Cavid Qurbanov Ziya Məmmədovun yolunu gedir... - İDDİA
“Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Qeyd edək ki, son günlər QSC sədri ilə bağlı yerli KİV-də olduqca ağır və həm də cavabı tələb olunan ittihamlar səslənsə də, nədənsə bu barədə daha çox susqunluq müşahidə olunur. Bu tendensiyanın özü isə yalnız bir təəssüratı yaradır: YAZILANLAR HƏQİQƏTDİR…
Ən azından medianın peşə prinsipləri də qarşı tərəfin fikirlərini vacib edir, amma buna rəğmən Cavid Qurbanovun ətrafında elə bir şəbəkə toru yaradılıb ki, ya yazılanlar Cavid Qurbanovun diqqətindən kənar tutulur, ya da QSC sədrinin özü kifayət qədər arxayınçılıq mühitindədir. Hətta digər dövlət qurumlarının hazırki pandemiya dövründə belə mediaya xüsusi həssaslıq nümyiş etdirməsi faktının mövcudluğu şəraitində belə Cavid Qurbanovla bağlı mübhəmləri çözmək daha da çətinləşir. Bununla bağlı DİA.AZ-a olduqca maraqlı informasiya daxil olub.
Məlumatlı mənbə iddia edir ki, Cavid Qurbanovun vəzifəyə gəldikdən sonra ASC-də uzun illərdən bəri korrupsiyanın başında gedən şəxsləri işdən çıxarmadığı, onlarla münasibətlərinu daha da istiləşdirdiyi faktdır və hazırki vəziyyətin yaranmasında da sözügedən məqam xüsusi dərəcədə əhəmiyyətə malikdir.
Mənbənin dia.az-a söylədikləri: “Cavid Qurbanovun böyük qorunma ilə gəzdiyi, şikayətçilərin ona yaxınlaşmasına imkan verilmədiyi faktdır. Cavid Qurbanov ASC-nin binasından çıxanda ətrafında 20 nəfər olur. Həmin 20 nəfər sədri avtomobilə minənə qədər müşayiət edirlər. Buna görə də ASC-də şaiyə buraxıblar ki, guya Cavid Qurbanovun ətrafı qəsdən çoxlu şəkildə onu müşayət edirlər ki, sədrə heç kəs yaxınlaşmasın. ASC sədrinin ətrafı onu toplu şəkildə müşayət edərək hansısa şikayətçinin Cavid Qurbanova yaxınlaşmasına imkan vermirlər. Hətta hazırki pandemiya dövründə belə QSC sədrinin ətrafı kifayət qədər qələbəlikdir. Ətrafının Cavid Qurbanovu toplu şəkildə avtomobilinə qədər müşayiət etməsi əslində birbaşa ASC sədrinin öz planıdır. O, şikayətçilərlə qarşılaşmamaq üçün bu üsuldan istifadə edir.
Amma Cavid Qurbanov bilməlidir ki, zamanında bu yolu Ziya Məmmədov da tutmuşdu. O Ziya Məmmədov ki, Cavid Qurbaanovu illər uzunu himayə etmişdi və Cavid Qurbanov demək olar ki onun hesabına hazırki mənsəbinə qədər yürüyə bilib. İndi Ziya Məmmədov hardadır? Cavid Qurbanov bilməlidir ki, Ziya Məmmədovun yerişini yeriyərsə, istiqaməti dərin quyuya köklənər...”.
Maraqlı iddiadır və bildiririk ki, bu iddia ilə bağlı da qarşı tərəfin fikirlərini yaymağa hazırıq. Necə ki bu vaxta qədər açıq qalmış suallarımıza cavab axtarışlarındayıq…
Tarix: 11-12-2020, 11:39
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...