"Şəhərimiz alınan gün hər şeyimi burada qoyub gedəcəm" - Xocalı dəhşətlərinin canlı şahidi

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş misli görünməmiş soyqırım onun timsalında yüzlərlə uşağın uşaqlığına son qoyuldu. Həmin gecənin canlı şahidlərindən biri olan Mürvət Məmmədovla həmsöhbət olduq.
Mürvət Məmmədov yaddaşından heç vaxt silinməyəcək dəhşətli gecə haqqında Sputnik Azərbaycan-a danışıb: "14 yaşım var idi. Bizim evin yanı sıx meşə idi. Fevral ayının 25-dən 26-na keçən gecə, saat 22 radələrində ermənilər rayonumuzu atəşə tutdular. Atam və qardaşlarım postda idilər. Gəldilər ki, ermənilər artıq Xocalını atəşə tutublar. Camaat evdən meşəyə qaçırdı. Qonşumuz Vidadi dayı könüllü olaraq vuruşurdu. Ayağından yaralanmışdı, atamgil ona ilkin tibbi yardım göstərirdilər. O an evimizi mühasirəyə aldılar".
Həmin gecə gücləri bərabər olmasa da öz evlərini, torpaqlarını hər vəchlə qorumağa çalışırlar: "Gücümüz bərabər olmasa da bizimkilər ov tüfəngi ilə onlarla döyüşdülər. Ermənilər evimizin üstünə əl qumbarası atdılar. Həmin əl qumbarasından anam və mən yaralandıq, qonşumuz Sara xala və onun 2 yaşlı qızı Natəvan öldülər. Qapımızı qırmağa çalışırdılar, deyirdilər, "açın qapını, təslim olun, öldürməyəcəyik sizi". Onlar bilmirdilər ki, bizim güllələrimiz qurtarıb. Elə bilirdilər ki, qapını açan kimi onları öldürəcəyik. Qumbara atanda evin döşəməsi deşilmişdi. Atam dedi gizlədək, silahları görməsinlər. Qapını sındırıb silahı dirədilər mənim və qardaşımın kürəyinə, bizi tərksilah eləyib yığdılar bir otağa. Bizi otağın içinə yığıb yandırmaq istəyirdilər".
Həmsöhbətimiz körpə uşaqlara belə işgəncə verməkdən çəkinməyən ermənilərin insanlığa sığmayan vəhşiliklərindən danışdı: "Mənim 2 yaşlı qardaşım əlini qaldırdı ki, "dayı, qurban olum, öldürmə bizi". Ermənistan tərəfindən vuruşan 366-cı motoatıcı alayın əslən rus olan komandiri ermənilərə müdaxilə elədi ki, "mülki əhaliyə belə davranmağınız doğru deyil". Biz də dedik ki, nə yaxşı, bizi müdafiə edir. Sən demə, onun da şəxsi mənafeyi var imiş. O, evə girəndə gördü ki, evimizdən qənimət ələ keçirə bilər. Bizi qoymadı evin içində yandırmağa. Bizi Əsgəran rayonuna əsir apardılar".
Mürvətgilin ailəsi bəladan canlarının qurtardığını sanmışdılar, sən demə, ən dəhşətli günləri hələ qabaqda imiş: "Sara xalanın və qızının meyitlərini çölə atanda onun əri Pənah dayı da gəlirmiş bizə köməyə. Uşağının meyitini görüb, dözməyib onlara atəş atdı. Onların bəzisi Pənah dayını, bəzisi də bizi təcili yardım maşınına doldurub başqa bir yerə apardılar. Orada xeyli insan var idi. Kimi yaralı, kimi əl-ayağı donmuş halda idi. Orada insanları seçirdilər. Qardaşım onların davranışlarına dözməyib ermənini vurdu. Dedilər, "kimdir bu uşağın atası?", atam da dedi "mənəm". Atamı və 2 qardaşımı aparıb erməni məzarının üstündə başını kəsdilər. İki qardaşım, bacım və anamı başqa otağa saldılar. Hamımız al qanın içindəydik. Həmin gün mənim qardaşım Əhmədin doğum günü idi. 11 yaşı tamam olurdu.
Qardaşım dedi ki, "bu gün mənim ad günümdür, siz bizim başımıza bu oyunları açırsınız". Onlar qardaşıma dedilər ki, "sənə hədiyyə verəcəyik, biz sənə avtomat verəcəyik, qisasını alarsan?" Qardaşım da dedi, "hə". Bütün əsirlərin gözü qarşısında əlini güllə ilə yaraladılar "al, bu da sənə ad günü hədiyyəsi" dedilər. Onlar bundan zövq alırdılar. Çay dəmləyib içirdilər, köhnə dəmi qardaşımın yarasının üstünə töküb zövq alırdılar. Bir həftə insanlığa sığmayan işgəncələrə məruz qaldıq".
Nəhayət, Azərbaycanın Milli Qəhramanı Allahverdi Bağırov düşmən tərəfdə vuruşan muzdlu zəncinin meyitini Xocalıdan olan 80 nəfər əsirlə dəyişib: "Zəncini Allahverdi Bağırovun batalyonu öldürmüşdü. Bir müddət Ağdamda dəmiryol vağzalında qatarda tibbi müayinələr aldıq. Sonra bizi Qobustan rayonunun Mərəzə qəsəbəsinə köçürdülər, burada da müalicələr aldıq. Hələ də burada yaşayırıq. Bizə çox doğma münasibət göstərdilər. 2008-ci ildə Leyla Əliyeva "Xocalıya ədalət" kampaniyası yaratdı. Mən də oranın üzvüyəm. Xocalı ilə bağlı bütün tədbirlərdə yaxından iştirak edirəm".
Bu qədər müsibətlərə rəğmən Mürvət bəy və ailəsi məğrurluğunu qoruyub saxlayıb:
"Mən hal-hazırda cəbhəyə yola düşürəm. 42 yaşım var, yaşım nə səfərbərliyə, nə də könüllüyə düşür. Rəhmətlik Çingiz Mustafayev mənim qardaşımın əlini çəkmişdi. Bizim qarşımızda tanıdığımız insanların başını kəsib futbol oynayırdılar. Bir dəfə tədbirlərin birində xarici ölkənin nümayəndələrinə bu barədə danışanda dedi, "nə danışırsınız, nağıl danışırsınız". Ələ salırdılar bizi. Yaxşı ki, o dövrdə Çingiz Mustafayevin çəkilişi var idi. Göstərdim ona, təəccüblərini gizlədə bilmədilər".
"Azərbaycan xalqı həmişə humanist davranıb. Bu boyda hadisələr yaşadıq. Amma Gəncədəki partlayışda bir ermənini xilas etmələri xalqımızın nə qədər insanpərvər olduğunu bir daha göstərdi. İnsanlarımız öz məvacibərini Ordumuza bağışlayır. Bu, heç bir xalqda yoxdur. Şəxsən mən öz avtomobilimi satıb pulunu orduya bağışlamışam. Yaşımla əlaqədar müharibəyə aparmırlar, bunun üçün Prezident İlham Əliyevə müraciət etmişəm".
Mürvət Məmmədov söz verib ki, Xocalı işğaldan azad olunan gün öz zəhməti ilə aldığı evini Qobustanın ən şücaətli döyüşçüsünə bağışlayacaq: "Yaşadığım evi özüm almışam. Mənim ev növbəm çatmayıb. Amma Xocalı alınan gün hər şeyimi burada qoyub gedəcəm. Bizdə elə insanlar var ki, yaşlıdırlar, yaddaşları itib, öz övladlarını belə çətinliklə xatırlayırlar. Amma Cəbrayılın, Suqovuşanın azad olunduğunu eşidib sevincdən ağladılar".
Tarix: 8-10-2020, 09:59
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
27-10-2026, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
27-10-2026, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
27-10-2026, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
27-10-2026, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
27-10-2026, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
27-10-2026, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
27-10-2026, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
27-10-2026, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...