Azərbaycanda Pənahovlar imperiyası: - Vəzifədə olmayanı yoxdur

Ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı Elxan Pənahov Baş Prokurorun əmri ilə yaşla əlaqədar təqaüdə göndərildi.
Elxan Pənahov 2011-ci ildən Yevlax rayonunun prokuroru idi. Ondan əvvəl Salyan rayon prokuroru vəzifəsini icra edib. Yaşla əlaqədar təqaüddən söz düşmüşkən Pənahovların ağsaqqalı Məzahir Pənahovun 69 yaşı var. Azərbaycanda da 65 yaşda pensiyaya yaşının çatdığını nəzərə alsaq, M. Pənahov çoxdan təqaüdə getməli idi.
Məzahir Pənahov haqqında qısa arayış:
O, 1951-ci ildə Tovuz rayonunda doğulub. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2000-ci ildən Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib və MSK-nın sədri seçilib.
22 fevral 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının təqdimatı ilə yenidən MSK-nın üzvü seçilib, 24 fevral 2011-ci ildə MSK -da keçirilən səsvermə ilə yenidən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri seçilib. Şöhrət ordeni ilə təltif edilib.
1996-cı ildən BDU-nun ümumi riyaziyyat kafedrasının kafedra müdiridir. Yəni 20 il MSK sədri, 24 ildir kafedra müdiri işləyir. Məzahir Pənahovun uzun illər vəzifəsində olmasının səbəbi kimi atası Tat Məhəmmədin hələ sovet dönəmində ümummilli lider Heydər Əliyevlə dostluq münasibətlərinin olması göstərilir.
2000-ci ildən MSK-nın sədri olan Məzahir Pənahov ötən müddət ərzində 3 referendum (2002, 2009, 2016), 4 prezident (2003, 2008, 2013, 2018), 5 parlament (2000, 2005, 2010, 2015, 2020) və 4 bələdiyyə (2004, 2009, 2014, 2019) seçkisi keçirib.
Deyilənə görə, artıq Məzahir Pənahova seçki keçirmək nəsib omayacaq. Bildirək ki, prosedura görə MSK üzvlərini Milli Məclis parlamentdə təmsil olunan çoxluq, bitərəflər və azlıqda olan partiyaların irəli sürdüyü namizədlər əsasında formalaşdırır. Güman ki, YAP bu dəfə onun namizədliyini irəli sürməyəcək.
Məzahir Pənahov MSK sədri kimi övladlarından tutmuş bütün yaxın qohum-əqrabasına “gün ağlaya” bilib. Belə ki, M.Pənahovun kiçik oğlu ABŞ-da təhsil alan Araz əvvəllər Milli Təhlükəsizlik Nazirliyində işləyib. 2013-cü ildə isə öz istəyi ilə işdən çıxıb.
Digər oğlu Məhəmməd Pənahov isə 2010-cu ildə qonşusu, Tibb Universitetinin professoru Oleq Mirzəyevi döyməsi ilə gündəmə gəlib. Bu hadisədən sonra polisdə araşdırma başlanılsa da Məzahir Pənahovun sayəsində iş ört-basdır edilib və Məhəmməd Pənahov 1 illiyə xaricdə yaşamağa məhkum olub.
Hər kəsin “Mamed” kimi tanıdığı Məhəmməd Pənahovun həmçinin zərərli vərdişlərinin olduğu bildirilir. Adətən Mamed gecə saatlarında dostları ilə evə gəlir. Bir qədər sonra isə mənzildən qalxan səs-küy səsləri qonşuları ciddi şəkildə narahat edir. Bu səs-küydən isə ən çox onunla qonşu olan Ziyafət Əsgərovun rahatlığı pozulur.
Qeyd edək ki, ziyalıların evi kimi bilinən və Nəsimi rayonu, Şamil Əzizbəyov 156 ünvanında Məzahir Pənahovla Ziyafət Əsgərov qonşu olublar. Lakin sonradan Məzahir Pənahov həmin binadan köçıb və mənzili oğluna verib.
Son illərdə isə Məhəmməd Pənahovun “Ecores İnternational” firmasında işlədiyi məlum olub. Bu şirkət isə MSK sədrinin müavini Rövzət Qasımova məxsusdur. Şirkət 1999-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Firmanın hüquqi ünvanı Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində ev 157, mənzil 23 göstərilib.
Qızı Ülkər Pənahova Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Ülkər Pənahovanın yoldaşı Xaliq Qocayev Ədliyyə Nazirliyinin əməkdaşıdır.
7 qardaş olan Pənahovlardan Mahir Pənahov 2013-cü ildən etibarən Vergilər Nazirliyində çalışıb Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini işləyib, dünyasını dəyişib.
Digər qardaşı isə Şahin Pənahov 2019-cu ilin sentyabr ayında BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyinat alıb.
Başqa bir qardaşı, texnika üzrə elmlər doktoru Tariyel Pənahov 1989-cu ildən 1994-cü ilədək “Azərüzüm” Sənaye Birliyinin rəisi, 1994-cü ildən 1998-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzüm Emalı İdarəsinin rəisi işləyib. 1998-ci ildə Azərbaycan Dövlət Əmlak Komitəsinin sədrinin müşaviri vəzifəsinə təyin edilib. Üzümçülük-şərabçılıq sahəsində əldə etdiyi nailiyyətlərinə görə 2007-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
Məzahir Pənahovun adı açıqlanmayan başqa bir qardaşı isə Rusiyada saxta konyak istehsalı ilə məşğul olub. Elə bu səbəbdən də həbs edilib. Məhz Məzahir Pənahovun ciddi səyləri nəticəsində həbsdən azad olunaraq Azərbaycana dönən qardaşı saxta konyak istehsalını Azərbaycanda davam etdirib.
Məlumata görə, onun istehsal etdiyi konyaklar insan orqanizmi üçün zərərli olan simuş maddəsindən hazırlanır. Bu maddə spirtdən ayrılır və insan orqanizmi üçün zərərli hesab edilir. MSK sədrinin qardaşı həmin maddəyə rəng qataraq konyak hazırlayır. Bu konyaklar Azərbaycanda satılır.
Mahir Pənahovun oğlu Yasamal Rayon İcra Hakimiyyəti başçısının Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fərid Pənahovdur.
Həmçinin 2012-ci ildə ABŞ-ın dünya şöhrətli West-Point Hərbi Akademiyasının ilk azərbaycanlı məzunu diplomunu alan Hüseyn Pənahov da Məzahir Pənahovun qardaşı oğludur.
Bir qardaşı oğlu isə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Əkbər oğlu Pənahovdur.
Məzahir Pənahovun varidatına gəldikdə isə, 9-cu mikrarayonda 5 otaqlı bir evi, Novxanıda bir bağ evi, Nizami metrosu yaxınlığındakı hündürmərtəbəli binaların birində 5 otaqlı bir evi, Teleqüllənin yanında, Səbail, Abbasqulu Abbaszadə, 2 küçəsində 4 mərtəbəli, hər tərəfi şüşə ilə bəzədilmiş villası, qızının Həsən Əliyev (keçmiş İnqilab) küçəsində bir evi, Zuğulbada bağ evi, Nərimanovda, “Montin parkı” yaxınlığında bir evi, Ceyhun Hacıbəyli küçəsi ilə Həsən Əliyev küçəsinin birləşməsində yerləşən möhtəşəm villası var. Üstəlik bu qədər mülkə sahib olan M.Pənahov dövlət bağlarından da yararlanıb, oradan da ev əldə edib. Fəaliyyəti müvəqqəti dayandırmış “La Villa” adlı restoranı, övladları Məhəmməd və Araz Pənahovların bahalı avtomobilləri, (10 OU 002- Araz Pənahovun avtomobillərindən birinin nömrəsi) və.s… //yenisabah.az//
Tarix: 15-05-2020, 17:56
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
-
21-08-2026, 22:48
Novxanıda “yol əhvalatı”: Şəxsi rahatlıq naminə ictimai əmlak bərbad hala salınıb
-
21-08-2026, 22:44
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
-
21-08-2026, 22:40
İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR - ÖZBAŞINA QALIBLAR...
-
21-08-2026, 18:30
Səfərbərlik Xidməti 748 minlik nəqliyyat vasitəsi alır
-
21-08-2026, 18:28
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? - İLGİNC FAKTLAR
-
21-08-2026, 18:25
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... -...dövlət büdcəsi havaya sovrulur
-
21-08-2026, 18:23
Büdcə belə talanır - Nazirin qaynının biznes sxemi VİDEO
-
21-08-2026, 12:12
İcra başçısı ondan 200 min manat rüşvət alaraq vəzifə verib?: İDDİA - SƏS YAZISI
-
21-08-2026, 11:42
Elm və Təhsil Nazirliyi 10 milyonu haraya xərcləyəcək?
-
21-08-2026, 11:41
Azərbaycanda turizm inkişaf edə bilməz, çünki… – İqtisadçı
-
21-08-2026, 11:35
1 məmurun pensiyası üçün ən az 10 nəfərin əməyi lazımdır - Hüquqşünasdan SENSASİON AÇIQLAMA
-
21-08-2026, 11:16
Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT