“Mən vəzifədən gedəndən sonra baş verib” – Bağırovdan maliyyə maxinasiyalarına cavab

"Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometreologiya Departamentinin bir qrup vəzifəli şəxsinin cinayət işi üzrə 6 ay öncə keçirilmiş məhkəmə iclası ilə bağlı bir sıra mətbu orqanlar tərəfindən birtərəfli qaydada, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova münasibətdə bir çox hallarda təhrif olunmuş, böhtan xarakterli məlumatların əks olunduğu materialların yenidən dövriyyəyə buraxılması bunun təsadüfi yox, şantaj xarakterli kampaniya olduğunu təsdiq edir".“Yeni Sabah” xəbər verir ki, bu barədə keçmiş nazirin hüquqi təmsilçisi Anar Rzayevin mediaya ünvanladığı açıqlamada bildirilir. Açıqlamada deyilir:
"Açıq məhkəmə prosesi davam edən cinayət işinin materialları ilə səthi də olsa tanış olan hər bir şəxs bilir ki, külli miqdarda mənimsəmə və israfetmə, o cümlədən də vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı cinayətlərində ittiham edilən şəxslər H.Bağırovun işlədiyi dövrdə deyil, onun tutduğu vəzifədən ayrıldıqdan sonrakı (sabiq nazir tutduğu vəzifədən 2018-ci ilin aprel ayında ayrılmışdır) dövrdə - xüsusilə də həmin ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında törətdikləri cinayətlərə görə təqsirləndirilməkdədirlər.
Külli miqdara mənimsəmədə ittiham olunan Departamentin mühasibi İlqar Hacıyevin özünü ibtidai istinaq dövründə tam təqsirli bildiyini qeyd etdiyi halda məhkəmə istintaqı zamanı bundan boyun qaçıraraq şantaj və böhtan taktikasına müraciət etməsi, görünür, bu yolla məsuliyyətdən boyun qaçırmaq ümidinə söykənir. İ.Hacıyevin əməlləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin istintaq orqanına və məhkəməyə təqdim etdiyi yazılı sübutlarla, hazırda təqsirləndirilən şəxslərin istintaqdakı ifadələri ilə, o cümlədən də istintaq orqanının əldə etdiyi digər mötəbər sübutlarla təsdiq edilməkdədir.
Hesablama Palatası 2017-ci ilə qədərki dövr üzrə Hidrometreologiya Departamentinin fəaliyyətini yoxlayarkən strukturun işində ciddi problemlər müəyyən edilməmiş, nazirliyə və departamentə müəyyən olunan qüsurların aradan qaldırılması tapşırılmışdı. 2018-ci ilin kiçik bir dövrünü əhatə edən yoxlamalarda isə bir sıra çatışmazlıqlar müəyyən edilmiş və onların aradan qaldırılması Departamentin rəhbəri Ə.Həsənova tapşırılmışdı. Görünür, qüsurların ciddi olmaması və onların aradan qaldırılması yeni nazirə imkan vermişdi ki, Ə.Həsənovu Departament rəhbəri vəzifəsindən azad etsə də, həmin departamentdə başqa vəzifəyə keçirməklə işdə saxlasın. Bu da onu göstərir ki, İ.Hacıyevin keçmiş nazirin işlədiyi dövrlə bağlı şantaj xarakterli açıqlamaları uydurmadır. Bunu əslində, departamentin fəaliyyətinə cavabdeh olan və hazırda mühakimə olunan Ə.Həsənov özü də mətbuata açıqlamasında təsdiq edib.
O qeyd edib ki, keçmiş nazir vəzifədən getdikdən sonra Departamentdə baş verən qanun pozuntularına görə, özü də məsuliyyət daşıyır, öz günahlarını etiraf edir, eyni zamanda bunların keçmiş nazirə aidiyyatı olmadığını təsdiqləyir.
Sitat: "Yeni nazir təyin edildikdən sonra 2018-ci ilin oktyabr ayında ilk audit yoxlaması aparılıb. Həmin audit yoxlamasının nəticəsi olaraq 25 min manata yaxın kənarlaşma üzə çıxıb. Həmin kənarlaşma da işçilərə ayrılan yardım pulları ilə bağlı idi. Çünki işçilərin maaşı az olduğu üçün biz onlara yardım ayırırdıq. Lakin bizə bildirildi ki, bu, qanunsuzdur və nazirin göstərişi olmalıdır. Mən də bununla razılaşdım və məbləği ödədim. Düşündük ki, bununla da yoxlamalar başa çatdı. Mən bundan artıq kənarlaşmanın olacağını düşünmürdüm. Həmin ərəfədə əlavə kartlar məsələsi üzə çıxmadı. Ardınca İlqar Hacıyev işdən çıxarıldı, mən isə baş məsləhətçi vəzifəsinə təyinat aldım. Bir neçə ay sonra yenidən daxili audit aparıldı. Yoxlamaya nə mən, nə də baş mühasib çağırıldı. O zaman xəbər tutduq ki, artıq iş Baş Prokurorluğa göndərilib. Təxminən 6 aya yaxın istintaq davam elədi. Müstəntiq 107 karta pul köçürüldüyünü deyəndə mən dəhşətə gəldim. Axı bu, necə ola bilərdi ki, mənim xəbərim olmayıb? Departamentin regional idarələri var idi. Qısa müddət olardı ki, Departamentin işçi sayı 400 nəfərdən 1254 nəfərə qaldırılmışdı. İşçilərin maaşına da hər yerdə olduğu kimi baş mühasib nəzarət edirdi. İlqar Hacıyev öz əməllərini gizlətmək üçün gah mənim üstümə gəlir, gah da Hüseynqulu müəllimin adını çəkir, ona şər atır ki, vəziyyətdən çıxsın. Adam özü istintaqda 151 min manatı ödəyəcəyini deyirdi. Hətta həmin məbləği ödəmək üçün istintaqa yazılı ərizə ilə müraciət edib, 20 dekabr 2019-cu il tarixinədək vaxt da almışdı. Amma mənimsədiyi vəsaiti ödəmək imkanı olsa da, ödəmədi. Düşünürəm, indi ona görə bu cür açıqlamalar verir ki, diqqəti özündən yayındırsın. Guya bununla məsuliyyətdən yayına biləcək”. Sitatın sonu.
Yalan və böhtan kampaniyasına pul xərcləmək əvəzinə mənimsədiyi dövlət vəsaitini geri qaytarmaqdan boyun qaçıran İ.Hacıyev, eləcə də bu cür məlumatları birtərəfli qaydada, qarşı tərəfin mövqeyini öyrənmədən, ara-sıra dövriyyəyə buraxmaqla H.Bağırovun şəxsi və işgüzar nüfuzuna xələl gətirən mətbuu orqanlar da özləri üçün hüquqi məsuliyyət yaradırlar. Əgər məqsəd doğru informasiyanı çatdırmaqdırsa, prosesin ən mühüm detalının – bütün maxinasiyaların H.Bağırov tutduğu vəzifədən getdikdən sonra həyata keçirilməsi faktı NİYƏ məhkəmə sənədlərində açıq şəkildə göründüyü halda mətbuatda gedən yazılarda heç yerdə qeyd edilmir?!
Faktiki olaraq bu, İ.Hacıyevin şantaj yolu ilə niyyətinə nail olmaq istəyindən irəli gələn yanaşmanı əks etdirir. Ölkədə hamı gözəl bilir ki, hansısa departamentin mühasibinin nazirə nəinki pul verməsi, hətta onunla hər hansı ünsiyyəti də fantaziayadan başqa bir şey deyil və bu səpkidə ittihamlar, əslində, gülünc səslənir. "Bu maxinasiyalardan nazirin xəbəri olub, ya olmayıb?” sualı qarşısında yalnız bir sual yaranır: H.Bağırov vəzifədən getdikdən sonra həyata keçirilmiş maliyyə maxinasiyaları ilə bağlı necə xəbəri ola bilərdi və ya bundan niyə xəbəri olmalı idi ki?
Məsələ mətbuat tərəfindən niyə ümumiyyətlə, bu müstəvidə oxuculara təqdim olunur?! Sonradan törədilmiş cinayət əməlinin axı keçmiş nazirə nə dəxli ola bilərdi?!
İ.Hacıyev düşünür ki, H.Bağırovun adını hallandırmaqla məsuliyyətdən boyun qaçıra bilər. Əgər məsuliyyətdən boyun qaçırmaq üçün mütləq ad hallandırmaq lazımdırsa, məntiqlə onda həmin departamentin rəhbərinin, yaxud İ.Hacıyevi işə götürənlərin, onunla əlaqədə olanların adı hallana bilərdi.
Bəs İ.Hacıyev düşünmürmü ki, onu H.Bağırovun adını hallandırmağa təşviq edən şəxslər özlərini arxa plana atıb, İ.Hacıyevi önə sürməklə onu digər cinayətləri törətməyə sövq edirlər?! İ.Hacıyev anlamalıdır ki, hər hansı sübut olmadan şəxs barəsində səsləndirilən böhtanlar, şəxsi hansısa cinayətləri törətməkdə ittiham etmək bunu edən şəxs və ya şəxslər barəsində cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsinə əsasən şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq cinayət məsuliyyətinə cəlb edilmək və cəzalandırılmaqla nəticələnir. H.Bağırovun hüquqi təmsilçi olaraq bildirirəm ki, şərəf və ləyaqəti ləkələyən və işgüzar nüfuzdan salan məlumatları yayan şəxslər, xüsusilə İ.Hacıyev barəsində AR Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət işinin açılması üçün xüsusi ittiham qaydasında şikayət vermək hüququndan istifadə edərək məhkəməyə müraciət edilir.
Tarix: 29-08-2020, 09:08
-
Bu gün, 18:36
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
-
Bu gün, 18:33
Hikmət Babaoğlu və Elman Nəsirov arasında nə baş verib? - VİDEO
-
Bu gün, 18:28
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Bu gün, 18:27
Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"
-
Bu gün, 18:18
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
-
Bu gün, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Bu gün, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Bu gün, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Bu gün, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Bu gün, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Bu gün, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Bu gün, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Bu gün, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Bu gün, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Bu gün, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Bu gün, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
Dünən, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
Dünən, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
Dünən, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
Dünən, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Dünən, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Dünən, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Dünən, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Dünən, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Dünən, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Dünən, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Dünən, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Dünən, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Dünən, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Dünən, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO