Yenidən müharibə başlaya bilər? - Məşhur türk hərbi ekspert danışdı
“Ermənistan tərəfində müharibənin qoyduğu çox ağır bir “travma” var. Yəni, məğlubiyyəti həzm edə bilmirlər”.
Bunu Milli.Az-a açıqlamasında tanınmış türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.
Ekspert bildirib ki, Ermənistanın hər hansı bir hücum planı olarsa, həmin savaşa onlara himayədarlıq edən bəzi qüvvələri də daxil etməyə çalışacaq
“Məğlubiyyəti həzm edə bilmədikləri üçün də tez-tez savaş deyib dururlar. Normalda, indiki vəziyyətdə 80-100% gücünü, texnikasını itirən Ermənistan ordusunun Azərbaycana qarşı qələbə qazanmaq ehtimalı yoxdur. Amma hərb bir diləkdir. Biri dilək edib, diləkdən uğur əldə etmək niyyətini ortaya qoya bilər. Bu necə ola bilər?! Azərbaycan tərəfinin gözləmədiyi yerdə, gözləmədiyi zamanda, gözləmədiyi şəkildə və gözləmədiyi güc birləşmələri ilə hücum edə bilər. İndi onlarda belə bir üsyan var. Amma bu onların savaşı qazanacağı anlamına gəlməz, eyni ilə Tovuz hücumlarında (2020 iyul hadisələri) olduğu kimi.
Ermənistandan bu plan gözlənilir
Bir məsələyə çox diqqət edilməli olduğunu düşünürəm – Ermənistanın hər hansı bir hücum planı olarsa, hücuma qarşı onlarla bütün sərhəd xətti boyunca son dərəcə diqqətli olmaq lazımdır, sadəcə Qarabağla sərhəd ərazilərdə yox. Ermənistan həmin savaşa onlara himayədarlıq edən bəzi qüvvələri də daxil etmək istəyə bilər. Necə ki, 44 günlük müharibə zamanı Rusiyanı hər yolla müharibəyə daxil etməyə çalışdı. Ermənistandan bu plan gözlənilə bilər.
Belə bir riskin olduğunu düşünürəm
Eyni zamanda burada qeyri-sabitlik yaratmaq üçün terror da törətməyə cəhd edə bilərlər. Necə ki, Hadrut istiqamətində belə bir cəhd etdilər. Ermənistan digər tərəfdən də Azərbaycanla müharibəni siyasi meydanda, beynəlxlaq arenada, iqtisadi müstəvidə davam etdirə bilər. Onlar həm də “Artsax” sözünü müxtəlif platformalarda qondarma rejimin varlığını davam etdirmək məqsədilə istifadə edə bilərlər və ya Rusiyadan istifadə edərək, arxasında gizlənərək Rusiyanın üzərindən Azərbaycandan bəzi güzəştlər əldə etmək, ərazi qoparmaq istəyə bilərlər. Bunu görürük, xüsusilə də Laçın Koridoru, Xocavəndlə, Ağdərə ilə, Xocalı ilə bağlı bəzi güzəştlərə sahiblənmək istəyə bilərlər. Beləliklə də ərazisini, dairəsini genişləndirməyi düşünə bilərlər. Açığı belə bir riskin olduğunu zənn edirəm.
Çox diqqət etmək lazımdır
İndi müharibə diplomatik müstəvidə beynəlxlaq siyasi arenada davam edir. Bu cəbhədə tora düşməmək lazımdır. Çünki Ermənistanın xüsusilə Qarabağla bağlı dərin bir planı, niyyəti var. Eynilə Yunanıstanın Türkiyəyə etdiyi kimi, Ermənistan da Azərbaycana hiylə işlədə bilər. Yəni, siyasi, hərbi, beynəlxalq təhlükəsizlik və beynəlxalq hüquq və diplomatik müstəvidə bunu etməyə çalışacaqlar. Və bu sadaladığım sahələr üzərindən qazancını demoqrafik anlamda istifadə edə bilər. Demoqrafik vəziyyət çox önəmlidir. Necə ki, bu gün Ermənistan Dağlıq Qarabağın demoqrafiyasının dəyişməməsi üçün terror törədir, terrorçuları bölgəyə göndərir. Bunlara çox diqqət etmək lazımdır”.
Tarix: 15-01-2021, 16:12
-
Bu gün, 11:25
Zakir Quliyevin şirkətləri kimə daha çox qazanc verir – Dövlətə, yoxsa…
-
Bu gün, 10:21
Ramiz Mehdiyevin müsadirə olunmuş əmlaklarının -Siyahısı
-
Bu gün, 10:07
“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ - işçini sığortasız işlədiblər
-
Bu gün, 10:05
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi də QANUN HƏRLƏMİR - BU DA FAKT...
-
Bu gün, 10:01
GDU təhsil ocağıdır, YOXSA... - İTTİHAM VAR...
-
Bu gün, 09:42
“Nə tökərsən aşına, o da çıxar qaşığına...”
-
Bu gün, 09:36
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 09:36
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 09:36
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 09:35
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 09:35
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 09:35
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 09:34
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 08:20
Bərdə terrorundan 6 il keçdi-FOTO
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”