“Lotu Quli” rusiyalı “qanuni oğrular”ın heç birini saymırdı” - Onu ölümlə hədələyənlərin adları AÇIQLANDI

““Oğru dünyası”nda təmsil olunan Quram Çixladze adlı gürcü “vor-zakon”un azərbaycanlı avtoritet “Lotu Quli”ni öldürmək planı olub. O, “oğru dünyası”nın ən tanınmış adamlarındandır. Ailəlikcə “oğru” olublar. Atası da tanınmış “vor-zakon” idi. Quram Çixladze demişdi ki, nəyin bahasına olursa olsun “Lotu Quli”ni məhv edəcək. Hətta özünün öldürə biləcəyini də dilə gətirmişdi”.
Bu fikirləri Modern.az-a “qanuni oğru”lar haqqında araşdırmalar aparan, “kriminal avtoritetlər” barədə bir sıra kitabların müəllifi Bəhram Çələbi deyib.
O, avqustun 19-da Türkiyədə qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun ölümünün arxasındakı gizli məqamlara toxunub:
“Bu ilin fevral ayında təxmini 20 nəfər yığışıb Türkiyəyə gediblər. “Lotu Quli”ni öldürmək istəsələr də, Türkiyə polisi onları tutub. “Oğru dünyası”ndakı ruslar, gürcülər və erməni “vor”lar istəyirdilər ki, Nadir Səlifovu aradan götürsünlər. Çünki “Lotu Quli” heç kəsə baş əymir, tabe olmurdu.
Rövşən Lənkəranskini 2016-cı il avqustun 18-də öldürmüşdülər, “Quli”ni 4 il sonra, avqustun 19-da vurdular. Bu iki hadisənin arasında əlaqə olub-olmadığını hələlik heç kim bilə bilməz. “Lotu Quli”yə yaxınlaşa bilmədiklərinə görə, yəqin ki, dostunu ələ alıb, onu öldürməsi üçün göndəriblər. Hadisə belə görünür. Mən dəqiq deyə bilmərəm. Məsələ mürəkkəbdir. Hətta ola bilər, “Lotu Quli”ni Rövşən Lənkəranskinin adamları öldürüblər. Amma mən öz kitabımda da yazmışdım, “Lotu Quli” vəkilinə deyib ki, Rövşən Lənkəranski ilə heç vaxt düşmən olmayıb. Onun sözlərinə görə, iki azərbaycanlı “qanuni oğru” sadəcə rəqib olublar. Rövşən də istəyib, daha çox pul qazansın, Nadir Səlifov da. Amma “Quli”nin dediyinə görə, Lənkəranskinin ölməyini istəməyib.
“Lotu Quli”ni rusiyalı “vor zakon”lardan Zaxari Kalaşov (ləqəbi “Şakro Maladoy”) da öldürmüş ola bilər. Çünki dediyim kimi, o, güclü “qanuni oğrular”ın heç birini saymırdı”.
Bəhram Çələbinin sözlərinə görə, “Lotu Quli” əvvəllər Rusiyanın kiçik hissəsində fəaliyyət göstərsə də, son zamanlar demək olar ki, bütün Rusiya onun əlində olub:
“O, demək olar, ən böyük mafiya başçısı idi”.
“
Oğru dünyası”nda “Lotu Quli”nin davamçısının kim olacağına gəlincə isə Bəhram Çələbi hesab edir ki, bu məsələ hələlik sual altında qalır:
“Amma onun ən yaxın adamı Vaqif Süleymanov olub. Ondan başqa “Quli”nin yerinə kiminsə gələcəyini hesab etmirəm, Azərbaycan üzrə onu götürə bilərlər. Amma gürcülərdən, ruslardan o qədər güclü “oğru”lar var ki... Məncə, “karol” (“Oğru dünyası”nda lider) onlardan seçiləcək. Azərbaycanlılardan “karol” ola biləcək lotu məncə yoxdur.
Bundan sonra “oğru dünyası”nda nə baş verəcək – bunu ancaq “sxodka”dan sonra demək mümkündür. Orada qərar çıxarılmalıdır ki, bu hadisəni törədənlərə nə cəza versinlər. Çünki oğrunu öldürəni böyük cəza gözləyir. Kimə nə cəza veriləcəyi “oğrular”ın “sxodka”sında müəyyənləşəcək”.
“Lotu Quli” isə 2020-ci il avqustun 19-da gecə saatlarında onun çevrəsinə daxil olan Xaqan Zeynalov (“Xan Bakinski”) adlı şəxs tərəfindən öldürülüb.
Məlumatlara görə, hadisə baş verən zaman “Quli” oteldəki otaqlardan birində kart oynayırmış. Otaqda “Quli” ilə kart oynayan şəxsdən başqa avtoritetin mühafizəçisi də varmış.
Otağa daxil olan “Xan Bakinski” heç kimdə şübhə oyatmayıb. Çünki o, çoxdan “Lotu Quli”nin çevrəsində olan adam kimi onun hörmət və etibarını qazanıbmış. “Xan Bakinski” “Quli”nin boyun nahiyəsindən dörd güllə vurub.
“Quli”nin mühafizəçisi cavab atəşi açsa da o, qaça bilib. Amma az sonra polis onu Antalya-Dənizli yolunda saxlayıb.
“Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.
O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıtmışdı.
atil Xaqan Zeynalov (“Xan Bakinski”) və Nadir Səlifov ("Lotu Quli")...
Tarix: 20-08-2020, 21:39
-
Bu gün, 16:01
“Socare” adlı şirkət yaradılıb: rəhbərliyində SOCAR rəsmiləri var – DETALLAR
-
Bu gün, 15:57
Bu il “Avrora”ya aid “Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub
-
Bu gün, 15:47
Hakimlərin “mühakiməsi” başlayır – Sərt TƏLƏBLƏR
-
Bu gün, 15:45
Şahin Bağırovun daha bir yeyintisi İFŞA OLUNUR - Bəh-bəhlə təqdim olunan yeni bina İSTİFADƏYƏ YARARSIZDIR!
-
Bu gün, 10:44
Əsrimizin BƏLASI – Kişilər emosional cəhətdən niyə tükənir? – SƏBƏBLƏR və ÇIXIŞ YOLLARI
-
Bu gün, 10:39
Məmurlarla bağlı yeni qaydalar: Vəzifədən kənarlaşdırılma da nəzərdə tutulur
-
Bu gün, 10:31
DÖVLƏTİN Gömrük komitəsini DOSTLAR KLUBUNA çeviriblər... - İTTİHAM VAR...
-
Bu gün, 10:27
Neftçala yenə suyun içində - 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir?
-
Bu gün, 10:25
KTN-də QALMAQALLI TƏDARÜK: Çərkəz Şirinov rəis təyin edilir... - İLGİNC
-
Bu gün, 10:11
Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Dünən, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Dünən, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Dünən, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Dünən, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər