“Sanki deputat yox, küçədə avara həyat sürmüş bir insandır…” – Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyevin Yenisabah.az-a müsahibəsi:
- Bəxtiyar bəy, Fazil Mustafa ilə aranızda konfliktin yaranmasına səbəb nədir?
- 7-8 iyunda Yeni Yasamalda baş vermiş hadisələrlə bağlı bir çox vətəndaş haqlı olaraq polis zorakılığına qarşı etiraz eləmişdi. Fazil Mustafa həmin etirazçıları “it sürüsü” adlandırdı. Mən də təbii ki, sosial şəbəkələrdə olan bir insan kimi ona kifayət qədər mədəni formada etirazımı bildirdim ki, burada qanunsuzluq var, vətəndaşları zorla evlərindən çıxarır və s. O isə başqa vətəndaşlara göstərdiyi tərbiyəsizliyi mənə qarşı da nümayiş elətdirdi və bu zaman ona bildirdim ki, sizin səviyyənizə enib cavab verməyəcəm, ümumiyyətlə, sizi dostluqdan çıxarıram, rədd edirəm. Bundan sonra Fazil Mustafa həm mənə, həm də onun səhifəsində tənqidi rəy yazan şəxslərə qarşı “it küçüyü”, “it sürüsü” kimi ifadələrdən daha çox istifadə elədi. Yəni özünün ailədə gördüyü və yaxud görmədiyi tərbiyəyə uyğun olaraq davrandı.
- Fazil Mustafa ilə bağlı Milli Məclisə müraciət etdiyinizi yazmısınız. Məhkəməyə də müraciət etmisinizmi? Əgər etmisinizsə, hər iki müraciətdə tələbləriniz nələrdir?
- Milli Məclis rəhbərliyinə yazılı olaraq müraciət eləmişəm ki, İntizam Komissiyasında Milli Məclis üzvünün vətəndaşlarla danışıq tərzinə, istifadə etdiyi ritorika və ifadələrə görə araşdırma aparılsın. Əgər bu ritorikalarda hər hansı bir problem görürlərsə, ona təməl ailə tərbiyəsi təlimləri keçirilsin. Məhkəməyə isə hələ müraciət etməmişəm. Çünki Fazil Mustafadan qeydiyyat ünvanı soruşmuşam və o, buna cavab verməyib. Amma qeydiyyatda olduğu ünvanı öyrənib həmin rayon üzrə məhkəməyə müraciət edəcəm.
- Təzminatı tələb etməyi düşünürsünüzmü?
- Təzminat tələb olunsa da, tələb olunan məbləğin onun tərbiyəsi üçün təlimlərə sərf olunması qeyd olunacaq. Fazil Mustafa ümumiyyətlə, təkcə son insidentlə bağlı təhqiramiz ifadələrə yer verməyib, o, bundan əvvəl müxtəlif etnik və dini qrupları təhqir edib. Şiə təriqətinə mənsub çoxsaylı vətəndaşlar onun təhqirinə məruz qalıb. Ümumiyyətlə, adam sosial şəbəkələrdə özünü elə aparır ki, sanki Milli Məclisin üzvü yox, hansısa küçədə uzun müddət avara həyatı sürmüş bir insandır. Ola bilsin ki, o, uşaqlıq illərində travma yaşayıb, ona görə də başqaları ilə bu tərzdə danışmağı normal hesab edir. O, ailə daxilində hansı şəkildə danışır, ailə üzvlərinə necə xitab edirsə, özü bilər. Ancaq millət vəkili kimi vətəndaşlara “it sürüsü” və daha əxlaqsız ifadələri istifadə etməsi və eyni zamanda onları təhqir etməsi yolverilməzdir. Cəmiyyət arasında özünü normal aparmalıdır, apara bilmirsə, biz onu tərbiyələndirməyi bacararıq. Fazil Mustafa tez-tez itlər haqqında danışır, sanki cəhd edir ki, insanlar onu it adlandırsınlar. Amma itlər sədaqətli, öz sahiblərinə qarşı vəfalI olurlar, daha yumşaq oturacağa görə və yaxud yağlı yal üçün öz sahiblərini satmırlar. Ona görə də mən Fazil Mustafaya öz istifadə etdiyi ifadələrdən istifadə edib cavab verməyəcəm, çünki bu, sədaqətli heyvanlar üçün təhqir olardı.
- Milli Məclisə müraciətiniz nə vaxt baş tutub, cavab almısınızmı?
- Bir neçə gün əvvəl poçtla müraciət etmişəm. Ötən gün də Milli Məclis rəhbərliyindən bir nəfərlə danışmışam. Məsələnin araşdırılacağını deyiblər. Hətta çox güman ki, bizim bir görüşümüz olacaq və bunu orada müzakirə edəcəyik. Yəqin ki, yaxın günlərdə reaksiya veriləcək. Çünki Fazil Mustafanın ədəbsizliyi və özünü apara bilməməsi təkcə özünə qarşı mənfi reaksiya doğurmur, həm də Milli Məclisin nüfuzuna mənfi təsir göstərir. Hamı başa düşür ki, hakimiyyətin ən yüksək təbəqəsindəki insanların razılığı olmadan heç kim parlamentdə təmsil oluna bilmir, hətta seçicilərin böyük əksəriyyətinin səsini alsalar belə, kiminsə parlamentdə oturması üçün yüksək səviyyədə siyasi razılıq lazımdır və buna görə də vətəndaşlar görəndə ki, hansısa ədəbsiz, ailə tərbiyəsi görməmiş bir insan Milli Məclisdə oturub vətəndaşları təhqir edir, artıq qəbul edə bilmirlər. Bu, siyasi hakimiyyətə də çox böyük bir zərbədir. Bunu da hakimiyyətin ən yuxarısında olanlar başa düşürlər və bu səbəblə əminəm ki, ən qısa zamanda Fazil Mustafa ilə bağlı tədbir görüləcək.
- Fazil Mustafanın sizi təhqir etdiyini bildirmisiniz, amma siz də onu təhqir etmisiniz...
- Birincisi, Fazil Mustafa təkcə mənimlə bu konflikti yaşamayıb. Ona tənqidi irad bildirən, kifayət qədər tərbiyəli, ədəbli şəkildə fərqli fikir yazan insanlara çox aşağı ifadələr işlədib, yəni Milli Məclis üzvünə yaraşmayan tərzdə danışıb. Mən isə sadəcə olaraq bildirirəm ki, əgər özü bu yolla təhqir olunmaq istəyirsə, biz bunu etməyəcəyik.
- Fazil Mustafa saytımıza müsahibəsində təhqiramiz ifadələrdən ilk olaraq onun deyil, qarşı tərəfin istifadə etdiyini dilə gətirib. Deyib ki, qarşı tərəfə adekvat cavab vermək məcburiyyətində qalıb…
- O post yazıb və həmin post bu gün də səhifəsindədir. Orada birinci olaraq onun özü etiraz edən vətəndaşları “it sürüsü” adlandırıb. Sonradan da yazıb ki, “it sürüsü”nun başında Bəxtiyar Hacıyev dayanır və s. Yəni millət vəkili birinci olaraq post yazıb polis zorakılığına etiraz edən vətəndaşları “it sürüsü” adlandırırsa, ayrı-ayrı vətəndaşların da ona etiraz etməsini qəbul etməlidir. Az əvvəl də qeyd etdiyim kimi, mən bir çox halın şahidiyəm ki, vətəndaş kifayət qədər tərbiyəli, ədəbli şəkildə ona cavab verib, amma o çox tərbiyəsiz şəkildə vətəndaşa qarşı ən nalayiq ifadələrdən istifadə edərək onu təhqir edib. Mən onların ekran görüntülərini də göstərə bilərəm. Hətta o, heç kimin ona qarşı irad bildirmədiyi bir vaxtda etirzçı insanları “it sürüsü” adlandırıb, yəni Fazil Mustafa yalan deyir. Müsahibədəki ikinci yalanını da deyim. O bildirir ki, “it küçüyü” ifadəsini mənə qarşı istifadə edib. Birincisi, bu ifadəni mənə qarşı heç vaxt istifadə edə bilməz. Çünki bilir ki, mən on qat artığı ilə ona cavab verərdim. O, başqa bir vətəndaşa qarşı bu ifadədən istifadə edib. Həmin vətəndaşla da yazışmasının ekran görüntüsü var. Bununla da sübut edərik ki, Fazil Mustafa ikiqat yalan danışır. Yəni Fazil Mustafanın sadəcə tərbiyəsiz yox, həm də yalançı olduğunu görünür.
- Bu problemləri Fazil Mustafa ilə üzbəüz oturub müzakirə etməyi düşünürsünüzmü?
- Mən əvvəlcə çağırış eləmişəm və bildirmişəm ki, əgər özünə güvənirsə, Real TV-də onu debata dəvət edirəm. Çünki Real TV rəhbərliyini də bu qarşıdurmaya qoşmuşdu. Lakin Fazil Mustafadan cavab gəlməyib, bu məsələdən başqa hər şeyə cavab verib, amma debat dəvətinə susur. Əgər debat olsa, mən faktlarla sübut edə bilərəm ki, birinci o vətəndaşları təhqir edib. İkincisi, ən nalayiq ifadələrdən istifadə edib, üçüncüsü də onun çox ciddi psixoloji problemləri var. Ən təməl ailə tərbiyəsini görməyib.
- Debatın Real TV-də baş tutması şərtdir?
- Yaxşı olar ki, bütün ölkəyə yayımı olan və internet televiziyası olmayan bir kanalda qarşılaşaq və canlı olsun.
Tarix: 20-06-2020, 15:47
-
Bu gün, 22:44
"Dur cavab ver ay insan, Deyirdin hər şey mənimdir, Bəs nə oldu?"
-
Bu gün, 22:28
Cəlilabadda 2-3 il əvvəl çəkilən asfalt dağılıb – bərbad vəziyyətə düşən yolla sahib çıxan yoxdu/ VİDEO
-
Bu gün, 22:24
"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO
-
Bu gün, 22:14
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “SOY Production” şirkətinin rəhbəri, “Əməkdar artist” Dilarə xanım Əliyevanı və Milli Qəhrəmanın Natiq Qasımovun ailə üzvlərni qəbul edib
-
Bu gün, 22:12
“Avropa Beynəlxalq Hospital”ın ölən pasienti ilə bağlı məhkəmə qərarı: - Ailəyə təzminat ödəyəcək
-
Bu gün, 21:14
Neft, mal əti və elektrik enerjisinin qiymətləri niyə fərqli istiqamətdə dəyişir?
-
Bu gün, 16:18
Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi
-
Bu gün, 16:14
"VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
-
Bu gün, 16:11
“Bankomat 700 avromu “uddu”, günlərdir geri ala bilmirəm”- Kapital Bankdan şikayət
-
Bu gün, 16:01
“Socare” adlı şirkət yaradılıb: rəhbərliyində SOCAR rəsmiləri var – DETALLAR
-
Bu gün, 15:57
Bu il “Avrora”ya aid “Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub
-
Bu gün, 15:47
Hakimlərin “mühakiməsi” başlayır – Sərt TƏLƏBLƏR
-
Bu gün, 15:45
Şahin Bağırovun daha bir yeyintisi İFŞA OLUNUR - Bəh-bəhlə təqdim olunan yeni bina İSTİFADƏYƏ YARARSIZDIR!
-
Bu gün, 10:44
Əsrimizin BƏLASI – Kişilər emosional cəhətdən niyə tükənir? – SƏBƏBLƏR və ÇIXIŞ YOLLARI
-
Bu gün, 10:39
Məmurlarla bağlı yeni qaydalar: Vəzifədən kənarlaşdırılma da nəzərdə tutulur
-
Bu gün, 10:31
DÖVLƏTİN Gömrük komitəsini DOSTLAR KLUBUNA çeviriblər... - İTTİHAM VAR...
-
Bu gün, 10:27
Neftçala yenə suyun içində - 5 milyona qurulan kanalizasiya sistemi niyə işləmir?
-
Bu gün, 10:25
KTN-də QALMAQALLI TƏDARÜK: Çərkəz Şirinov rəis təyin edilir... - İLGİNC
-
Bu gün, 10:11
Şagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir? - Keçmiş təlim-tərbiyə işləri üzrə direktor müavini...
-
Dünən, 23:53
İcra hakimiyyəti eyni şirkətə yenidən yol təmiri sifarişi verdi – 482 min manatlıq tender
-
Dünən, 18:06
"Bolmart"dan 2 manata çörək aldım, kifli çıxdı" -Jurnalist Səadət Məmmədova AQTA-ya müraciət etdi/FOTO
-
Dünən, 17:42
Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar
-
Dünən, 17:33
“Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti - Qeydiyyatda olmayan “klinika”, qeyri-adi müalicə üsulları
-
Dünən, 17:29
Azərbaycanda qəribə olay: Əsgərliyə aparıldığı üçün 200 min manat tələb edir - TƏFƏRRÜAT
-
Dünən, 17:11
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
-
Dünən, 17:03
Elsevərin həyat yoldaşı da saxlanıldı
-
Dünən, 16:59
İsraildə kritik seçkilər: Netanyahu yeni koalisiya qura biləcək?
-
Dünən, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Dünən, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Dünən, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər