"Milyonlar qazanan həmvətənlərimiz Rusiya telekanallarında niyə lobbiçilik etmirlər?" - Elçin Şıxlıdan HAQLI İRAD

“Cəbhədəki bütün əks-hücum əməliyyatları təqdirəlayiq və düzgün addımdır”.
Bunu KONKRET.az-a ordumuzun əks-hücum əməliyyatı ilə bağlı fikirlərini bölüşən Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”- “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı bildirib.
O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın söylədiyi kimi biz əks-hücum əməliyyatlarını ermənilər işğal etdiyi ərazilərdən rədd olub getməyənə qədər davam etdirəcəyik:
“Bu, belə olmalıdır, olacaq da. Bir şeyi nəzərə almaq lazımdır ki, bir gündə 7 kəndimiz azad olunduqdan sonra biz gözləyirik ki, daha bir neçə yaşayış məntəqələri azad ediləcək. Amma ermənilər 30 il bizim torpaqlarımızda oturublar və bizdən zəif də olsa müqavimət göstərmək gücləri var. Anlamalıyıq ki, düşmən mənfurdur və hiyləgərdir. Xisləti o zaman sübuta yetirildi ki, Ermənistan ərazisindən və işöal bölgələrindən təkcə hərbi obyektlərimiz deyil, həm də yaşayış məntəqələrimiz, mülki əhalinin yaşadığı ərazilər raket və top atəşə tutulur. Bunun nəticəsində Ağdam rayonunda ata-oğul həlak olub. Bu, bir daha erməni xislətinin və vandalizmin göstəricisidir”.
Elçin Şıxlı söyləyib ki, ermənilər yalan və fake xəbərlər yayırlar:
“Bizim dinc əhalimizi atəşə tuturlar ki, insanlarımız arasında çaşqınlıq və qorxu yaransın. Amma görürük ki, insanlarımız heç nədən qorxmur. Hər bir vətəndaşımız ordumuzun yanındadır. Azərbaycan dövlətinin rəhbərinə və ordusuna güvənir. Məhz ona görə də heç yerə qaçmır. Bu, bizim əlimizə keçən ən gözəl məqamdır. Bu məqamdan da istifadə edib düşmənin burnunu ovmalı, onlara göstərməliyik ki, biz varıq, Sovet dövründə ov tüfənginə kimi əlindən alınan Azərbaycan deyillik. Biz kifayət qədər güclənmişik. Ordumuz da öz yerindədir və yüksək döyüş qabiliyyətinə malikdir. Ermənilər dünya ictimaiyyətini inandırmaq istəyirlər ki, bizə silahları verirlər. Xeyir, bu, belə deyil. Biz silahları öz vəsaitimiz hesabına alırıq. O cümlədən də Rusiyadan. Amma Rusiya silahları demək olar ki, Ermənistana bağışlayır. Biz İsraildən,Türkiyədən və digər ölkələrdən mümkün silahları alıb, ordumuzu gücləndirmişik”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri ermənilərin Rusiya kanallarında yalandan hay-küy saldığını da xüsusi vurğulayıb:
“Hay-küy salırlar ki, guya Türkiyə təyyarələri erməni təyyarələrini vurub. Əlavə deyirlər ki, guya türk pilotsuz təyyarələri Dağlıq Qarabağda erməniləri nişan alıb. Silahlar türk istehsalıdır, Türkiyənin deyil, Azərbaycan Ordusuna məxsusdur. Sadəcə pulumuzu verib o silahları almışıq. Bizim tanklarımızın əksəriyyəti Rusiya istehsalıdır. Onda desinlər ki, Rusiya tanklarıdır. Yəni ermənilər həmişə olduqları kimi öz xislətlərindədir. Bu gün Rusiyanın talk-şoularına baxanda görürsən ki, iki mövzudan biri Dağlıq Qarabağda gedən döyüşlərdir. Onları narahat edən də guya Türkiyənin döyüşlərə qatılmasıdır. Həmin verlişlərdə ən azı iki erməni ekspert iştirak edir.
O verilişlərdə iki azərbaycanlı gəncdən başqa Rusiyada olan soydaşlarımızı görə bilmirəm. Hərçənd ki, Rusiyada milyona və milyardlara sahib olan azərbaycanlılar var. Mütəxəsislərimiz də kifayət qədərdir. Amma mən onların heç birini televizyada görmürəm. Erməni lobbisinin boynuna atırlar ki, guya onlar imkan vermir. Amma mən buna inanmıram. Çünki bu qoyulan vəsaitə bağlıdır. Bizim orada milyonlar və milyardlar qazanan həmvətənlərimiz həmin kanallarda lobbiçilik edib, bizim mütəxəssislərimizi də o verilişlərə çıxara bilərlər. Təəssüf ki, bu işi görmürlər, amma Azərbaycandan nəsə lazım olanda o saat peyda olurlar. Hanı bizim çox təriflədiyimiz Qusmanlar. Niyə danışmırlar? Özlərinə nəsə lazım olanda hoppanıb, gəlirlər. Amma ölkəmizin belə günündə küncdə gizlənirlər”.
Tarix: 2-10-2020, 10:21
-
Dünən, 23:19
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Dünən, 23:08
Qəbul olmayanlar üçün daha bir şans - Tarix açıqlandı
-
Dünən, 22:58
Peşə məktəblərində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi görə bilmir?
-
Dünən, 22:27
Nihad Hənifəyevin 7,4 milyonluq tenderinin şəffaflıq təhlili - Daha bir iddia və Nazirliyin məlum susqunluğu - FOTOLAR
-
Dünən, 22:21
Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO
-
Dünən, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Dünən, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Dünən, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Dünən, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Dünən, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Dünən, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Dünən, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Dünən, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Dünən, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Dünən, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Dünən, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Dünən, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Dünən, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Dünən, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Dünən, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Dünən, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
23-08-2026, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
23-08-2026, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
23-08-2026, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
23-08-2026, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
23-08-2026, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
23-08-2026, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
23-08-2026, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
23-08-2026, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”