC-nin direktoru Vaqif Adıxan oğlu Hacıyev idi. V. Hacıyev uzun illər "Azəryolservis” ASC-də (hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyi adlanır – red.) rəhbər vəzifələrdə çalışıb.
Hələ 2019-cu ildə Meydan TV-nin araşdırmasında qeyd olunurdu ki, 2011-ci ildə "Sayalı” şirkəti U.Çxeidze 17 ünvanında yerləşən özəlləşdirilmiş 2 nömrəli Doğum evini, eləcə də D.Uznadze, 58 ünvanındakı Travmatologiya Xəstəxanasını, o cümlədən onların yerləşdiyi torpaq sahələrini satın alıb. 2014-cü ildə - şirkətə nəzarət Dubayda qurulan "Azercon Holding” LTD-yə ötürüləndən sonra - sərmayə axtarışları başa çatıb. Layihəyə Bakıdakı "Azercon” ASC və "Azercon UAE Holdings” şirkəti vasitəsilə 40 milyon ABŞ dolları sərmayə yatırılıb. Bu vəsaitin 18 milyon dollarını ABŞ-ın hökumət agentliyi olan Xarici Özəl Sərmayələr Korporasiyası (OPİC) kredit şəklində təqdim edib. Çoxtərəfli razılaşmaya görə, xəstəxana istifadəyə verildikdən sonra "American Intercontinental Healthcare Group” (ABŞ) tərəfindən idarə olunacaq.
"Wings & Freeman Capital” (WFC) şirkəti (Gürcüstan) "American Intercontinental Healthcare Group”-un tərəfdaşlarındandır. Məhz bu şirkət 2015-ci ildə OPİC kreditinin əldə olunmasında Q.Qurbanovun "Sayalı” şirkətinə yardımçı olub. Bundan öncə isə WFC ona tikinti işlərinin başlanması üçün "VTB Bank (Georgia)” ASC-dən 2.8 milyon ABŞ dolları məbləğində kredit alınmasından ötrü hüquqi yardım etmişdi. Amma işin maraqlı tərəfi odur ki, maliyyə məsləhəti almaq üçün müraciət etməzdən öncə Qurbanovlar "öz adamlarını” WFC şirkətinə "yeridə” bilmişdilər.
Rəsmi sənədlərə görə, 21 may 2014-cü ildə Azərbaycan vətəndaşı Rəşid Səmədli "Wings and Freeman Capital” şirkətinin səhmlərinin 50 faizini gürcü ortaqlardan satın alıb. Şirkətin nizamnamə kapitalı 32.010 laridir. Şirkətdəki payların 50 faizi qarşlığında R. Səmədli həmin il iki tranşla WFC-yə 500 min ABŞ dolları ödəyib. Səhmlərin alğı-satqı müqaviləsinə əlavədə deyilir ki, səhmlər üzərində tam hüquqlar əldə etməkdən ötrü Rəşid Səmədli "The American Hospital Tbilisi” layihəsi ilə yanaşı, "ABŞ-ın kənd təsərrüfatı texnikası istehsalçısı olan John Deere şirkətinin Azərbaycanda aqrar layihəsinin reallaşdırılmasına səy göstərməlidir”. Amma bu da R.Səmədlinin öhdəliklərinin hamısı deyil: şirkətin səhmlərinin 50 faizinə nəzarət hüququnun əldə olunmasının maliyyə təzminatı olaraq Müşahidə Şurasının üzvlərinə və direktoruna, eləcə də Azərbaycandakı nümayəndəsinə hər ay 3800 avro ödənilir. R. Səmədli şirkətin illik mənfəətinin 10 faizinin bonus şəklində onlar arasında bölüşdürülməsinə də razılıq verib.
46 yaşlı Rəşid Rəfael oğlu Səmədli Azərbaycanda idman mərc oyunları biznesinə "Caspian Tech” QSC vasitəsilə nazərət edən "Baltech İnvestment” MMC-nin bir müddət direktoru vəzifəsini tutub. Hazırda isə R.Səmədli 2018-ci ilin noyabrında Bakıda 100 min manat kapitalla yaradılan "A Taksi” QSC-nin rəhbəridir.
"Wings & Freeman Capital” şirkətinin Direktorlar Şurasının üzvləri arasında Söhrab Ağalarlı da yer alır. O, 2016-cı ildən "Sayalı” şirkətinin direktorudur. 2016-cı ilin aprelindən Söhrab həm də "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan "Dəmiryolservis” MMC-nin Gürcüstandakı şirkətinin – "Railway Service Geo” MMC-nin direktorudur. Söhrab Ağalarlı 2018-ci ilin sentyabr ayında ADY QSC-nin sədri Cavid Qurbanovun əmrilə "ADY Konteyner” MMC-nin Gürcüstan filialının rəhbəri təyin olunub.
"Sayalı” şirkətinin direktorlarından biri də Gürcüstan vətəndaşı Məmməd Süleymanovdur. "Azercon” ASC-nin Gürcüstan filialının yaradılması da ona tapşıdılmışdı.
Gürcüstanda filialının yaradılması M.Süleymanova həvalə olunan şirkətlərdən biri də "Modern Biznes Qrup” MMC-dir. "Modern Biznes Qrup” şirkəti "MB İnvestment” MMC-nə məxsusdur. Sənədlərə əsasən, "MB İnvestment” MMC-nin iki təsisçisindən biri Azad Şəfi oğlu Qasımovdur. Bu şəxsin də əmək fəaliyyətində "Azərbaycan Dəmir Yolları” QSC-nin İH sədri Cavid Qurbanovun imzası var: C.Qurbanov A.Qasımovu ADY QSC-nin 100% payçısı olduğu ekspeditor şirkətinin - "ADY Ekspress” MMC-nin direktoru təyin edib. "Modern Biznes Qrup” MMC-yə gəlincə, bu şirkətin hüquqi ünvanı Vüsal Aslanovun Bakıdakı mənzilidir. Şirkət V. Aslanovun atasının sifarişilə Sumqayıt şəhərində Nəsimi ad. Mədəniyyət və İstirahət Parkındakı "Göyərçin” kafesini yenidən qurub. "Modern Biznes Qrup” MMC-nin direktoru Zal Mehtiyev, "MB İnvestment” MMC-nin rəhbəri isə onun qardaşı Elmixandır. Elmixan Mehtiyev həm də adı çəkilən parkda idman-sağlamlıq mərkəzi inşa etdirən "Spartak1980” MMC-nin direktorudur.

MB İnvestment şirkətinin məlumatları
Mənbə: Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında baza
M.Süleymanov və S.Ağalarlının adları "Eko Park” MMC ətrafında da kəsişir. Məmməd Süleymanov bu şirkəti 2013-cü ildə Tbilisidə təsis edib. 2014-cü ilin iyulunda o, şirkəti Qənbər Qurbanovun "Azercon Holding Ltd” şirkətinə satıb. "Azercon Holding” şirkəti isə onu 2018-ci ilin avqustunda 1 lariyə Söhrab Ağalarlıya ötürüb.
Bu ölkədəki "İrbis” MMC-nin direktoru da Söhrab Ağalarlıdır. Tbilisidəki bu şirkətin səhmlərini 2018-ci ildə "Mikael” MMC 1.390.000 ABŞ dollarına satın alıb. Şirkət Azərbaycan vətəndaşı Anar Sabir oğlu Babayevə məxsusdur.
Söhrab Ağalarlı bu ilin fevralında yaradılan "Globe Trans” MMC-nin (Ukrayna) iki təsisçisindən biridir.
Bakıda 2018-ci ildən "Globetrans” MMC-nin filialı fəaliyyət göstərir. Dəmir yolları daxil olmaqla bütün növ nəqliyyat vasitələri ilə yük daşımaları xidmətləri göstərən şirkətin baş ofisi Tbilisidə, Çxeidze küçəs, ev 6 ünvanındadır. "ADY Konteyner” MMC-nin Gürcüstandakı filialı bu binadadır. "Globetrans” MMC-nin Bakı filialının hüquqi ünvanına gəlincə, bura (Xətai rayonu, Həsən Salmani küçəsi, ev 17, mənzil 193) həm də "Baltech Group” MMC-nin dövlət qeydiyyatında istifadə olunub. Qonşu mənzilərdən biri isə "A Taksi” QSC-nin qeydiyyat ünvanıdır.
... Ömrünün müdrik çağlarını yaşayan Əsgər kişi gözlərini qıyıb uzaq bir nöqtəyə baxır. "Kənddə ibtidai məktəb oxuyub onillik təhsilimi Basqalda tamamlamışam. Azərbaycandan bircə dəfə kənara ayaq qoymuşam – Keninqsberqdə (Kalininqrad) hərbi xidmətdə olanda. Gözəl yerlər idi. Amma bu yerlər daha əzizdir. Uşaqlıq illərim müharibə dövrünə düşüb. Kasıb olmuşuq, acından ölənimiz olmayıb. Çətinə düşənə əl uzatmışıq. Zəhmət çəkmişik - bir tikə çörəkdən ötrü.
Aşıq Şəmşir deyir:
Sən yaxşıya can de, xaini dağla,
İlqarsız adamın nitqini bağla,
Əlacın olanda elə gün ağla –
Yoxsula əl uzat, nəzarət eylə”.
Tarix: 14-12-2020, 09:39
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...